09 May 2026 12:52
143
SİYASƏT
A- A+
Humanizmə xidmət edən missiya

Humanizmə xidmət edən missiya


Azərbaycanın dövlətçilik tarixində sosial siyasətin mühüm istiqamətlərindən biri hər zaman səhiyyə sahəsi olub. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə formalaşdırılan səhiyyə siyasəti sonrakı illərdə də dövlətin sosial kursunun mühüm dayaqlarından birinə çevrilib. Bu siyasətin tərənnümçüsü olan Heydər Əliyev Fondu ötən illər ərzində ölkənin səhiyyə sisteminə mühüm töhfələr verib, minlərlə insanın sağlamlığına xidmət edən layihələr reallaşdırıb.

Səhiyyə sahəsinin inkişafı yalnız tibbi xidmətlərin genişləndirilməsi deyil, həm də insan həyatına verilən dəyərin göstəricisidir. Məhz buna görə də Azərbaycanda həyata keçirilən sosial layihələrdə və dövlət proqramlarında insan amili ön planda olub. Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyin təmin edilməsindən sonra sosial infrastrukturun bərpasını əsas prioritetlərdən biri elan edib. Xəstəxanaların yenidən qurulması, tibbi avadanlıqların müasirləşdirilməsi və səhiyyə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm qərarlar qəbul edilib. İnsan sağlamlığını dövlətin əsas sərvəti hesab edən Heydər Əliyev səhiyyənin yalnız tibbi deyil, həm də strateji və milli əhəmiyyət daşıyan sahə olduğunu dəfələrlə vurğulayıb.

2004-cü ildə yaradılan Heydər Əliyev Fondu ölkəmizin humanitar və sosial həyatında mühüm rol oynayır. Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman əsasında yaradılan Fond Ümummilli Liderin ideyalarının yaşadılması, sosial rifahın yüksəldilməsi və humanitar dəyərlərin təşviqi istiqamətində çoxsaylı layihələr həyata keçirir. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsləri ilə həyata keçirilən layihələr insan amilinə söykənən sosial siyasətin mühüm nümunəsidir.

Ölkənin müxtəlif bölgələrində yeni tibb müəssisələrinin tikilməsi, mövcud xəstəxanaların əsaslı təmiri və müasir tibbi avadanlıqlarla təmin olunması səhiyyə xidmətlərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Bakı və regionlarda çoxsaylı xəstəxana, poliklinika və reabilitasiya mərkəzləri tikilərək istifadəyə verilib. Bu layihələr nəticəsində regionlarda yaşayan insanların paytaxta üz tutmadan yüksək səviyyəli tibbi xidmət almasına imkan yaranıb. Şüvəlan Birləşmiş Şəhər Xəstəxanası, Zirə Müalicə-Diaqnostika Mərkəzi, Pirşağı Şəhər Səhiyyə Kompleksi və Ucar Rayon Mərkəzi Xəstəxanası kimi tibb müəssisələri müasir standartlara uyğun şəkildə qurulub. Bu obyektlərdə ən son tibbi texnologiyaların tətbiqi region əhalisinin keyfiyyətli tibbi xidmətə çıxışını genişləndirib. Eyni zamanda, hemodializ mərkəzlərinin yaradılması böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsində mühüm rol oynayıb.

Fondun həyata keçirdiyi layihələr sırasında uşaqların sağlamlığı ilə bağlı təşəbbüslər xüsusi yer tutur. Anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqlar üçün təşkil olunan tibbi aksiyalar nəticəsində yüzlərlə uşaq əməliyyat olunaraq sağlamlığına qovuşub. Eyni zamanda, aztəminatlı ailələrin övladlarına tibbi yardım göstərilməsi, donor hərəkatının təşviqi və qanvermə aksiyalarının təşkili sosial həmrəyliyin güclənməsinə mühüm töhfə verib.

Heydər Əliyev Fondunun ən mühüm təşəbbüslərindən biri talassemiya ilə mübarizə istiqamətində həyata keçirilən proqram oldu. “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində ölkədə bu xəstəliklə mübarizənin sistemli əsasları formalaşdırıldı. Talassemiya xəstələrinin müalicəsi, donor qan bankının yaradılması və genetik nəzarət mexanizmlərinin tətbiqi istiqamətində mühüm addımlar atıldı. 2009-cu ildə istifadəyə verilən Talassemiya Mərkəzi bu sahədə ölkənin əsas tibb müəssisəsinə çevrildi. Müasir laboratoriyalar, diaqnostika bölmələri və qan bankı ilə təchiz olunan mərkəzdə talassemiya xəstələri üçün kompleks tibbi xidmət göstərilir. Burada sümük iliyi transplantasiyası və genetik analizlər də daxil olmaqla bir sıra mürəkkəb tibbi prosedurlar həyata keçirilir. Bu layihə yalnız xəstələrin müalicəsinə deyil, xəstəliyin gələcək nəsillər arasında yayılmasının qarşısının alınmasına da xidmət edir.

Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm sosial proqramlardan biri də diabetli uşaqlara yönəlmiş layihədir. “Diabetli uşaqlara ən yüksək qayğı” adlı təşəbbüs çərçivəsində şəkərli diabetdən əziyyət çəkən uşaqların davamlı tibbi nəzarətdə saxlanılması və onların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində geniş iş aparılır. Layihə çərçivəsində minlərlə uşağa insulin pompaları, qlükometrlər və digər tibbi vasitələr təqdim olunub. Eyni zamanda, valideynlər üçün maarifləndirici tədbirlər təşkil edilir, xəstəliklə bağlı ictimai məlumatlandırma işi aparılır. Bu təşəbbüs nəticəsində diabetli uşaqların gündəlik həyatında yaranan çətinliklərin müəyyən hissəsi aradan qaldırılıb.

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial və tibbi reabilitasiyası istiqamətində də mühüm layihələr həyata keçirilib. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi və Mərdəkan Uşaq Reabilitasiya Xəstəxanası kimi müəssisələrdə uşaqların cəmiyyətə inteqrasiyası, tibbi və psixoloji dəstəklə təmin olunması üçün müasir şərait yaradılıb. Burada həyata keçirilən proqramlar xüsusi qayğıya ehtiyacı olan uşaqların həm fiziki, həm də sosial inkişafına dəstək verir.

Heydər Əliyev Fondu yalnız ölkə daxilində deyil, beynəlxalq humanitar fəaliyyət istiqamətində də mühüm təşəbbüslər irəli sürür. Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən həyata keçirilən layihələr bir sıra ölkələrdə sosial-humanitar dəstək proqramlarının reallaşdırılmasına şərait yaradıb. Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən Mother Teresa Universitet Xəstəxana Mərkəzi üçün müasir pediatrik sedasiya otağının qurulması da bu təşəbbüslərdən biridir. Layihə çərçivəsində xəstəxanaya müasir anesteziya avadanlıqları və tibbi cihazlar təqdim olunub. Bu addım uşaqlar üçün tibbi prosedurların daha təhlükəsiz və rahat şəraitdə aparılmasına imkan yaradıb.

COVID-19 pandemiyası dövründə də Fond səhiyyə sisteminə dəstəyini davam etdirib. Dünyanı bürüyən pandemiya şəraitində tibb müəssisələrinin yükü artdığı bir vaxtda bir sıra beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində “REACT-C19” layihəsi həyata keçirilib. Layihə çərçivəsində region xəstəxanalarında çalışan tibbi heyət üçün təlimlər təşkil olunub, rəqəmsal tibbi dəstək mexanizmləri tətbiq edilib. Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və beynəlxalq tərəfdaşların iştirakı ilə həyata keçirilən bu proqram pandemiya ilə mübarizədə tibbi personalın peşəkar bacarıqlarının artırılmasına töhfə verib.

Müasir dövrdə səhiyyənin inkişafı yalnız tibbi xidmətlə məhdudlaşmır. İnsanların informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi də sosial rifahın vacib elementlərindən biridir. Bu baxımdan Fondun Naxçıvan, Gəncə və Yevlax şəhərlərində yaratdığı Regional İnformasiya Mərkəzləri xüsusi əhəmiyyət daşıyır. Bu mərkəzlər gözdən əlilliyi olan şəxslərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarını genişləndirir, onların təhsil və bilik resurslarına çıxışını təmin edir.

Ötən illər ərzində Heydər Əliyev Fondu sosial məsuliyyət prinsipinə əsaslanan fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanıb. Fondun həyata keçirdiyi layihələr insanlara yalnız tibbi və sosial yardım göstərməklə kifayətlənmir, eyni zamanda humanizm və mərhəmət dəyərlərinin təşviqinə xidmət edir. Azərbaycanda sosial rifahın yüksəldilməsi, insanların həyat keyfiyyətinin yaxşılaşdırılması və həssas qrupların müdafiəsi istiqamətində görülən işlər Fondun fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib.

Dövlətin həyata keçirdiyi proqramlarla yanaşı, Heydər Əliyev Fondunun humanitar layihələri ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə və insanların sosial müdafiəsinin güclənməsinə mühüm töhfə verir. İnsan amilini əsas prioritet hesab edən bu fəaliyyət nəticəsində minlərlə insan tibbi yardım alıb, neçə-neçə ailə sosial dəstəkdən yararlanıb.

Heydər Əliyev Fondunun fəaliyyəti bir daha göstərir ki, sosial siyasətin əsas məqsədi insanın rifahını təmin etməkdir. İnsan sağlamlığına göstərilən diqqət, tibbi xidmətlərin əlçatanlığının artırılması və humanitar layihələrin genişləndirilməsi Azərbaycanın sosial inkişaf modelinin əsas istiqamətlərindən biri olaraq qalır. Fondun həyata keçirdiyi layihələr isə bu siyasətin praktik nəticəsi kimi ölkənin ictimai həyatında mühüm yer tutur. Bu fəaliyyət yalnız bu gün üçün deyil, gələcək nəsillərin sağlam və təhlükəsiz cəmiyyət şəraitində yaşaması baxımından da böyük əhəmiyyət daşıyır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Uşaqlar gələcəyimizdir  

13:18
09 May

“Airbnb”də süni intellekt dövrü

13:14
09 May

Bakıda şəhərsalma həftəsi təşkil olunacaq

13:06
09 May

Humanizmə xidmət edən missiya

12:52
09 May

İkinci dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

12:46
09 May

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

12:44
09 May

Sabah hava əsasən yağmursuz olacaq

12:34
09 May

Müasir Azərbaycanın qurucusu və milli dövlətçilik fəlsəfəsinin müəllifi

12:03
09 May

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

12:02
09 May

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11:55
09 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib 

11:26
09 May

Vəkillər Kollegiyasının sədri veteran vəkili yubileyi münasibətilə evində ziyarət edib

11:00
09 May

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

10:34
09 May

Azərbaycan nümayəndə heyətinin Efiopiyada bir sıra görüşləri olub

10:17
09 May

Ulu Öndərin ideyalarından Böyük Zəfərə

10:13
09 May

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib

10:08
09 May

Yeganə üç “Şöhrət” ordenli naxçıvanlı hərbçi və pedaqoq Rəhim Rəhimov  

10:00
09 May

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

09:35
09 May

Rubio Avropa ölkələrini İrana qarşı birgə tədbirlər görməyə çağırıb  

09:30
09 May

TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq

09:29
09 May

Zelenski üçgünlük atəşkəsi təsdiqləyib

09:26
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!