30 İyul 2024 01:30
1498
Nazirlər Kabineti
A- A+
“İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik  edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik  edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRAR 

№ 364

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il  20 dekabr tarixli 727-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1224 (Cild I); 2024, № 2, maddə 237, № 3, maddə 301) ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"na aşağıdakı məzmunda  4.1-1-ci bənd əlavə edilsin:
"4.1-1. Müsahibədə iştirak etmək üçün zəruri olan sənədlərin və ya məlumatların  Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların  Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir.".
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 457 (Cild I) ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
2.1.  3.2-ci bənd üzrə:
2.1.1. birinci cümləyə "əlavə edilir" sözlərindən sonra "(bu Qaydanın 3.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;
2.1.2. ikinci cümləyə "təqdim edilir" sözlərindən sonra "(bu Qaydanın 3.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;
2.2.   3.3-cü bəndə "əlavə edir" sözlərindən sonra "(bu Qaydanın 3.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;
2.3. aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:
"3.4-1.  Bu Qaydanın 3.4-cü və 3.6-3.8-ci bəndlərində nəzərdə tutulan (bu Qaydanın 3.2-ci bəndinin ikinci cümləsi nəzərə alınmaqla) sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bu Qaydanın 3.3-cü bəndinə münasibətdə müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.";
2.4. 3.5-ci bəndə "tutuşdurulması" sözündən sonra "(bu Qaydanın 3.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 avqust tarixli    279 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 965 (Cild I); 2024, № 2, maddə 237) ilə təsdiq edilmiş "Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
3.1.  aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:
"2.2. Akkreditə olunma üçün bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar media subyektindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi media subyektinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya media subyekti tərəfindən təmin edilir.";
3.2.  4.5-ci bəndin birinci cümləsinə "aradan qaldırılması" sözlərindən sonra "(bu Qaydanın 2.2-ci bəndinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli    451 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018,         № 10, maddə 2165) ilə təsdiq edilmiş "Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:
"4.3-1. Müsabiqədə iştirak etmək üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.".
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 68 (Cild I) ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. aşağıdakı məzmunda 2.11-1-ci bənd əlavə edilsin:
"2.11-1. Bu Qaydanın 2.10-cu və 2.11-ci bəndlərində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar əlilliyi olan şəxslərdən və ya onların qanuni nümayəndəsindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi əlilliyi olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi tərəfindən təmin edilir.";
5.2. 3.2-ci bəndin birinci cümləsinə "təqdim olunur" sözlərindən sonra "(bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli  434 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1538 (Cild I) ilə təsdiq edilmiş "Enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının forması, verilməsi qaydası, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası"nın  3.5-ci bəndin birinci cümləsinə "təqdim olunmadıqda" sözlərindən sonra "(İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 436 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1540 (Cild I) ilə təsdiq edilmiş "Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası"nın 5.3-cü bəndinin birinci cümləsinə "aradan qaldırılması" sözündən sonra "(İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-ci il 14 sentyabr tarixli  327 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1348 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. aşağıdakı məzmunda 7.5-1-ci bənd əlavə edilsin:
"7.5-1. Bu Qaydanın 7.5-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.";
8.2.  7.10-cu bəndin birinci cümləsinə "çatışmazlıqlar" sözündən sonra "(bu Qaydanın 7.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

Əli ƏsƏdov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 iyul 2024-cü il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!