12 İyun 2026 15:31
545
CƏMİYYƏT
A- A+
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB 

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB 


Dağlıq Şirvan iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı aidiyyatı dövlət qurumlarının nümayəndələri və fermerlərin iştirakı ilə regional müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və bu müstəvidə 25 may tarixində keçirilmiş müşavirənin mahiyyəti, bu istiqamətdə verilmiş tapşırıqlar, son illərdə ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət dəstəyi mexanizmləri, suvarma infrastrukturunun və aqroparkların inkişafı, habelə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində əldə edilmiş nəticələr barədə məlumat verib. O, Dövlət Proqramının aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən etdiyini, proqramın əsas məqsədinin məhsuldarlığın artırılması, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, emal və ixrac imkanlarının genişləndirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafının təmin edilməsi olduğunu vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramının aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcəyini, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Dövlət Proqramı çərçivəsində müasir suvarma sistemləri tətbiq olunan sahələrin 130 min hektardan 300 min hektara çatdırılması, 22 rayon üzrə kombayn parkının 571 yeni kombaynla yenilənməsi, 84,9 min hektar sahədə lazer hamarlama texnologiyasının tətbiqi, intensiv bağçılığın genişləndirilməsi və buğda istehsalında məhsuldarlığın hədəf rayonlarda 50 sentnerə yüksəldilməsi nəzərdə tutulur. O, həmçinin 150 min ton əlavə taxıl silosu və 100 min ton əlavə soyuducu anbar tutumunun yaradılmasının, bu məqsədlə avadanlıqların dəyərinin 40 faizinin güzəşt hesabına, 40-50 faizinin isə kredit faiz subsidiyası mexanizmi vasitəsilə dəstəklənəcəyini diqqətə çatdırıb. Nazir müavini əlavə edib ki, proqram çərçivəsində süd istehsalının 11 faiz, mal və qoyun əti istehsalının isə 21 faiz artırılması, eləcə də bu məhsullar üzrə idxaldan asılılığın əhəmiyyətli dərəcədə azaldılması hədəflənir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov çıxışında Dağlıq Şirvan iqtisadi rayonunun aqrar inkişaf potensialının reallaşdırılmasında dayanıqlı su təminatının həlledici rol oynadığını vurğulayıb. O, regionda 53,5 min hektardan çox suvarılan sahənin mövcud olduğunu, suvarma infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində mühüm işlərin görüldüyünü bildirib. İlham Bayramov qeyd edib ki, həyata keçirilən strateji layihələr, xüsusilə Şirvan suvarma kanalının tikintisi, regionda kənd təsərrüfatı istehsalının genişlənməsinə, su təminatının yaxşılaşdırılmasına və Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasına əhəmiyyətli töhfə verəcəkdir. O qeyd edib ki, layihə çərçivəsində respublikanın 9 rayonu üzrə 112 min hektar mövcud suvarma sahəsinin su təminatının yaxşılaşdırılması və 116 min hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Bununla yanaşı, cari ildə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 3,9 kilometr kanalın beton üzlüyə alınması və 3 subartezian quyusunun təmiri planlaşdırılır. İlham Bayramov vurğulayıb ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əsas istiqamətlərindən biri müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulması, su uçotunun təkmilləşdirilməsi və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsidir.

Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxışında Dağlıq Şirvan iqtisadi rayonunun aqrar potensialından səmərəli istifadənin əhəmiyyətini vurğulayıb, son illərdə rayonda kənd təsərrüfatının inkişafı istiqamətində əldə olunan nəticələr barədə məlumat verib. O qeyd edib ki, 2025-ci ildə rayonda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə edilib. Həmçinin İvanovka kəndində 10 milyon manat investisiya dəyərinə malik süd emalı zavodunun inşasının regionun aqrar və emal potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyi bildirilib. Çıxışında Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunması üçün məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra çıxış edən “Ağsu Aqropark” QSC-nin baş direktoru Atabala İsayev və “Şirvan Aqro” MMC-nin direktor müavini Kamran Süleymanov rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti və inkişaf perspektivləri barədə məlumat veriblər. Onlar Azərbaycan Respublikası Prezidentinin və dövlətin kənd təsərrüfatı sahəsində göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək proqramda nəzərdə tutulan dövlət dəstəklərinin təsərrüfatların genişləndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Çıxış edənlər region fermerləri adından Dövlət Proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsinə fəal dəstək göstərəcəklərini və qarşıya qoyulan vəzifələrin icrasında üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirmək üçün səylərini daha da artıracaqlarını vurğulayıblar.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş çevik və sistemli fəaliyyəti, eləcə də özəl sektorun fəal iştirakı ilə mümkün olacağını qeyd edib, fermerləri və sahibkarları ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərə qoşulmağa çağırıb.

Qeyd edilib ki, Dövlət Proqramının icrası Dağlıq Şirvan iqtisadi rayonunda taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlığın inkişafına, məhsuldarlığın yüksəldilməsinə, fermer təsərrüfatlarının dayanıqlığının artırılmasına və regionun aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ə.Q.Əskərovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:44
29 İyul

Ə.Q.Əskərovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:44
29 İyul

E.N.Hüseynlinin Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:43
29 İyul

E.N.Hüseynlinin Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:43
29 İyul

E.C.Qəhrəmanın Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:42
29 İyul

A.R.Atamoğlanovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında 

01:42
29 İyul

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 445-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:41
29 İyul

Milli Məclisin sədri Efiopiya Xalq Nümayəndələri Palatasının rəhbəri ilə görüşüb

22:14
28 İyul

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü qeyd edilib

21:18
28 İyul

Çinin hərbi attaşesi: Azərbaycan ilə hərbi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm hissəsidir

20:33
28 İyul

Çin səfiri: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır

20:26
28 İyul

Fransanın Jirond departamentində yanğınlar davam edir, ərazidəki bəzi müəssisələr bağlanır

20:16
28 İyul

Qədim Qəbələnin yerləşdiyi ərazidə saray tipli ictimai binanın qalıqları aşkarlanıb

20:09
28 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb

20:02
28 İyul

Azərbaycan-Serbiya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

19:54
28 İyul

Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

19:47
28 İyul

Sənətşünas: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası ölkənin beynəlxalq imicini daha da gücləndirəcək

19:40
28 İyul

Naxçıvanda iyul ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatıb

19:33
28 İyul

Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb

19:26
28 İyul

İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi istiqamətində elmi tədqiqatlar aparılır

19:19
28 İyul

Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb

19:12
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!