11 Avqust 2024 08:45
1344
Mədəniyyət
A- A+
Heykəltaraşın yaradıcılıq dünyası

Heykəltaraşın yaradıcılıq dünyası

 

Azərbaycan heykəltaraşlıq sənəti tarixində onun da adı ləyaqətlə çəkilir. O, istər dəzgah və istərsə də monumental heykəltaraşlıq sahəsində müəllifi olduğu yaddaqalan yaradıcılıq nümunələri ilə incəsənət xadimləri və sənətsevərlər tərəfindən xüsusi rəğbət qazanıb. Xalq rəssamı, heykəltaraş Mirəli Mirəsədulla oğlu Mirqasımovun bu il 100 illik yubileyi tamam olur. 
M.Mirqasımov AMEA-nın ilk prezidenti olmuş, görkəmli akademik, tibb alimi Mirəsdulla müəllimin aliəsində dünyaya göz açmışdı. Elmə, sənətə olan maraq ona ilk növbədə valideynlərindən sirayət etmişdi. M.Mirqasımovun gələcəkdə tanınmış incəsənət xadimi olmasında anası Ceyran xanımın həlledici rolu olub. Yeddi yaşında eşitmə qabiliyyətini itirmiş gələcək heykəltaraşa anası cəfakeş qayğı göstərib, oğlunun sənətin sirlərinə yiyələnməsində xüsusi fədakarlıq edib. M.Mirqasımov orta və ali ixtisas təhsilini sırf heykəltaraşlıq ixtisası üzrə almış sənətkarlardandır. O, əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (müəllimi-məşhur heykəltaraş Pyotr Sabsay), daha sonra İ.E.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 
M.Mirqasımovun yaradıcılığını səciyyələndirən əsas cəhətlər kimi professional işlənilmə və mükəmməl bədii obraz yaratmaq məharətini, surətlərin fərdi xarakterik və ümumiləşdirilmiş formada bədii işlənilmə xüsusiyyətlərini qeyd etmək olar. Onun dəzgah heykəltaraşlığı sahəsində yaratdığı büst portretlərə nə qədər poetiklik, lirizm və zahiri statiklik xasdırsa, monumental heykəltaraşlıq abidələrində isə əksinə olaraq dinamizm, daxili ekspressivlik və müdirik düşündürücülük əlamətləri xasdır. 
M.Mirqasımovun müəllifi olduğu dəzgah heykəltaraşlığı nümunələrindən "Mirzə Ələkbər Sabirin büstü" (1948), "At" (1950, gips), "Şir" (1950, gips), "Qız portreti" (1955, mərmər), "Anasının portreti" (1956, gips), "Neftçi Qurban" (1959, bürünc), "Azadlıq" (1959, bürünc), "Xəzri" (1966, bürünc), "Cəfər Cabbarlı" (1987, bürünc) və başqalarını göstərmək olar. Sadalanan hər bir sənət əsərinin ərsəyə gətirilməsi heykəltaraşın gərgin yaradıcılıq axtarışları və zəhməti hesabına başa gəlib. 
Müəllif hər hansı bir monumental heykəltaraşlıq abidəsi üzərində işləyərkən əvvəlcə onun kiçik modellərini, eskizlərini hazırlayır. İştirak etdiyi müsabiqələrdə monumental heykəltaraşlıq abidələri üçün yaratmış olduğu eskiz - layihələrə "Cəfər Cabbarlı" (1959, gips), "Məhəmməd Füzuli" (1962, gips), "İmadəddin Nəsimi" (1973, gips), "Cəfər Cabbarlı" (1981, gips) və başqalarını qeyd etmək olar. 
M.Mirqasımovun müəllifi olduğu monumental heykəltaraşlıq abidələrinə Sumqayıt şəhərində "Nəriman Nərimanovun abidəsi" (1964, bürünc), Naxçıvan şəhərində "Cəlil Məmmədquluzadənin heykəli" (1974, bürünc, memar Ənvər İsmayılov), Bakı şəhərində "Cəfər Cabbarlının heykəli"ni (1982, qranit, memar Yusif Qədimov) göstərmək olar. 
Görkəmli yazıçı, "Molla Nəsrəddin" jurnalının naşiri və redaktoru Mirzə Cəlilin heykəli Naxçıvan şəhərində ucaldılmış ilk monumental heykəltaraşlıq abidələrindən biridir. Cəlil Məmmədquluzadənin adını daşıyan Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının qarşısında qaya üzərində sağ ayağı bir az yığılı, sol ayağı bir qədər irəli, sağ qolu sağ qıçı üzərində uzalı, sol əli sol qıçına söykəli  (sanki yazıçı irəliyə doğru əyilmiş qamətinin müvazinətini saxlayır), başı bir qədər yana yönəlmiş, əngin xəyallar brulğanına qərq olmuş vəziyyətdə, baxışlarından fikir süzülən yazıçının son dərəcə poetik, əsl Mirzə Cəlil siqlətinə malik bədii obrazı əbədiləşdirilib. 
M.Mirqasımovun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən heç şübhəsiz ki, məşhur yazıçı, dramaturq, incəsənət xadimi Cəfər Cabbarlının heykəlidir. Əzəmətli - hündürlüyü 5,5 metrə çatan abidə son dərəcə mükəmməl kompozisiya və bədii işlənilmə xüsusiyyətlərinə malikdir. Hündür qranit postamentin üzərində yazıçının ayaqüstə, başını sola çevirmiş, əllərini sinəsinə qoşalamış vəziyyətdə və gərgin fikirlər keçirdiyi məqamda, orijinal formada monumental bədii obrazı yaradılıb. Bu abidə SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb.
M.Mirqasımov, eyni zamanda Fəxri xiyabanda dəfn edilən atası, AMEA-nın ilk prezidenti, məşhur təbib Mirəsədulla Mirqasımovun qəbirüstü memorial abidəsinin də müəllifidir. 
XX əsr heykəltaraşlıq sənətimizin tanınmış tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltaraşın yaradıcılığı barədə yazırdı: "Mirəli Mirqasımovun yaradıcılığında bir-biri ilə bağlı olan iki istiqamət - hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-biriylə qırılmaz vəhdətdədir".
Heykəltaraşın bədii yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, Əməkdar incəsənət xadimi (1963), Xalq rəssamı (1982) fəxri adlarına və "Şöhrət" ordeninə layiq görülmüşdür. 

Əsəd QULİYEV,
Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!