15 İyul 2025 19:01
685
İQTİSADİYYAT
A- A+
Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub

Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub

“Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhan layihələrində payçı olan Hindistanın “ONGC Videsh Limited” şirkətinin baş maliyyə direktoru Anupam Agarvalın rəhbərlik etdiyi nümayəndə heyəti Səngəçal terminalında olub.

AZƏRTAC xəbər verir ki, terminalda qonaqları qarşılayan bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli onlara Azərbaycanın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verib.

Dünya tarixində Azərbaycanın əldə etdiyi ilklər, neft sənayesində birinciliklər qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, dünyada ilk dəfə mexaniki üsul ilə neft quyusu 1846-cı ildə Bakıda - Bibiheybət ərazisində qazılıb. 1897-1907-ci illərdə Bakıdan Batumiyə çəkilmiş boru xətti dünyada ilk ən uzun neft kəməri (833 kilometr) olub. Mtsxeta şəhəri yaxınlığında Bakı-Batumi marşrutu üzərində olan və bu günümüzə qədər gəlib çatmış 16 nasos stansiyalarından biri hazırda Gürcüstanın mədəni irs siyahısına daxil edilib.

Azərbaycan dünyada ilk dəfə olaraq 1949-cu ildə açıq dənizdən, Xəzərin “Neft daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu “Ginnesin rekordlar kitabı”na ilk dəniz neft platforması kimi düşüb.

Qivami Rəhimli qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi məqsədilə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalayıb. Bu müqavilə keçmiş Sovet məkanında imzalanmış ən böyük hasilatın pay bölgüsü sazişi olaraq ölkəmizin sürətli inkişafına təkan verib onu regional enerji mərkəzinə çevirib.

Qonaqlar avtobusla Səngəçal terminalının ərazisinə gedərək oradakı texnoloji proseslər barədə ətraflı məlumat alıblar. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. “Azəri-Çıraq-Günəşli” yatağındakı platformalardan hasil olan neft və “Şahdəniz”dən çıxarılan qaz terminala daxil olur və bu gün Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsi ilə dünya bazarına ixrac edilir. Dünyanın ən böyük terminallarından sayılan Səngəçal terminalının sahəsi 688 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon bareldən çox xam neft və 81 milyon kubmetr qaz emal etmək gücünə malikdir.

Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir.

bp şirkətinin əməliyyatçısı olduğu Səngəçal terminalı inteqrasiya edilmiş neft-qaz terminalı kimi dünyada unikal xarakter daşıyır.

Qonaqlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıcındakı ilk - əsas nasos stansiyası, “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının terminaldakı nəzarət-idarəetmə mərkəzi ilə də tanış olublar.

Qeyd olunub ki, ACE platforması Xəzərdə sahildən idarə edilən ilk dəniz platformasıdır. Bütün idarəetmə işləri platformadan deyil, Səngəçal terminalından aparılır. Bu da öz növbəsində proseslərin avtomatlaşdırılması və rəqəmsal innovasiyaların geniş istifadəsinə imkan yaradan ən müasir dizayna malik möhtəşəm innovativ mühəndislik nümunəsidir.

Qivami Rəhimli vurğulayıb ki, Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirib və Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyində çox mühüm rol oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyevdə insanlara atəş açan Moskva sakini olub YENİLƏNİB-2 

20:33
18 Aprel

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb

19:29
18 Aprel

İrakli Kobaxidze: Gürcüstan Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir  

18:26
18 Aprel

Premyer Liqa: "Şamaxı" autsayderə uduzub

18:08
18 Aprel

Bu gün paytaxtda 556 küçə yuyulub YENİLƏNİB

18:01
18 Aprel

Lavrov və Fidan Yaxın Şərqdə baş verənləri müzakirə ediblər

17:24
18 Aprel

Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub 

17:16
18 Aprel

TÜRKPA Baş katibi ŞKTC-nin fəaliyyətinə dəstəyin davam edəcəyini vurğulayıb

17:09
18 Aprel

Qarabağ Universiteti Türk dünyasında turizmin gələcəyinə həsr olunan konfransda ölkəmizi təmsil edib  

16:48
18 Aprel

Deputat: Türkiyə Böyük Millət Məclisi TÜRKPA-nın fəaliyyətinə dəstəyi davam etdirməyə hazırdır

16:27
18 Aprel

Kür çayında suyun səviyyəsi artıb, bəzi nasos stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılıb VİDEO  

16:08
18 Aprel

Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə münasibətin dəyişməsi zəruridir  

16:01
18 Aprel

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib 

15:55
18 Aprel

Muxtar Babayev: Özəl sektorun marağını yenidən iqlim maliyyələşdirilməsinə yönəltmək vacibdir

15:22
18 Aprel

İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib  

15:13
18 Aprel

Moldova mediası: Dünya şəhərlərinin gələcəyi Bakıda müəyyənləşəcək

15:02
18 Aprel

TÜRKPA və AQEM arasında davamlı əməkdaşlığın vacibliyi vurğulanıb

14:48
18 Aprel

Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da artır

14:38
18 Aprel

Ramiz Ələkbərov: Dünya bir çox hallarda ikili standartlardan qaça bilməyib  

14:15
18 Aprel

ETN İnformasiya Texnologiyaları İnstitutunun nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində olub

14:13
18 Aprel

Fransa və Böyük Britaniya ticarət gəmilərini qorumaq üçün çoxmillətli missiyanın yaradıldığını elan edib  

13:58
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!