17 İyun 2026 08:45
407
İQTİSADİYYAT
A- A+
İnnovasiya, maliyyə inteqrasiyası, Kəlbəcərdə avtonom radiomonitorinq stansiyası və davam edən aqrar müşavirələr

İnnovasiya, maliyyə inteqrasiyası, Kəlbəcərdə avtonom radiomonitorinq stansiyası və davam edən aqrar müşavirələr


İqtisadi gündəm ötən həftə də dinamikliyi ilə seçildi. Maliyyə bazarlarından enerji sektoruna, inflyasiya göstəricilərindən beynəlxalq ticarətə qədər bir sıra istiqamətlərdə yaşanan dəyişikliklər qlobal iqtisadi mənzərənin yeni çalarlarını ortaya çıxardı. Həftə ərzində açıqlanan statistik məlumatlar və beynəlxalq bazarlarda müşahidə olunan tendensiyalar iqtisadi proseslərin mürəkkəb xarakterini bir daha nümayiş etdirdi. Bu fonda həm qlobal, həm də regional iqtisadiyyat üçün əhəmiyyət daşıyan əsas hadisələrə nəzər salaq.

Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"  ötən həftənin iqtisadi gündəmində diqqətçəkən ilk hadisədir. "Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" mövzusuna həsr olunan ikigünlük tədbir regional maliyyə əməkdaşlığının genişləndirilməsi və türkdilli ölkələrin qlobal maliyyə sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədini daşıyırdı.

Sammitdə bankçılıq və maliyyə sektorunda qlobal trendlər, rəqəmsal transformasiya, ödəniş sistemlərinin inteqrasiyası, süni intellektin maliyyə sahəsində tətbiqi, kibertəhlükəsizlik, "yaşıl maliyyə"  və investisiya imkanları kimi aktual məsələlər müzakirə olunub. Tədbir həmçinin bank sektorunun nümayəndələrini, tənzimləyici qurumları, investorları və beynəlxalq ekspertləri bir araya gətirərək, regional maliyyə əməkdaşlığı üçün mühüm platforma rolunu oynayıb.

***

Maliyyə sektorunda beynəlxalq inteqrasiya və əməkdaşlıq mövzularının ön plana çıxdığı ötən günlərdə diqqətçəkən hadisələrdən biri kimi 9 İyun - Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü münasibətilə Maliyyə Monitorinqi Xidmətində keçirilən tədbiri qeyd edə bilərik. Tədbirdə maliyyə kəşfiyyatının milli təhlükəsizliyin təmin edilməsində, maliyyə sisteminin sabitliyinin qorunmasında, eləcə də cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə rolu xüsusi vurğulanıb. Daha sonra  maliyyə cinayətləri ilə mübarizə, yeni texnoloji risklər, məlumat mübadiləsi və beynəlxalq əməkdaşlıq məsələləri  də müzakirə olunub. Bu tədbir Azərbaycanın qlobal maliyyə təhlükəsizliyi və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq platformalarındakı rolunun daha da gücləndiyini nümayiş etdirir.

***

Rəqəmsal infrastrukturun inkişafı və texnoloji imkanların genişləndirilməsi istiqamətində atılan addımlar da ötən həftənin diqqətçəkən hadisələri sırasında yer alıb. Bu baxımdan  Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyasının istifadəyə verilməsi Qarabağ və Şərqi Zəngəzurda müasir rabitə və radionəzarət infrastrukturunun qurulması prosesinin davamı kimi qiymətləndirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, proqram əsaslı radioqəbuledici (SDR) avadanlıqlarla təchiz edilmiş yeni stansiya Kəlbəcər şəhəri və ətraf ərazilərdə radiotezlik spektrinin və radio yayımlarının məsafədən operativ monitorinqini təmin edir. Yeni infrastruktur sayəsində spektr məşğulluğunun real vaxt rejimində izlənilməsi, ölçmə nəticələrinin təhlili və radionəzarət proseslərinin məsafədən idarə olunması mümkün olub. 

***

İqtisadiyyatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində aparılan müzakirələr də ötən həftənin iqtisadi gündəmində önəmli sırada diqqət çəkib. İyunun 11-də Bakıda keçirilən elm və innovasiyalara həsr olunmuş beynəlxalq konfransda dayanıqlı iqtisadi transformasiya, neftdənkənar sahənin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.

Dövlət qurumları, beynəlxalq təşkilatlar, biznes dairələri və ekspertlərin iştirak etdikləri tədbirdə elmin və müasir texnologiyaların iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyi vurğulanıb. Panel müzakirələrində innovasiyaların  tətbiqi, korporativ transformasiya və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tədbir Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında innovasiyayönümlü iqtisadi modelin getdikcə daha çox ön plana çıxdığını bir daha nümayiş etdirib.

***

Xarici bazarlarda Azərbaycan məhsullarının təşviqi və qeyri-neft ixracının genişləndirilməsi istiqamətində görülən tədbirlər ötən həftənin yaddaqalan məqamlarındandır. Belə ki, Moskvada Azərbaycan məhsulları və şərablarının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycanın zəngin şərabçılıq ənənələri, müxtəlif regionlarda istehsal olunan məhsullar və ölkənin turizm potensialı nümayiş etdirilib. Çıxışlarda yerli istehsalçıların məhsullarının xarici bazarlarda tanıdılmasının əhəmiyyəti, eləcə də Azərbaycan-Rusiya ticarət əlaqələrinin inkişaf perspektivləri vurğulanıb.

***

Həftənin ən vacib və diqqətçəkən hadisələri sırasında "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilən müşavirələr  xüsusi yer tutub. Bu çərçivədə davam edən tədbirlər aqrar sektorun gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd təsərrüfatında əlavə dəyər yaradan istehsal zəncirinin formalaşdırılması istiqamətində atılan addımların müzakirəsi baxımından əhəmiyyəti ilə seçilir.

Regionlarda keçirilən müşavirələrdə kənd təsərrüfatı məhsullarının istehsal və emal imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, ixrac potensialının artırılması, su və digər təbii resurslardan səmərəli istifadə, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişaf perspektivləri diqqət mərkəzində saxlanılır. Qeyd olunur ki, dövlət proqramının əsas məqsədi aqrar sahədə məhsuldarlığın yüksəldilməsi, rəqabətqabiliyyətli istehsalın təşviqi və regionlarda məşğulluğun artırılmasıdır. Proses neftdənkənar iqtisadiyyatın şaxələndirilməsi strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilib. Çünki aqrar sahənin inkişafı daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də  emal sənayesinin genişlənməsinə, ixrac imkanlarının artmasına və kənd yerlərində sosial-iqtisadi rifahın yüksəlməsinə xidmət edir.

Beləliklə, 7 gün ərzində baş verən hadisələr göstərir ki, Azərbaycan iqtisadiyyatı bir tərəfdən qlobal iqtisadi proseslərə daha fəal inteqrasiya, digər tərəfdən isə neftdənkənar sahənin dayanıqlı inkişafını təmin etməkdə qərarlıdır.


Z.NADİRQIZI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!