24 Dekabr 2024 10:00
260
SİYASƏT
A- A+
İlham Əliyevin uğurlu islahatlar kursu ilə...

İlham Əliyevin uğurlu islahatlar kursu ilə...


Azərbaycan həmkarlar ittifaqları öz fəaliyyətini dövlət başçımızın qarşıya qoyduğu tapşırıqlar əsasında müəyyənləşdirir


Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda baş verən hərtərəfli tərəqqi ölkəmizdə həmkarlar ittifaqları hərəkatının inkişafına da birbaşa təkan verib. 

Respublikamızda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olan həmkarlar ittifaqları bu gün öz fəaliyyət istiqamətini dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlar əsasında müəyyənləşdirib. Ötən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına ünvanladığı məktubda da Prezident İlham Əliyev bir daha vurğuladı ki, müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərinin yenidən qurulmasını labüd edir. Eyni zamanda ölkə iqtisadiyyatının sürətli inkişafı Azərbaycan həmkarlar ittifaqlarından yeni yaradılmış iş yerlərində işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmasını tələb edir. 

Biz də öz fəaliyyətimizi ölkəmizdə formalaşan həmkarlar ittifaqları ənənəsinə uyğun qurmuşuq və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yol xəritəsinə əsaslanaraq bu sahədə əməli addımlar atırıq. Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının da üzv olduğu Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) barədə ümumi məlumat verərək deyim ki, bu ittifaq öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir. Hər bir həmkarlar təşkilatında olduğu kimi, ATİAHİ-nin də fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq prinsipləri əsas götürülür. Bu ittifaq müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır. Xüsusi olaraq vurğulamaq istərdim ki, ittifaqın fəaliyyətində gəlir əldə etmək və bu gəlirləri öz üzvlərinin arasında bölmək əsas məqsəd kimi nəzərdə tutulmur. Həmçinin bu fəaliyyətə dövlət və təsərrüfat orqanları, sahibkarlar, onların birlikləri, ictimai və siyasi təşkilatlar tərəfindən nəzarət olunmur. İttifaq öz fəaliyyətini Azərbaycan Konstitusiyasına, Həmkarlar ittifaqları haqqında qanuna və digər qanunvericilik aktlarına, eləcə də ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrə, qurumun öz nizamnaməsinə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir. Təbii ki, ATİAHİ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və onun nizamnaməsini tanıyır.


AHİK-in bütün üzv təşkilatlarında mütərəqqi islahatlar həyata keçirilir


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün üzv təşkilatlarında mütərəqqi islahatlar həyata keçirilir. Lakin burada bir məqamı xüsusi nəzərə almaq lazımdır ki, həmkarlar ittifaqları dövlət qurumu deyil və dövlət ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla həmkarlar təşkilatlarının fəaliyyətinə müdaxilə etmir. Buna görə də həmkarlar ittifaqlarında keçirilən islahatları bu gün dövlətimiz tərəfindən ölkənin müxtəlif sahələrində həyata keçirilən əsaslı islahatların tərkib hissəsi kimi nəzərdən keçirmək düzgün olmaz. Bu islahatlar sırf həmkarlar ittifaqlarının daxili məsələlərini əhatə edir və təşkilatların fəaliyyətlərini daha effektiv etmək məqsədi daşıyır. Yəni bu yeniliklərin mahiyyətində həmkarlar təşkilatı üzvlərinin hüquqlarının daha effektiv şəkildə müdafiə olunması, onların istirahətlərinin daha səmərəli təşkili kimi məsələlərin həlli dayanır.

Qeyd etdiyim kimi, həmkarlar təşkilatlarının əsas funksiyalarından biri də işçilərin, yəni təşkilat üzvlərinin səmərəli istirahətlərini təşkil etməkdir. Məhz bu məqsədlə 1992-ci ildə Həmkarlar İttifaqlarının Kurortlarının idarə edilməsi üzrə Azərbaycan Respublikası Şurasının bazasında "Kurort" Səhmdar Cəmiyyəti təsis edilmişdir. Bu istiqamətdə işlərin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi məqsədilə "Azərbaycan Kurortları" Dövlət Proqramı (2007-2017-ci illər) və 2007-ci ildə təbii müalicə resursları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun və dövlət proqramı cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla qüvvəyə minmişdir. Digər tərəfdən isə AHİK-in tərkibində son vaxtlar daha çox xarici turistlərin qəbulu üzrə ixtisaslaşmış "Turizm və Ekskursiyalar" Şurası da fəaliyyət göstərirdi. Məhz bu iki qurumun birləşdirilməsini və onların bazasında Kurort-Turizm Mərkəzinin yaradılmasını hazırda AHİK strukturlarında həyata keçirilən islahatlardan biri kimi göstərmək olar. Bu birləşmə nəticəsində sanatoriya və istirahət mərkəzlərinə yollayışların alınması daha çox əlçatan olmuşdur. Belə ki, artıq həmkarlar təşkilatlaına üzv olan əməkdaşlar kurort-turizm mərkəzinə birbaşa müraciət edərək asanlıqla yollayışlar əldə edə bilirlər. 

Əvvəllər yollayışların alınması zamanı, xüsusilə yay vaxtları respublika komitəsində çoxsaylı növbələr yaranırdı. İndi isə, aparılan islahatlar nəticəsində əməkdaşların müraciətləri respublika komitəsinin elektron poçtlarına göndərilir və poçt vasitəsi ilə yollayışlar asanlıqla əldə edilir. Onu da qeyd edək ki, payız-qış-yaz mövsümlərində yollayışlara 20 faiz güzəştlər tətbiq olunub və üzv-əməkdaşlar ümumi məbləğin 15 faizini ödəməklə 7-14 günlük yollayışlarla operativ təmin edilirlər.


Bayram günlərində əməkdaşların kollektiv şəkildə istirahətləri təşkil edilir 


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyi bu kimi məsələlərə xüsusi diqqətlə yanaşır. Məsələn, cari ilin 7-13 noyabr tarixlərində ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin təşəbbüsü və təşkilatçılığı ilə bizim 100 nəfər əməkdaşımız Zəfər günü münasibəti ilə Nabranda yerləşən "Təhsil" İstirahət Mərkəzində "Alimlərin zəfər düşərgəsi" adlı tədbirdə iştirak və istirahət etdilər. Əməkdaşlarımızı və bədii hissəni aparacaq gənc incəsənət adamlarını istirahət mərkəzinə rahat şəkildə çatdırmaq üçün 3 ədəd komfortlu avtobus ayrılmışdı. Səfər çərçivəsində Xaçmaz şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Park və Şəhidlər xiyabanı da ziyarət olunmuşdur. İstirahət mərkəzində əməkdaşlarımız üçün 7 gün ərzində müxtəlif mədəni-kütləvi tədbirlər, Xaçmaz-Quba-Qusar rayonlarına gəzintilər, idman tədbirləri təşkil olunmuşdur. Bu tədbirlərin hamısını Azərbaycan Təsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin işçiləri təşkil etmişdilər. İlk dəfə idi ki, belə bir tədbir payız-qış mövsümündə təşkil olunmuşdur. Bu cür tədbirlərin davamlı olması respublika komitəsi tərəfindən planlaşdırılır. 

Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı tərəfindən yenə də 8 Noyabr Zəfər Günü münasibətilə Birinci və İkinci Qarabağ müharibələri qazilərinin və şəhid ailələrinin iştirakı ilə böyük bir bayram tədbiri də keçirilmişdi. Həmin tədbirdə 81 nəfər qazi və şəhid ailə üzvləri iştirak etmiş və onların hər birinə pul mükafatı da verilmişdir. Yeni il bayramı günlərində də Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqına üzv olan bütün təşkilatlarda kütləvi tədbirlər keçiriləcək. Üzv əməkdaşların azyaşlı uşaqları və nəvələrinin bayram şənliklərində iştirak etmələri üçün artıq 2000 ədəd pulsuz bilet və eyni sayda hədiyyələr nəzərdə tutulub. Bundan başqa ATİAHİ Respublika Komitəsi şəhid ailələrinin, qazilərin və ucqar rayonlarda işləyən müəllimlərin və onların ailələrinin Nabranda yerləşən "Təhsil" İstirahət Mərkəzində istirahətini təşkil etməyi planlaşdırır.

Azərbaycan həmkarlar ittifaqları ölkədə gedən bütün proseslərdə fəal iştirak edir, həmçinin ümumi işlərə dəstəyini göstərir. Təşkilat iş prinsipində cənab Prezident İlham Əliyevin siyasi kursunu əsas götürərək daim gələcək fəaliyyət proqramını təkmilləşdirərək müasir zamanın tələblərinə uyğunlaşdırır. 


Habil QURBANOV, 

Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq elmləri doktoru, professor 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub  

20:41
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

20:36
24 Dekabr

Britaniyanın Müdafiə Nazirliyi: 10 mindən çox hərbçi döyüşə yararsızdır

20:31
24 Dekabr

Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub  

20:27
24 Dekabr

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoydan

20:17
24 Dekabr

Türkiyənin dövlət rəsmiləri Balıkesirdə meydana gələn partlayışla bağlı açıqlama veriblər  

20:07
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

20:02
24 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:52
24 Dekabr

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

19:51
24 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:46
24 Dekabr

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

19:42
24 Dekabr

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:41
24 Dekabr

Avropa Parlamentinin üzvü Tierri Marianidən

19:32
24 Dekabr

Niderland Krallığı Senatının sabiq sədri Rene Van der Lindendən

19:12
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!