01 Avqust 2024 17:50
352
DÜNYA
A- A+
İnsan beynindən istifadə edilərək biokompüter hazırlanıb

İnsan beynindən istifadə edilərək biokompüter hazırlanıb

 

İsveçrədə yerləşən “FinalSpark” şirkəti tərəfindən qeyri-adi biokompüter hazırlanıb. Onun hazırlanmasında laboratoriyada yetişdirilən insan beyin hüceyrələrindən istifadə edilib. Bu hüceyrələr, orqanoidlər adlanan kiçik, sferik strukturlar şəklində təşkil edilib. Ümumilikdə, 16 orqanoid 4 massivin daxilinə yerləşdirilir və hər biri 8 elektroda və mikro-maye sisteminə bağlıdır. Bu sistem hüceyrələri su və qida ilə təmin edir.

İnnovativ biokompüter ənənəvi rəqəmsal prosessorlardan milyon dəfə az enerji sərf edir. Bu, süni intellekt və böyük dil modelləri kimi yüksək emal gücü tələb edən texnologiyalar üçün böyük üstünlük təklif edir. Məsələn, GPT-3 kimi bir dil modelinin öyrədilməsi orta insanın illik enerji istehlakının 6000 qatını tələb edir. Halbuki, 86 milyard neyronu olan insan beyni, gündə cəmi 0.3 kilovat saat enerji sərf edir.

“FinalSpark”ın biokompüteri uzaqdan əlaqə vasitəsilə idarə olunur və beyin orqanoidləri 100 günə qədər canlı qala bilir. Bu müddət ərzində hüceyrələrin elektrik fəaliyyətləri davamlı olaraq ölçülür. Hazırda bu sistemdən bir çox tədqiqat qrupları öz təcrübələrini aparmaq üçün bu platformadan istifadə etməyə başlayıblar.

Şirkət gələcəkdə daha geniş spektrli eksperimental protokolları idarə edə bilmək üçün biokompüter platformasını inkişaf etdirməyi planlaşdırır. Bu, orqanoidlərə molekulların və dərmanların yeridilməsi kimi yeni funksiyaların əlavə edilməsini nəzərdə tutur. Bu şəkildə həm hesablama texnologiyaları, həm də orqanoid tədqiqatlar üçün yeni imkanlar açılacaq.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!