12 İyun 2026 14:55
132
CƏMİYYƏT
A- A+
İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir 

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir 


Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir. Burada əsas məqsəd yalnız əkin sahələrinin artırılması deyil, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox və daha keyfiyyətli məhsul əldə etməkdir.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədən sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini qeyd edib ki, bu gün yeni Dövlət Proqramının Dağlıq-Şirvan iqtisadi regionu üzrə təqdimatı keçirildi: “Dağlıq-Şirvan iqtisadi rayonu üzrə çağırışları səsləndirdik. Xüsusilə qeyd etmək istərdim ki, Ağsu rayonunda buğda istehsalının artırılması üçün ayrıca layihə həyata keçiriləcək. Bu, pilot layihə kimi Dövlət Proqramında nəzərdə tutulub. Yəni Ağsu ixtisaslaşmış rayonlar üzrə buğda istehsalının artırılması nəzərdə tutulan rayonlardandır”.

İlhamə Qədimova bildirib ki, Dağlıq-Şirvan iqtisadi rayonuna xas olan digər sahələrdən biri də üzümçülükdür. Bu rayonlarda üzümçülüyün inkişafı və şərabçılıq təsərrüfatlarının yaradılması ilə bağlı işlər görüləcək. “Sahibkarlarla müzakirələr aparıldı, çağırışlar səsləndirildi və daha inkişaf edən bir modelə keçmək üçün hansı addımlar atılmalıdırsa bu barədə tövsiyələr verildi”, - deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələdə zəlzələ olub

15:42
12 İyun

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb  

15:36
12 İyun

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB 

15:31
12 İyun

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb 

15:23
12 İyun

Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb

15:12
12 İyun

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB

15:09
12 İyun

Azərbaycan avarçəkəni Avropa çempionu olub

15:03
12 İyun

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub  

14:58
12 İyun

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək  

14:57
12 İyun

Məcnun Məmmədov: Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək

14:56
12 İyun

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin  

14:55
12 İyun

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir 

14:55
12 İyun

İlham Bayramov: Aqrar sektorun gələcək inkişafı su və torpaq ehtiyatlarından maksimum səmərəliliklə istifadə ilə təmin edilməlidir  

14:34
12 İyun

“Bitcoin”in qiyməti 63 min dolları ötüb

14:33
12 İyun

Külli miqdarda narkotik vasitənin PUA vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:32
12 İyun

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib  

14:31
12 İyun

Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb  

14:17
12 İyun

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB

14:15
12 İyun

Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır 

14:13
12 İyun

Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir

14:12
12 İyun

ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir  

14:12
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!