16 Fevral 2025 08:25
512
SİYASƏT
A- A+
"Humanitar terrorçu"

"Humanitar terrorçu"


USAID-in əsl "fəaliyyət"i dünya ictimaiyyətinə bəlli oldu


Humanitar dəstək adı altında yaradılan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi - USAID-in əsl "fəaliyyət"i dünya ictimaiyyətinə bəlli olduqca, yəni gizli qalan məqamlar ortaya çıxdıqca hər kəsdə heyrət doğurur. 

Sən demə, bu təşkilat müxtəlif ölkələrdə "humanitar yardım" adı altında qarşıdurmaların yaradılmasına, dövlət əleyhinə kampaniyaların təşkilinə, müxtəlif lobbiçilik fəaliyyətlərinin inkişafına, terror təşkilatlarına külli miqdarda vəsaitlər ayırıb. Dünyada təsir imkanları olan media və QHT-lərin qanunsuz maliyyələşdirilməsi də USAID-in başlıca istiqamətlərindən olub. Təşkilat bununla müxtəlif ölkələrin daxili işlərinə qarışaraq öz məqsədinə uyğun ictimai rəy formalaşdırmağa çalışıb. 

USAID formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, birbaşa ABŞ Prezidenti, Dövlət katibi və Milli Təhlükəsizlik Şurasının tabeliyində idi. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunurdu. Maliyyə vəsaitinin həcminə görə dünyanın ən öndə gedən təşkilatıdır desək, yanılmarıq. Rəqəmlərə diqqət edək: 2024-cü maliyyə ilində USAID layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAID xətti ilə 335 milyard dollar xərclənib. 

Bu, az qala orta səviyyəli dövlətin illik büdcəsindən 10 dəfə çoxdur. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAID guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsil, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində, onun fəaliyyəti bütün dünya üzrə QHT-ni və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.

Bu təşkilatın fəaliyyətinin müvəqqəti olaraq dayandırılması, Samanta Pauer kimi fiqurların təşkilatın rəhbərliyindən uzaqlaşdırılması Amerikanın dövlət mənafeyinin çərçivələrində atılmış addım olaraq diqqəti cəlb edir. Eyni zamanda Amerikanın müxtəlif ölkələrlə münasibətində bu təşkilatın oynadığı ziyanlı rolu müəyyən qədər sığortalamaq və dayandırmaq gedişi kimi qəbul oluna bilər. USAID-in fəaliyyəti bərpa olunduqdan sonra onun yeni dövrdə fəaliyyətinin necə olacağı düşündürücüdür. Azərbaycan heç vaxt beynəlxalq və donor təşkilatlarla əməkdaşlıqdan qaçmayıb, amma donor təşkilatları təmsil etdikləri ölkənin mənafeləri ilə bərabər, gəldikləri ölkənin milli-mənəvi dəyərlərinə, eyni zamanda inkişaf modellərinə hörmətlə yanaşmağı öyrənməlidirlər.

 USAID-in ötən il müxtəlif ölkələrdə media orqanlarına ayırdığı vəsaitin məbləği də təşkilatın riyakar məqsədini bir daha aydın göstərir. Təsisatın müxtəlif adlar altında pul ayırdığı proqramlar arasında nüfuzlu media qurumlarının maliyyələşdirilməsi diqqəti cəlb edir. Belə ki, təşkilata ayrılan məbləğdən USAID-in "The New York Times"a 3,1 milyon dollar, "Politico"ya 8 milyon dollar, "Associated Press"ə 19 milyon dollar, BBC-yə 2,6 milyon funt sterlinq, "Reuters"ə 9 milyon dollar, "Frans-Press"ə 447 min dollar ayırdığı məlum olub. Təbii ki, məqsəd müxtəlif ölkələr əleyhinə qarayaxma kampaniyalarının aparılması, sifarişli yazıların yayımlanması, milli hökumətlərə təzyiqləri artırmaq olub.  USAID bu yolla dünyanın müxtəlif yerlərində 700-dən artıq media orqanını, 300-ə yaxın media sahəsində çalışan QHT-ni və 6 mindən çox jurnalisti maliyyələşdirib. 

ABŞ-nin sabiq prezidenti Co Baydenin dövründə ermənipərəst Samanta Pauerin rəhbərliyi ilə anti-Azərbaycan yanaşması ilə fəallaşan USAID Ermənistana beşillik yardım paketini iki dəfədən çox artırmaq və digər layihələri ilə ölkəmizdəki nüfuzunu ciddi şəkildə zədələmişdi. 

2023-cü il antiterror tədbirlərindən sonra əməkdaşlığı daha da artıran tərəflər Samanta Pauerin səfərləri fonunda USAID İrəvana ciddi maliyyə və siyasi dəstək verirdi. Bu da təşkilata qarşı ölkəmizdə ictimai qəzəbi artırdı və fəaliyyətinin dayandırlmasına ciddi zərurət yaratdı. Bütün bunlar isə regiondakı siyasi ab-havaya mənfi təsir edib, Azərbaycan-Ermənistan sülh müzakirələrinə zərbə vurub. Həmçinin  USAID Rusiyanın böyük təsirə malik olduğu Gürcüstanda və Ermənistanda müxalifətyönümlü medianı, QHT-ləri maliyyələşdirərək inqilablarla ABŞ-nin maraqlarını təmin etməyə çalışıb.

USAID-in Azərbaycanın legitim maraqlarına uyğun olmayan fəaliyyəti nəzərə alınaraq təşkilatın ölkəmizdəki fəaliyyəti ötən ilin iyul ayından dayandırılıb. Fəaliyyətinin dayandırılmaması üçün USAID çox çalışsa da, bu, mümkün olmayıb. Görünür ki, Azərbaycan yenə zamanında və doğru qərar verib.


R.BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Exit-poll: qazaxıstanlılar yeni Konstitusiyanı dəstəkləyib

23:59
15 Mart

Azərbaycan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

23:25
15 Mart

Azərbaycan güləşçisi Serbiyada qızıl medal qazanıb YENİLƏNİB

23:01
15 Mart

Bağdad Hava Limanı və ətrafına raketlər atılıb

22:56
15 Mart

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olunub  

22:22
15 Mart

Qazaxıstanda keçirilən referendumda seçici fəallığı 73,24 faiz olub

20:36
15 Mart

Misli Premyer Liqası: “Neftçi” “Qəbələ”ni məğlub edib

20:03
15 Mart

ABŞ digər ölkələrin Hörmüz boğazı ilə bağlı səylərini dəstəkləməsini gözləyir

19:52
15 Mart

Zelenski Trampla görüşmək istəyir  

18:49
15 Mart

Rusiya, Qazaxıstan və Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunub  

18:05
15 Mart

Yeran Lovetti: Qlobal problemlərin müzakirəsi Azərbaycana yalnız nüfuz qazandırır

17:57
15 Mart

Misli Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

17:01
15 Mart

İsveçrənin İrandakı səfirliyinin daha üç əməkdaşı təxliyə olunub

16:48
15 Mart

Türkiyə XİN: İrqçiliklə mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verməyi davam etdirəcəyik

16:31
15 Mart

Səudiyyə Ərəbistanı gecə yarıdan bəri 27 PUA-nı və 6 ballistik raketi zərərsizləşdirib

15:13
15 Mart

Ukrayna ABŞ-yə 35-50 milyard dollar dəyərində dron istehsalı müqaviləsi imzalamağı təklif edib

15:02
15 Mart

İrandan Azərbaycana növbəti təxliyə: daha 6 nəfər sərhədi keçib  

14:53
15 Mart

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

14:42
15 Mart

Əraqçi: Hörmüz boğazı ABŞ və onun müttəfiqləri istisna olmaqla, hər kəs üçün açıqdır  

14:38
15 Mart

Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə ümumilikdə 6 binada təşkil edilib

14:23
15 Mart

Zelenski: Ukrayna parlamentində çalışmaq istəməyən deputatlar cəbhəyə xidmətə getməlidirlər

14:06
15 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!