20 Fevral 2022 02:17
1107
Elm və texnika
A- A+
İlk avtomobil naviqasiya sistemi

İlk avtomobil naviqasiya sistemi

 

Ünvana asanlıqla çatmaqda yardımçı olan vasitələrdən biri də naviqatorlardır. Onların köməyi ilə düzgün marşrutu seçərək vaxt itkisi olmadan və stres keçirmədən istənilən ünvana problemsiz çatmaq mümkündür.

XIX-XX əsrlərdə yol nişanlarının azlığı, yol sisteminin ibtidailiyi nəticəsində azmaq tez-tez rast gəlinən hadisələrdən idi. Həmin vaxtlar sürücülər əsasən xəritələrdən istifadə edirdilər. Lakin kartoqrafiyanın xüsusi qurğu ilə təqdim edilməsinə ehtiyac duyulurdu.

Dünyanın ilk avtomobil naviqasiya sistemi 1930-cu ildə İtaliyada istehsal edilib. “Iter Avto” adlanan cihazda rulon xəritə yerləşdirilmişdi. Sürətölçənə qoşulmuş kabellə cihazın ekranında əks olunan hərəkət sürəti mütənasib idi. Bununla da yol xəritəsində doğru nöqtə ilə hərəkət baş tuturdu. Lakin naviqatorda əsas problem istiqamət dəyişdirilən zaman fəaliyyətinin dayanması idi. Bu vaxt yenidən xəritəni daxil etmək və cari yerin tapılması üçün axtarış etmək lazım gəlirdi.

Əslində “Iter Avto” naviqatorunun mövcudluğundan əvvəl - 1927-ci ildə Britaniyada qol saatı formalı mexaniki idarə edilən cihaz hazırlanmışdı. Kiçik ölçülü yuvarlanan yol xəritəli saatın kənarlarında düymələr var idi. Məhdud sayda gedilən ərazilərin yol xəritələri bu cihaz üçün hazırlanmışdı. Bölgəyə uyğun rulon xəritə qol cihazının içinə qoyulurdu. Sürücülər avtomobillə hərəkət edən zaman həmin düymələri fırladaraq xəritəni olduqları əraziyə uyğunlaşdırırdılar. Lakin bu, olduqca çətin idi.

İlk avtomatik naviqasiya cihazının isə 1981-ci ildə Honda şirkətinin təşəbbüsü ilə yaradıldığı qeyd edilir. Yaponiyada təqdim edilən naviqator xüsusi xəritələrlə tərtib olunmuşdu. Sınaq zamanı cihazı hazırlayan Taqami şirkətin direktoru Kumeni Suzuka şəhərindən Tokiodakı evinə çatdırmalı idi. Xəritədə Kumenin izahlarına əsasən ünvan müəyyənləşdirilərək yola çıxılmışdı. 13 saatlıq səyahətdən sonra Taqami maşını ünvanda saxlayan zaman Kume gözlərinə inana bilməmişdi. Çünki onun evi dayandıqları nöqtənin qarşısında idi. Bununla da naviqasiya sistemi özünü doğrultmuşdu.

1992-ci ildə GPS sistemi “General Motors” tərəfindən təqdim edildikdən sonra isə elektron xəritələr tərtib edilməyə başlandı. Əvvəlcə yalnız Kaliforniya və Las-Veqasın xəritəsi çəkilmişdi. Hazırda isə yaşamın bir parçasına çevrilən smartfonlardakı naviqatorlar vasitəsilə belə, istənilən məkana anındaca göstərilən marşrutla rahat getmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!