01 Mart 2025 09:25
525
CƏMİYYƏT
A- A+
Hüquqşünaslar və tibb işçiləri Hacıqabulda bir araya gəldilər

Hüquqşünaslar və tibb işçiləri Hacıqabulda bir araya gəldilər


Hacıqabulda TƏBİB-in dəstəyi və rayon mərkəzi xəstəxanasının təşkilatçılığı ilə "Səhiyyə xidmətlərində hüquqi yanaşma" mövzusunda regional forum keçirilib. 

Tədbirdə 10 regionun səhiyyə və hüquq sahəsində çalışan rəhbər şəxslər iştirak edərək səhiyyə sistemində hüquqi tənzimləmələrin əhəmiyyətini vurğulayıblar. "Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil olunan forumda səhiyyə və hüquq sistemlərinin qarşılıqlı əlaqəsi də müzakirə olunub.

Forumun açılışında çıxış edən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev səhiyyədə hüquqi xidmətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, tibbi personalın hüquqi biliklərinin artırılması səhiyyə sisteminin effektivliyinə birbaşa təsir göstərir. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov isə çıxışında səhiyyə və hüquq sisteminin birgə fəaliyyətinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün hüquqi çərçivənin möhkəmləndirilməsi vacibdir. Tədbirdə çıxış edən Milli Məclisin Sədr müavini Rəfael Hüseynov da səhiyyənin hüquqi əsaslarla idarə olunmasının əhəmiyyətini önə çəkərək vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması üçün normativ bazanın gücləndirilməsinin  vacibliyini söyləyib.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxışında səhiyyə müəssisələrində hüquqi çərçivənin möhkəmləndirilməsinin tibbi xidmətlərin keyfiyyətinə təsirindən danışıb və bildirib ki, səhiyyə sektorunda hüquqi məsələlərin həlli həm tibb işçiləri, həm də pasiyentlər üçün mühüm rol oynayır. Milli Məclisin Səhiyyə Komitəsinin nümayəndəsi Məlahət İbrahimqızı isə çıxışında  səhiyyədə hüquqi xidmətlərin gücləndirilməsinin hüquqi dövlət quruculuğunun tərkib hissəsi olduğundan danışıb, səhiyyə işçilərinin hüquqlarının qorunması və onların hüquqi biliklərinin artırılmasının əsas prioritetlərdən biri olduğunu söyləyib. Milli Məclisin deputatı Tahir Rzayev də səhiyyə sistemində hüquqi mexanizmlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, səhiyyədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi üçün yeni islahatlara ehtiyac var.

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Elnara Muradova isə səhiyyə işçilərinin əmək hüquqlarının qorunmasının vacibliyini qeyd edərək vurğulayıb ki, tibbi personalın əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi onların fəaliyyətinin səmərəliliyinə birbaşa təsir edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Aysel İbayeva icbari tibbi sığorta çərçivəsində hüquqi tənzimləmələrin əhəmiyyətindən danışaraq bildirib ki, sığorta sisteminin effektiv işləməsi üçün hüquqi bazanın təkmilləşdirilməsi vacibdir.  Hacıqabul rayon prokuroru, baş ədliyyə müşaviri Lalə Hüseynova səhiyyədə hüquqi məsuliyyətin gücləndirilməsinin zəruriliyini vurğulayaraq söyləyib ki, hüquqi tənzimləmələr səhiyyə işçilərinin məsuliyyətini artırmaqla yanaşı, onların hüquqlarının qorunmasına da xidmət etməlidir. TƏBİB-in Hüquq Departamentinin rəhbəri Aynur Hüseynova da səhiyyə sektorunda hüquqi məsələlərin tənzimlənməsi ilə bağlı mövcud problemləri qeyd edərək deyib ki, tibb müəssisələrində hüquqi maarifləndirmənin artırılması vacibdir.

Çıxışlardan sonra forumda səhiyyə sahəsində hüquqi xidmətlərin təkmilləşdirilməsi, səhiyyə işçilərinin hüquqlarının qorunması və vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb. Tədbir iştirakçıları səhiyyə-hüquq əməkdaşlığının daha da inkişaf etdirilməsinin və bu mövzuda mütəmadi olaraq forumların təşkil edilməsinin vacibliyini vurğulayıblar. 


S.CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!