20 Sentyabr 2023 17:51
305
İDMAN
A- A+

İlahə Qədimova: “Şahmatçılarımızın uğurlu çıxışının davam edəcəyinə inanırıq”


Rumıniyada yeniyetmələrin Avropa çempionatında 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan şahmatçılar Vətənə qayıdıb. Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova jurnalistlərə açıqlamasında yeniyetmələrin nəticəsini tarixi uğur adlandırıb: “Yeniyetmələrin Avropa çempionatında 7 medal qazanması böyük uğurdu. Medallardan dördünün qızıl olmasını xüsusi olaraq qeyd etmək istərdim. Bizim şahmatçılar əvvəllər heç vaxt qitə çempionatında 4 qızıl medal qazanmayıb. Bu ilkdir, tarixi uğurdu. Federasiyanın son illər gördüyü sistemli işin nəticəsidi. Bu münasibətlə şahmatçıları, onların məşqçilərini, valideynlərini təbrik edirəm. Uğurun davamlı olacağına inanırıq. Gələn ay şahmatçılarımız yeniyetmələr arasında dünya çempionatına yollanacaq. Rumıniyadan sonra dünya çempionatında da uğurlu çıxış edəcəklərinə inanırıq”. 


“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video