İlham Əliyevin “Zəfər” yolu
Prezidentin modern layihələri ilə Qarabağda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizi yaradılır
İftixar və qürur mənbəyimizə çevrilən Vətən müharibəsində parlaq qələbədən sonra Qarabağ böyük tikinti bumuna çevrilib. Zəfərimizdən cəmi 9 ay ötsə də, işğaldan azad edilmiş torpaqlarımızdakı tikinti-quruculuq işləri hər kəsin böyük marağına səbəb olub.
“Dəmir yumruq” əks-həmlə əməliyyatı ilə Qarabağı 44 günə azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin müasir inkişaf konsepsiyası ilə əzəli torpaqlarımız dəmir iradə ilə yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli...
Bütün yollar Qarabağa aparır
Ermənistanın kapitulasiyasından sonra 10 noyabr 2020-ci il tarixində imzalanan Bəyannamənin 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, o cümlədən tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi bəyan olunub.
Əlbəttə ki, ilk növbədə, bu ərazilərdə yolların yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-logistik baxımdan yolların inşası təxirə salınmadan həyata keçirilməli idi.
Prezidentin sərəncamı ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsündə Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 11 avtomobil yolunun layihələndirilməsi və tikintisi işlərinə başlanılıb.
İnşası nəzərdə tutulan və hazırda davam edən layihələrə nəzər yetirək:
* “Zəfər” yolu (uzunluğu 101.9 km 2 hərəkət zolaqlı);
* Şuşaya gedən I texniki dərəcəli magistral (uzunluğu 81.6 km 4 hərəkət zolaqlı);
* Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 km, 4 hərəkət zolaqlı);
* Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.8 km, 4-6 hərəkət zolaqlı);
* Xudafərin-Qubadlı-Laçın (70 km, 4 hərəkət zolaqlı);
* Kəlbəcər-Laçın (73 km, 2 hərəkət zolaqlı);
* Füzuli-Hadrut (13 km, 4 hərəkət zolaqlı);
* Bərdə-Ağdam (45 km, 4 hərəkət zolaqlı);
* Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km, 4 hərəkət zolaqlı);
* Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (22 km, 2 hərəkət zolaqlı);
* Laçın şəhərinə daxil olmadan yeni alternativ yol (23 km, 2 hərəkət zolaqlı).
Şuşaya gedən yollar
Bunlardan ən qürurvericisi Şuşa şəhərini işğaldan azad edərkən rəşadətli ordumuzun istifadə etdiyi “Zəfər” yolunun tikintisi layihəsidir. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi və Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir, 2 hərəkət zolaqlı olmaqla, 2021-ci ilin sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
Şuşa şəhərinə 2-ci avtomobil yolu, I texniki dərəcəli olmaqla, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrliyindən başlayır. Bu yolun uzunluğu 81.6 kilometr, 4-6 hərəkət zolaqlı olacaq. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində yüksək sürət təmin olunacaq və “Zəfər” yolu ilə müqayisədə 20.3 km qısa olacaq. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Bu yol heç vaxt olmayıb. Vətən müharibəsində Azərbaycan əsgərinin canı və qanı bahasına açdığı cığırdı bu yol. Böyük Qələbədən 8 gün sonra - noyabrın 16-da qalib Sərkərdə kimi Füzuli və Cəbrayıla səfəri zamanı İlham Əliyevin “Zəfər” yolu adlandıraraq təməlini qoyduğu bu yolla sentyabrda qürurla irəliləyərək İsa bulağından su içib mədəniyyətimizin paytaxtına, cıdır düzünə qalxacağıq.
“Zəngəzur” nəqliyyat dəhlizi
Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, hazırda Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd hissəsinin (uzunluğu 123.8 km, 4-6 hərəkət zolaqlı) layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Müharibənin ilk günlərində, oktyabr ayının 3-də Tərtər rayonunun Çaylı, Suqovuşan və Talış kəndləri, eləcə də Suqovuşan su anbarı işğaldan azad edilən ərazilərimizdən idi. Çaylı-Suqovuşan -Talış avtomobil yolu 1970-ci illərdə salınmış yoldur. Belə ki, 1976-cı ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Tərtər və Xanarx çaylarının birləşdiyi yerdə tikilmiş Suqovuşan su anbarından Tərtər, Goranboy, Yevlax, Ağdam, Ağcabədi və digər rayonlara suyun verilməsi təmin olunmuşdu. 30 il ərzində işğal altında qalmış bu yollar da tamamilə sıradan çıxmışdı.
Prezidentin tapşırığına uyğun olaraq, müharibənin davam etməsinə baxmayaraq, dövlət agentliyi tərəfindən uzunluğu 28 km olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun təmir-bərpa işləri ərazi minadan təmizləndikdən sonra 2 ay ərzində II texniki dərəcəyə uyğun yenidən qurularaq istismara verilib.
Ömər aşırımı - Kəlbəcər yolu və Murov dağının altından tunel...
Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 № li Yol İstismarı” MMC tərəfindən Göygöl rayonundakı Toğanalı kəndindən, Murov dağındakı Ömər aşırımından keçməklə Kəlbəcər rayonuna gedən yola xidmət göstərmək üçün Kəlbəcərin Çəpli kəndində xüsusi mexanikləşdirilmiş yol sahəsi təşkil edilmiş və onun maddi-texniki bazası yeni maşın-mexanizmlər hesabına möhkəmləndirilmişdir.
Sözügedən müəssisə tərəfindən Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan lazımi təmir işləri nəticəsində müdafiə, sərhəd və digər qoşun növlərinin hərbi nəqliyyat vasitələrinin, habelə dinc əhalinin fasiləsiz hərəkəti təmin edilib.
2021-ci ilin yanvar ayının 7-də Alban-Udi xristian dini icmasının milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gedişi də, məhz bu yolla - Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilib.
Hazırda sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu (11.7 x 2 ) 23.4 km təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur. Bu imkan verəcəkdir ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün ilboyu fasiləsiz və təhlükəsiz istifadə edilsin.
İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən, başlanğıcını Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolundan götürməklə yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2024-cü il ərzində tamamlanması nəzərdə tutulur.
Qarabağın iqtisadi imkanları böyük dividendlər vəd edir
İkinci Qarabağ müharibəsindəki şanlı qələbədən sonra yaranan yeni reallıq göz önündədir. Qarşıya qoyulan birnömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq, bir sözlə, Qarabağı yenidən cənnətməkana çevirməkdir.
Hər kəsə bəllidir ki, işğaldan azad olunmuş ərazilər böyük iqtisadi potensiala malikdir və Azərbaycan dövləti bu potensialdan maksimum yararlanmaq üçün ciddi proseslərə start verib. Layihələrin uğurlu icrası onu deməyə əsas verir ki, tezliklə Qarabağın iqtisadi imkanlarından əldə ediləcək dividendlər ölkənin qüdrətinin daha da yüksəlişi üçün real zəmin yarada bilər. Çünki Qarabağda dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, trikotaj, turizm, aqrar və “yaşıl enerji” kimi sahələrin böyük inkişaf potensialı var. Yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması isə ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli təkan verəcək.
Dövlət büdcəsinin vəsaiti hesabına Qarabağa 2,2 milyard manatlıq sərmayənin qoyuluşu da təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq iqtisadi infrastrukturlar dayanıqlı inkişafa böyük təkan verəcək.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib
24 Sentyabr
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!