06 May 2022 00:56
1145
Səhiyyə
A- A+
İcbari tibbi sığorta əlçatan olacaqmı?

İcbari tibbi sığorta əlçatan olacaqmı?

 

Yeni dəyişikliklər bu problemi həll edəcək

 

Dünyanın inkişaf etmiş ölkələrində icbari tibbi sığorta geniş tətbiq olunur. Nəticələr uğurludur. Bu sistem əhalinin tibbi yardım almaq hüququnu təmin edir, istədiyi səhiyyə müəssisəsində müalicə və müayinə olunmaq imkanı verir.

Ölkəmizdə "Tibbi sığorta haqqında" qanun 28 oktyabr 1999-cu ildə qəbul olunub. 2007-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin yaradılması haqqında Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Dövlət başçısının 2016-cı il 15 fevral tarixli fərmanına əsasən bu qurum fəaliyyətə başlayıb, 2016-cı il 24 noyabr tarixli fərmanı ilə onun əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs yaradılıb və ilkin olaraq Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə şəklində tətbiq olunmağa başlanılıb.

 

3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulub

 

Qeyd edək ki, respublikamızda 2020-ci il yanvarın 1-də icbari tibbi sığortanın hər bir vətəndaşa şamil olunması nəzərə tutulmuşdu. Ancaq dünyanın əksər ölkələri kimi, Azərbaycanı da cənginə alan pandemiya bu sahədə də ləngimələrə səbəb oldu. Lakin pandemiyanın davam etdiyi 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkəni tam əhatə etdi. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ötən il icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27305-ə yüksəlib. İcbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 faizi tibbi xidmətlərdən yararlanıb. Xidmətlər zərfi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox müraciət edilən, habelə əlillik və ölüm riski olan xəstəliklər üzrə müayinə və müalicə olunmalarını təmin edib.

Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ildən-ilə genişlənir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xidmətlər zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Sözügedən layihədə 700 tibbi xidmətin xidmətlər zərfinə daxil edilməsi ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulub. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Eyni zamanda, hazırda limit sayı 300 olan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayının müvafiq olaraq 400-ə və 1200-ə qədər artırılması təklifi irəli sürülüb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibb müəssisələrində struktur dəyişiklikləri aparılır. Məqsəd idarəetməni təkmilləşdirmək və vətəndaşın tibbi xidmətə əlçatanlığını artırmaqdır. İslahatlar çərçivəsində keçən il ölkə üzrə fəaliyyət göstərən Ailə Sağlamlıq mərkəzlərinin sayı 278-ə yüksəlmiş, Bakı şəhərinin rayonları üzrə 11 Tibb mərkəzi, Sumqayıt şəhərində isə Sumqayıt Tibb Mərkəzi yaradılmışdır. Ən mühüm yeniliklərdən biri isə 2021-ci ilin oktyabr ayından etibarən Şuşa şəhərində modul tipli xəstəxananın fəaliyyətə başlamasıdır. Müəssisə ötən il ərzində 1 256 pasiyent qəbul edib.

 

Həkimlərin əməkhaqqı artırılacaq

 

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası"na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım iki dəfəyədək olacaq.

Tibbi statistik göstəricilərlə yanaşı, səhiyyə işçilərinin əməkhaqqı artımı və tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi də nəzərdə tutulub. 2021-ci ildə səhiyyə işçilərinə 717 milyon manatdan çox vəsait ödənilib və bu nəticə 2020-ci illə müqayisədə 18 faiz artım əldə edildiyini göstərir. Təchizata gəldikdə isə, ötən il ərzində tibb müəssisələri 5248 ədəd yeni cihaz və avadanlıqla təmin olunub, 274 tibb müəssisəsində İKT infrastrukturunun qurulması üzrə işlər görülüb.

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına cari il üzrə edilən sayca 5-ci dəyişiklikdə məqsəd odur ki, tibb xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən razı qalsın. Bununla da tibb işçilərinin sosial rifahı yaxşılaşdırılsın və tibbi xidmətlərin vətəndaşlara əlçatanlığı təmin edilsin. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90 faiz arası dəyişəcək. Maliyyə imkanları artdıqca təbii ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına yenidən baxılacaq və onların sosial müdafiəsi daha da gücləndiriləcək". "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na dəyişikliklərin məqsədi tibb işçilərinin mənzilə tələbatının ödənilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.

 

İcbari tibbi sığorta rüşvətin qarşısını alacaq

 

Mütəxəssislər ilk günlərdən əminliklə bildirirdilər ki, bu sistem dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemini inkişaf etdirdiyi kimi, Azərbaycan səhiyyəsini də irəli aparacaq. Onlar icbari tibbi sığortanın tətbiqini səhiyyə sisteminin maliyyələşməsinin ən mükəmməl forması hesab edirlər.

Səhiyyə sistemində rüşvətxorluq hallarına rast gəlinir. Hətta bəzi üzdəniraq həkimlərin öz pasiyentlərinin maddi vəziyyətlərinin aşağı olması ilə belə hesablaşmamaları, onlardan müayinə olunmalarının müqabilində pul ummaları kimi faktların da olması təəssüf doğurur. Ekspertlərin fikrincə, icbari tibbi sığorta rüşvətin, korrupsiyanın qarşısını alacaq. Belə ki, bu sistemin tətbiqindən sonra artıq həkimlə xəstə arasında "ödəniş" barədə danışıqlar aparılmayacaq. Tibb müəssisələri sadəcə, öz xidmətlərini göstərəcəklər. Müqabilində isə sığorta qurumu onlara xidmət haqlarını ödəyəcəklər. Bu da hər bir vətəndaşın ehtiyacı olduğu qədər və arzu etdiyi xəstəxanada, klinikada müayinə və müalicə olunmasına imkan yaradacaq. Necə deyərlər, ələbaxımlılığın aradan qalxmasından ən çox faydalanan sıravi vətəndaşlar olacaq. Onlar az vəsait ödəməklə keyfiyyətli xidmət ala biləcəklər. İcbari tibbi sığortanın tətbiqi bu baxımdan da əhalinin sağlamlıq durumunun yaxşılaşmasına ciddi təsir göstərəcək.

İcbari tibbi sığortada məhsuldar islahatlara nail olmaq üçün maarifləndirmə, düzgün məlumatlandırma işlərinin aparılması vacibdir. Ölkəmizdə icbari sığortanın nisbətən zəif inkişaf etməsinin əsas səbəblərindən biri əhalinin bu sahə üzrə az məlumatlı olmasıdır. Problemin aradan qaldırılması üçün əlaqədar qurumlar maarifləndirmə işlərini daha da genişləndirməlidirlər.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!