31 May 2025 08:10
1061
SİYASƏT
A- A+
İlham Əliyevin nüfuzu sərhəd tanımır

İlham Əliyevin nüfuzu sərhəd tanımır


Azərbaycanın milli və regional siyasətində qardaş ölkələr olan Türkiyə və Pakistanla qurulan  möhkəm və sarsılmaz əlaqələr xüsusi yer tutur. Tarixən ortaq dəyərlər, mədəniyyət, dil və din birliyi üzərində qurulan bu münasibətlər hər üç xalqın bir-birinə səmimi duyğuları ilə bağlı olduğunu göstərir. 

Prezident İlham Əliyev bu qardaşlıq bağlarının inkişafında aparıcı rol oynayır, ölkələr arasında siyasi, iqtisadi və hərbi sahələrdə strateji əməkdaşlığı möhkəmləndirir. Onun müdrik və uzaqgörən liderliyi nəticəsində Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan münasibətləri təkcə diplomatik səviyyədə deyil, həm də xalqlarımız arasında dərin hörmət və etimada söykənir. Və təbii ki, bu da bölgədə sabitliyin, sülhün və inkişafın təmin olunmasında mühüm rol oynayır. Bu gün İlham Əliyev Türkiyə və Pakistan tərəfindən duyulan dərin hörmətin simvoludur. Dövlətimizin başçısının liderliyi və siyasi uzaqgörənliyi yalnız Azərbaycanda deyil, həm də qardaş Türkiyə və Pakistanda yüksək qiymətləndirilir. Həm bu ölkələrin liderləri, həm də xalqları İlham Əliyevə böyük hörmət və rəğbət bəsləyirlər.

Azərbaycan-Türkiyə münasibətləri "Bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanır və müəllifi Ulu Öndər olan bu ideya Prezident İlham Əliyevin fəaliyyətində öz əksini tapır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasındakı şəxsi dostluq və qarşılıqlı hörmət bu münasibətləri möhkəmləndirən əsas amillərdir. Rəcəb Tayyib Ərdoğan dəfələrlə İlham Əliyevin liderliyini, xüsusən 44 günlük Vətən müharibəsində  Azərbaycanın qazandığı qələbəni yüksək qiymətləndirib. Ərdoğan onu "qətiyyətli lider", "xalqının və dövlətinin maraqlarını qoruyan müdrik rəhbər" kimi dəyərləndirib. Bir neçə gün əvvəl Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşündə İlham Əliyevin liderlik xarizması bir daha özünü göstərdi. Çıxışlarında nümayiş etdirdiyi qətiyyət, siyasi balans və diplomatik incəlik Azərbaycanın bölgədə artan rolunun və nüfuzunun təsdiqi idi. Rəcəb Tayyib Ərdoğanın isə dövlətimizin başçısına göstərdiyi və diqqətlərdən yayınmayan açıq rəğbət və hörməti bir daha sübut etdi ki, İlham Əliyev təkcə Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın etibarlı və uzaqgörən liderlərindəndir. 

Türkiyə ictimaiyyəti də İlham Əliyevin siyasi uzaqgörənliyinə və milli maraqları müdafiə edən qətiyyətinə böyük rəğbət göstərir. Türk mətbuatında və ictimai diskussiyalarda İlham Əliyev tez-tez "türk dünyasının güclü liderlərindən biri" kimi təqdim olunur. Onun şəxsiyyətinə olan münasibət hörmət və qardaşlıq  duyğuları ilə  doludur. Türkiyənin  sosial media seqmentində  və ictimai forumlarda İlham Əliyevin çıxışlarına olan müsbət rəylər təkcə dövlət başçısının, siyasi xadimlərin deyil, sadə vətəndaşların, ziyalı insanların da fikirlərini əks etdirir. Təsadüfi deyil ki, "Yutub"da  yayımlanan Türkiyəyə aid siyasi proqramlar və xəbərlərdə İlham Əliyevin çıxışları milyonlarla baxış toplayır və rəylərdə "haqqın müdafiəçisi", "liderlər lideri" kimi ifadələr çoxluq təşkil edir.

2020-ci ildəki 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zəfərinin Türkiyədə böyük rəğbətlə qarşılandığını unutmamışıq. Türkiyə ictimaiyyəti Qarabağ uğrunda mübarizədə Azərbaycanın yanında olmağı həm qardaşlıq borcu, həm də ədalətin təntənəsi kimi qəbul etmişdir. Türkiyənin o dövrdəki mediasında deyilənləri və yazılanları ümumiləşdirib belə əks etdirmək olar: "İlham Əliyev sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının qürurudur". Türkiyə televiziyalarında, qəzetlərində və xəbər saytlarında İlham Əliyev haqqında materiallar, adətən, müsbət, bəzən isə heyranlıq tərzində təqdim olunur. 

Türkiyə cəmiyyətində İlham Əliyev türk dövlətləri arasında birliyi təşviq edən və bu istiqamətdə ardıcıl fəaliyyət göstərən lider kimi tanınır. Onun Türk Dövlətləri Təşkilatına (TDT) verdiyi dəstək qardaş ölkədə geniş rezonans doğurur. Siyasi icmalçı Əhməd Şimşək dövlətimizin başçısının şəxsiyyətini belə qiymətləndirir: "İlham Əliyev türk dünyasının liderlərindən biridir. O, sadəcə ölkəsini deyil, bir çox ortaq dəyərləri təmsil edir". Bütün bunlar ona dəlalət edir ki, Türkiyə ictimaiyyəti İlham Əliyevi qardaş ölkənin güclü, müdrik və prinsipial lideri kimi qəbul edir. 

Pakistan da Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Bu dostluq əlaqələri zamanla daha da dərinləşmiş və Prezident İlham Əliyevin liderliyi dövründə yeni bir mərhələyə qədəm qoymuşdur. İlham Əliyev Pakistanla əməkdaşlığa və qardaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verir. Pakistanın keçmiş və indiki liderləri İlham Əliyevi "zəmanəmizin hörmətli liderlərindən biri" adlandırmışlar. Onlar dövlətimizin başçısına dərin hörmət göstərərək onun regionda sabitliyin və inkişafın qarantı olduğunu vurğulamışlar. Xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bu iki xalq arasında möhkəm qardaşlıq əlaqələrinin göstəricisi olmuşdur. Məlumdur ki, Pakistan Ermənistanı rəsmi olaraq tanımayan və Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ilk ölkələrdəndir. Bu, İlham  Əliyevin müstəqil və balanslaşdırılmış xarici siyasətinin Pakistan rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini göstərir.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçındakı görüşdə Prezident İlham Əliyevin diplomatik bacarığını və sülhə yönəlmiş siyasətini yüksək qiymətləndirdi. Şərif Azərbaycanın Qarabağ məsələsində əldə etdiyi uğurların və regiondakı sülhə verdiyi töhfələrin əhəmiyyətini vurğuladı, həmçinin Pakistanın Azərbaycanla olan dostluq əlaqələrini daha da möhkəmləndirmək niyyətində olduqlarını bəyan etdi.

Hər zaman Pakistanın dəstəyini  yüksək qiymətləndirməsi və iki ölkə arasında əlaqələrin gücləndirilməsi istiqamətində atdığı addımlar İlham Əliyevin şəxsi nüfuzunu Pakistan ictimaiyyətində də artırmışdır. Pakistan mediası və cəmiyyəti Prezidenti tez-tez "haqqın tərəfində duran lider", "müsəlman dünyasının dəyərli nümayəndəsi" kimi təqdim edir. Onun beynəlxalq arenada islam həmrəyliyi məsələlərinə verdiyi önəm Pakistan xalqının dövlətimizin başçısına olan rəğbətini gücləndirir.

Həm Türkiyə, həm də Pakistan İlham Əliyevi sabitlik, milli maraqlar və regional əməkdaşlıq naminə çalışan bir lider kimi qiymətləndirirlər. Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyi, xalqla birliyi və qətiyyətli mövqeyi bu ölkələrin liderləri tərəfindən hörmətlə qarşılanır. Prezident İlham Əliyev təkcə siyasi baxımdan deyil, eyni zamanda şəxsi keyfiyyətləri - dürüstlüyü, uzaqgörənliyi, prinsipiallığı və xalqına bağlılığı ilə Türkiyə və Pakistan liderlərinin, eləcə də ictimaiyyətlərinin dərin hörmətini qazanmışdır. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!