22 Sentyabr 2023 11:14
384
DÜNYA
A- A+

İƏT-in Baş katibi anti-müsəlman ritorikasının güclənməsindən narahatlığını ifadə edib  

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Avropa Müsəlmanları üzrə Təmas Qrupunun Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən iclasında çıxış edən İƏT-in Baş katibi Hissein Brahim Taha anti-müsəlman ritorikasının və müsəlmanlara qarşı nifrət hisslərinin intensivliyinin artması ilə bağlı dərin narahatlığını ifadə edib.

AZƏRTAC təşkilatın Baş Katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, Baş katib İƏT-in bəzi Avropa ölkələrində “Qurani-Kərim”in nüsxələrinin təhqir edilməsi və yandırılması hallarını kəskin şəkildə pislədiyini bildirib. O qeyd edib ki, bununla əlaqədar İƏT Xarici İşlər Nazirləri Şurasının on səkkizinci fövqəladə sessiyası və İƏT İcraiyyə Komitəsinin təcili iclası keçirilib, müvafiq qərarlar qəbul olunub. Hissein Brahim Taha hökumətləri mədəniyyətlər arasında harmoniya, anlaşma, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərini təşviq etmək məqsədilə aparılan konstruktiv dialoqu dəstəkləmək üçün daha çox səy göstərməyə çağırıb.

Bundan əlavə, iclasda İsveç və Danimarkada “Qurani-Kərim”in yandırılması kimi dəhşətli təcavüz aktları ən kəskin şəkildə pislənilib. Baş katib bu kontekstdə həmin cinayətlərlə bağlı Xarici İşlər Nazirləri Şurasının son qətnaməsinin yerinə yetirilməsi öhdəliyini bir daha xatırladıb.

İclasda bir sıra ölkələrə bütün müsəlmanların dini azadlıqlarına hörmətlə yanaşılması, onların hüquq və əsas azadlıqlarının məhdudlaşdırılmaması, o cümlədən mədəni kimliklərini həyata keçirmək hüququndan məhrum edilməməsi çağırışı edilib. Hissein Brahim Taha bəzi Avropa ölkələrində anti-müsəlman əhvali-ruhiyyəsi, islamofobiya, nifrət nitqi, sağçı ekstremizmin narahatedici tendensiyası və müsəlmanları hədəf alan zorakılıq hadisələri ilə bağlı dərin narahatlığını ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video