19 Aprel 2025 09:50
2855
Oxucu məktubları
A- A+
İctimai nəqliyyat sarıdan əziyyət çəkirik

İctimai nəqliyyat sarıdan əziyyət çəkirik


Hər gün "Azadlıq" metrosundan çıxıb dayanacağa yaxınlaşanda irihəcmli, təzə, müasir avtobusları görəndə ümid edirik ki, biz də nə vaxtsa belə müasir ictimai nəqliyyatdan istifadə edə biləcəyik. 

Köhnə və çox kiçikhəcmli 147 nömrəli avtobuslar Bakının Mehdiabad, Digah və Məmmədli qəsəbələri üzrə hərəkət edir. Bu üç böyük qəsəbənin sərnişinləri avtobus sarıdan olduqca çətinlik çəkirlər. Marşrutda dözülməz sıxlıq yaranır. Kimi əzilir, kiminin nəfəsi çatmır, kiminin isə ürəyi tutur...

Digah qəsəbə sakinləri hər gün bu əzab-əziyyəti yaşamaq məcburiyyətində qalırlar. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu işə bir əncam çəkən tapılmır.

Hörmətli redaksiya, ümid edirik ki, problemimizi əlaqədar təşkilatlara çatdırıb, onun həll olunmasında bizə kömək edəcəksiniz.  


İbrahim HÜSEYNOV,

Digah qəsəbə sakini 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!