20 Dekabr 2025 08:20
615
CƏMİYYƏT
A- A+
İmzalar içində imza olmağın qüruru

İmzalar içində imza olmağın qüruru


2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin əbədi olmasında bir çox prinsiplərin əhəmiyyət və mahiyyətini ön plana çıxarmaq baxımından əvəzsiz rol oynadı. Bu sərəncamın imzalanması, ilk növbədə, ölkəmizdə hüquqi dövlət quruculuğuna və milli müstəqilliyin möhkəmləndirilməsinə verilən yüksək əhəmiyyətin göstəricisidir. 

Suverenlik bir xalqın özünüidarəetməsidir, dövlətin daxili və xarici siyasətdə tam müstəqil qərarlar qəbul etmək hüququ, yəni başqa dövlətlərdən və beynəlxalq təşkilatlardan asılı olmadan öz siyasətini yürütmək imkanına malik olmasıdır. Suverenlik öz sərhədləri daxilində qanunları müəyyən etmək, vətəndaşlarına hüquqlar vermək və onları qorumaqdır. Konstitusiya bu baxımdan, dövlətin ərazi bütövlüyünü, müstəqil siyasət aparmaq hüququnu və milli maraqlarını qorumaq üçün hüquqi zəmin yaradır. Yəni əsas qanun həm milli suverenliyin rəmzi, həm də onun praktik təminatçısıdır. Onun qorunması və daim təkmilləşdirilməsi dövlətin müstəqilliyinin, təhlükəsizliyinin və davamlı inkişafının əsas şərtlərindəndir. Bugünkü Konstitusiyamız əhalinin hüquq və azadlıqlarını  yetərincə təmin edir. Bu gün ölkəmizdə yaşayan hər kəsin dil, din, düşüncə, mülkiyyət, təhsil azadlığı var və Konstitusiyamız bu azadlıqların təmin olunması üçün kifayət qədər geniş hüquqi çərçivə yaradır. Gənc nəsildə konstitusion düşüncəyə gəlincə isə, bu, ilk növbədə, onların hüquqi düşüncə tərzi, vətəndaşlıq məsuliyyəti və qanunlara hörmət ruhunda formalaşması ilə cilalanır. Təbii ki, bu düşüncənin qorunması, artırılması hər zaman əsas prioritet istiqamət olmalıdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev son zamanlar bu məsələyə daim vurğu salır. Təsadüfi deyil ki, bu il, mayın 10-da Ağdamda Muğam Mərkəzinin açılışında, Kəngərli kənd sakinləri ilə görüşdə də ölkə rəhbəri yeni nəslin düzgün zəmində yetişdirilməsi məqamlarına diqqət yönəltdi, ailə, məktəbin rolunu önə çəkdi. Gənc nəsildə konstitusion düşüncənin artırılmasından bəhs ediriksə, elə bu məqamdan başlamalıyıq. Çünki təhsil sistemində hüquqi maarifləndirmə, məktəb və universitet proqramlarına hüquq və konstitusiya ilə bağlı praktik dərslər, müzakirələrin daxil edilməsi mütləq nəzərə alınmalıdır. Gənclər təşkilatları dövlət qurumları ilə birlikdə hüquqla bağlı seminarlar, forum və kampaniyalar keçirməlidirlər. Bundan başqa, media və sosial şəbəkələrdə maarifləndirmə düzgün yöndə qurulmalı, rəqəmsal kontent vasitəsilə gənclərə Konstitusiya və hüquqlar barədə məlumatlar ötürülməlidir.

2025-ci il ölkəmizdə həm də "Konstitusiya və Suverenlik İli" kimi qeyd edilir. Suverenlik anlayışı yalnız hüquqi çərçivədə deyil, həm də milli təhlükəsizlik və ərazi bütövlüyü baxımından həyati əhəmiyyət daşıyır. Azərbaycan tarixində suverenliyin ən parlaq və real təsdiqi 2020-ci il Vətən müharibəsi ilə bağlıdır. 44 gün davam edən bu müqəddəs mübarizə nəticəsində ölkəmiz işğal altında olan torpaqlarını azad etdi. Bu yalnız ərazi bütövlüyünün bərpası deyildi; eyni zamanda milli suverenliyin konkret məzmunda həyata keçirilməsi idi. Müharibə göstərdi ki, Azərbaycan dövləti yalnız beynəlxalq hüquq normalarına əsaslanmır, eyni zamanda öz gücünə və qərarlılığına arxalanaraq haqqını müdafiə edə bilir. Qələbə suverenliyin siyasi, hüquqi və hərbi ölçülərinin birgə reallaşmasının ən aydın nümunəsi oldu. 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatları nəticəsində isə Azərbaycanın konstitusion və hüquqi nizamı bütün ərazilərdə bərpa edildi. 

Azərbaycan dövlətçiliyi hər zaman milli iradənin, müstəqillik uğrunda mübarizənin və hüquqi dövlət quruculuğunun simvolu olmuşdur. Müstəqilliyə və hüquqi dövlətçiliyə doğru addımlar bizdə XX əsrin sonlarında başlandı. Ulu Öndər Heydər Əliyev ölkənin gələcək inkişaf yolunu müəyyən edərkən, Konstitusiyanın hazırlanması prosesinə birbaşa rəhbərlik etdi. Onun təşəbbüsü ilə 1995-ci il 12 noyabr tarixində Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bu sənəd yalnız hüquqi çərçivə yaratmadı, həm də milli dövlətçiliyin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin diqqət çəkdiyi əsas məsələlərdən biri Azərbaycan Konstitusiyasının milli prinsiplərə əsaslanması oldu. 

Xatırladaq ki, 1978-ci ildə qəbul edilmiş Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyası da yalnız sovet dövrünün standart hüquqi aktı deyildi, o, azərbaycançılıq ideyası və milli hüquqi identikliyimizin qorunması baxımından tarixi əhəmiyyətə malik sənəd idi. Bu, ana dili uğrunda mübarizənin və milli kimliyin qorunması baxımından dönüş nöqtəsi oldu. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimlik və dövlətçiliyin ayrılmaz hissəsi kimi hüquqi status qazandı. 

Həmin tarixi hadisənin əhəmiyyəti ondan ibarət idi ki, 1978-ci il Konstitusiyası Sovet İttifaqında ana dilinə hüquqi status verən azsaylı sənədlərdən biri oldu və bu, sonrakı müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında da dövlət dili barədə maddələrin qəbuluna zəmin yaratdı. Müstəqillik dövründə - 1995-ci ildə qəbul olunmuş yeni Azərbaycan Respublikası Konstitusiyasında da Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu yanaşma sonrakı illərdə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaradılmasına birbaşa təsir göstərdi. O da simvolikdir ki, biz məhz bu il Azərbaycan dili ilə bağlı daha çox müzakirələr apardıq, daha dərin müstəvilərə endik. Bu işdə cənab İlham Əliyevin noyabrın 3-də AMEA-da alimlərə etdiyi çağırışın böyük rolu oldu. Bu çağırış Ana dilinə həssaslığı artırmağa xidmət edəcək, onun saflığının keşiyində daha əmin, arxayın dayanacağıq. Dilə qarşı müdaxilədə daha mühafizəkar olmaq lazımdır. Sistemli tədqiqatların aparılması da davam etdirilməlidir. Bu, onsuz da Azərbaycan alimləri tərəfindən daim aparılıb.  Eyni zamanda şair və yazıçıların mətnlərində Azərbaycan dilinin incəlikləri qorunub. İndi buna daha konseptual yanaşılmalıdır. Çünki Prezident İlham Əliyevin çıxışı dillə bağlı yaxşı bir məfkurə dalğası yaradır. Bir daha sübut edir ki, dil həm bir xalqın kimliyinin qoruyucusu, həm də cəmiyyətin formalaşmasının əsas dayağıdır. Onun qorunması və inkişafı yalnız elm və təhsil sahəsi üçün deyil, milli birliyin və dövlətin davamlılığı üçün strateji məsələdir.

2025-ci il ərzində həyata keçirilmiş tədbirlər, "Konstitusiya və Suverenlik İli" çərçivəsində genişmiqyaslı proqramlar, forumlar, elmi konfranslar, təlimlər və gənclər layihələri, həmçinin milli mədəniyyət və təhsil sahələrində təşəbbüslər Azərbaycan dövlətçiliyinin dayanıqlılığını daha da gücləndirdi. Bu il dövlətçilik tarixində postmünaqişə dövrünün daha sistemli və məqsədyönlü mərhələyə keçidi ilə seçildi. Ölkə daxilində siyasi sabitliyin qorunması, sosial-iqtisadi inkişaf strategiyalarının yenilənməsi və idarəetmədə institusional yanaşmaların gücləndirilməsi əsas prioritetlər sırasında yer aldı.  Bu, hər şeydən əvvəl 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı amildir. Məhz bu ildə biz milli yaddaşın qorunması istiqamətində daha sistemli fəaliyyət göstərdik, gələcək strateji qərarların dəyərləndirilməsi üçün çoxyönlü müzakirələr apardıq. 

Cari ildə Azərbaycanın həm daxili siyasi gündəmi, həm də beynəlxalq mövqeyi baxımından əsas hadisəsi avqustun 8-də Prezident İlham Əliyevin ABŞ-də Prezident Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla  keçirdiyi görüş və bunun nəticəsi kimi təqdim olunan sülh sazişinin paraflanmasıdır. Bu görüş təkcə üç lider arasında diplomatik təmas kimi yox, daha geniş mənada qlobal siyasi balanslara toxunan bir jest kimi yadda qaldı. Azərbaycan uzun müddətdir yalnız regionun deyil, daha geniş coğrafiyanın oyunçusu olmaq iddiasını ortaya qoyurdu və bu görüş həmin iddianın rəmzi təsdiqi kimi qəbul edildi. Qlobal güc mərkəzləri ilə birbaşa dialoq, Azərbaycanın enerji, təhlükəsizlik və nəqliyyat baxımından artan rolunu beynəlxalq auditoriyaya bir daha göstərdi və ölkəmizin adının dünya siyasətinin əsas müzakirə mövzuları sırasında çəkilməsinə səbəb oldu. 

İlin "qaynar" məzmunu bununla da bitmir. 

Noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad isə ilin siyasi və rəmzi kulminasiya nöqtələrindən biri oldu. Paradda Pakistan və Türkiyə prezidentlərinin iştirakı təkcə qardaşlıq jesti deyil, Azərbaycanın formalaşdırdığı yeni geosiyasi xəttin açıq nümayişi kimi dəyərləndirildi. Xüsusilə, Türkiyənin və Pakistanın bu səviyyədə təmsil olunması, Azərbaycanın hərbi-siyasi müttəfiqlik modelinin regionla məhdudlaşmadığını, daha geniş strateji platformaya çevrildiyini göstərdi. Parad həm daxili auditoriya üçün güc və birlik mesajı verdi, həm də xarici dünyaya Azərbaycanın arxasında dayanan real siyasi və hərbi tərəfdaşların mövcudluğunu nümayiş etdirdi. 

Bu ilin mötəbər prosesləri içində reallaşan daha mühüm hadisəni də qeyd etmək lazımdır. Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü və bu görüş çərçivəsində qəbul edilən ən önəmli qərarlardan biri olan Türk Dövlətləri Təşkilatı Plus formatının təsis edilməsi təşkilatın fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və Cənubi Qafqazla Mərkəzi Asiya arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini göstərir. Daha geniş miqyasda bu format Avrasiya məkanında, xüsusilə türk dünyasında inteqrasiya proseslərini sürətləndirə biləcək tarixi addım kimi qiymətləndirilir. Elə bu görüşdən az sonra, oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızın fikir həyatında mühüm tarixi hadisəyə şahidlik edən tarixi bir sərəncam imzaladı. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın yüz illiyi qeyd olunacaq. Azərbayanın ərazi bütövlüyünün təmin olunmasından sonra yüzillik yubileyin keçirilməsinin xüsusi önəmi vardır. Siyasi-ideoloji baxımdan da bu çox əhəmiyyətlidir. Bakı yenidən həm türkoloji mərkəz kimi, həm də türk dövlətlərinin fikir mərkəzi kimi dünyanın diqqət mərkəzinə gəlir. "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir!" Bu sözləri Prezident İlham Əliyev ötən il fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında səsləndirmişdir. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı həmçinin qeyd etmişdir: "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır!"

İnanırıq ki, milli varlığımızın qorunmasında, milli kimliyimizin təsdiqində mühüm hadisə olan I Türkoloji Qurultayın yüz illiyi  türk xalqlarının mədəniyyət və elm bayramı kimi qeyd olunmaqla, növbəti dəfə yüksəlişə imzasını atacaq, sözün həqiqi mənasında, türk dünyası üçün hadisəyə çevriləcəkdir!

"Konstitusiya və Suverenlik İli"ndə tarixi-milli yaddaşımızın və irsimizin qorunması istiqamətində bir sıra mühüm addımlar atıldı. Qərbi Azərbaycan torpaqlarına qayıdışla bağlı görülən işləri də eyni kontekst daxilində təhlilə cəlb etmək olar. Bu məsələni dövlət başçısı İlham Əliyev demək olar ki, son beş il ərzində səslənən əksər çıxışlarında ana xətt olaraq önə çəkib. Elə bu ilin noyabrın 3-də AMEA-nın yubiley nitqində səsləndirdiyi fikirlərdə də Prezidentin eyni mərama köklənməsi sübut edir ki, proses davam edir: "...azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib".  

2025-ci il dekabrın 5-də Prezident İlham Əliyevin  "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciəti də Azərbaycan İcmasının öz ata-baba yurdlarına qayıdacağına inamın növbəti bəyanı kimi səsləndi: "2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır. İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır".

Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsi, bu tarixi torpaqlara qayıdış konsepsiyası ilə müəyyən çağırışlar səsləndirməsinin əsasında yeni milli təfəkkürün, təzələnən diskursun və məfkurə dalğasının düşüncədə və əməldə ifadəsini görmək istəyi dayanır. Çünki mədəni irsin qorunması hər zaman ideoloji işin əsas tərkib hissəsi sayılıb. Hər bir tarixi hadisə ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu olmayıb, həmçinin milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsi olaraq meydana çıxıb. Məsələn, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənib. Bu mənada, Qərbi Azərbaycana qayıdışla bağlı Prezidentin təşviq etdiyi işlər sadalanacaq faktların bir kontekst daxilində araşdırılması üçün metodoloji zəmin rolunu oynaya bilər: Qərbi Azərbaycanın tarixi yolunun öyrənilməsi, yaranmasından işğal dönəminə; qurtuluşdan bərpa dönəminə; deportasiya olunmuş insanların taleyindən - qayıdış təntənəsinə qədər hər bir məqam hərtərəfli tədqiq və ehtiva olunmalıdır.

"Konstitusiya və Suverenlik İli" çərçivəsində reallaşan mədəni-simvolik hadisələr sırasında xüsusi yer tutan başqa bir addımın 2026-cı ildə elan olunacaq Azərbaycan Kitab Mükafatının təsis edilməsi olduğunu deyə bilərik. Bu təşəbbüs ədəbiyyatçılar üçün təkcə maddi stimullaşdırma deyil, həm də peşəkar tanınma və dövlət səviyyəsində diqqətin göstəricisi kimi mühüm əhəmiyyət daşıyır. Uzun illərdir ki, yazıçı və şairlərin əməyinin sistemli şəkildə qiymətləndirilməsi məsələsi müzakirə olunur və bu mükafat həmin boşluğu doldura biləcək institusional mexanizm kimi görünür. Şərtlərə görə, müsabiqəyə son illərdə nəşr olunmuş bədii və publisistik əsərlər təqdim ediləcək, qiymətləndirmə müstəqil münsiflər heyəti tərəfindən aparılacaq və qaliblər şəffaf meyarlar əsasında seçiləcək. Önəmli olan həm də budur ki, mükafatın hədəfi yalnız ölkə daxilində dəyərləndirmə ilə bitmir, qalib olan müəllifin ən son halda dünyada tanıdılması kimi perspektiv imkanı çevrələyir ki, biz daim elə bu məqama israrlı olmuşuq. 

Bu gün Cənubi Qafqazın dünya siyasi arxitekturasındakı yeri və rolu daha aydın şəkildə müəyyənləşməyə başlayır. Azərbaycan isə bu prosesdə regionun lider dövləti, aparıcı və təşəbbüskar subyekti kimi çıxış edir. Artıq başa çatmaqda olan "Konstitusiya və Suverenlik İli"nin bizə qatdığı ən mühüm çalar da budur: ölkəmizin çoxvektorlu xarici siyasətinin regional əməkdaşlıq imkanlarını genişləndirməsi, tarixi-milli yaddaşa qayıdış və imzalar içinə imzamızı qatmağın həzzini yaşamaq qüruru!


Elnarə AKİMOVA,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında

01:08
10 Yanvar

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

01:06
10 Yanvar

A.C.İsgəndərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:05
10 Yanvar

"Dövlət rüsumu haqqında" və"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:04
10 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edilməsi haqqında

01:03
10 Yanvar

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:01
10 Yanvar

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:00
10 Yanvar

Azercell abunəçilərinin nəzərinə

00:57
10 Yanvar

Zelenski: “Oreşnik” raketinin Lvov bölgəsinə atılması Avropa üçün də təhlükə yaradır  

22:48
09 Yanvar

GAK sədri: Prezident İlham Əliyevin ana dilimizlə bağlı söylədiyi fikirlər xaricdə yaşayan azərbaycanlılar üçün ciddi siqnaldır  

22:04
09 Yanvar

Türkiyəli ekspert: Zəngəzur dəhlizi “Türk ticarət dəhlizi”nin ən mühüm halqasıdır  

21:42
09 Yanvar

Almaniya XİN Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndərilməsini yüksək qiymətləndirib  

21:40
09 Yanvar

ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib  

21:39
09 Yanvar

Respirator virus infeksiyaları ilə xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə yüksək deyil 

21:38
09 Yanvar

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib  

21:22
09 Yanvar

Qəzzada Sülh Şurasına bolqarıstanlı diplomat rəhbərlik edəcək  

18:32
09 Yanvar

“Motorola”dan futuristik yenilik

18:31
09 Yanvar

 Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasında yeni mərhələ  

18:29
09 Yanvar

Ədliyyə naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib  

18:26
09 Yanvar

Türk politoloq : Azərbaycan və Türkiyə yaşıl enerji sahəsində regional liderliyini gücləndirir  

18:09
09 Yanvar

İran dünyadan təcrid olunub  

18:03
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!