26 Noyabr 2023 10:35
1671
Mədəniyyət
A- A+
Heydər Əliyevin Azərbaycan dili sevgisi

Heydər Əliyevin Azərbaycan dili sevgisi

 

Dili yaşadan xalqdır, bu dildə danışanlardır. Elə xalqı da yaşadan onun dilidir. Bu baxımdan hər bir xalq öz milli mental dəyərlərinə, adət-ənənəsinə diqqət və qayğı ilə yanaşmalıdır. 
Dil mürəkkəb, eyni zamanda rəngarəng, çalarlı, zəngin işarələr sistemidir. Məşhur dilçi alim Humboldtun "Dil işarələr haqqında elmdir" fikri hər dövr üçün öz aktuallığını qoruyur. Sistemləşmiş, normaya salınmış doğma ana dilimiz də bu təkamül prosesindən keçmişdir. Azərbaycan dili öz melodik, avazlı, intonasiyanın işlənməsi baxımından  zəngin dillər sırasındadır. Tarix boyu yadellilərin işğalı və istilası dilimizin müstəqil istifadəsinə mane olsa da, hər dəfə hürriyyətimizə qovuşduğumuzda ilk olaraq dilimizi dövlət dili elan etmişik. Şah İsmayıl Xətai Azərbaycan dilini ilk dəfə dövlət dili elan etmişdir. Şərqdə ilk cümhuriyyət yaradanda da dövlət dilimiz məhz Azərbaycan dili olmuşdur. Lakin bütün bunlar çox təəssüflər olsun ki, yarımçıq qalmışdır. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə dilimizə, dilçiliyimizə münasibət dəyişmişdir.
Heydər Əliyevin dövlətə və dövlətçiliyə olan sevgisi, Azərbaycan dilinə,  xalqına olan məhəbbəti onun həyatının ayrılmaz tərkib hissəsi idi.  Böyük rəhbərin təşəbbüsü ilə 1995-ci ildə Konstitusiyamızın dil haqqında maddəsi ilə bağlı keçirilən müzakirələrdən sonra Azərbaycan dili dövlət dili kimi 21-ci maddədə öz əksini tapdı. 2001-ci ildə isə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalandı. Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiqi, Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. 
Ulu Öndərin intellekti dil siyasətində özünü göstərmişdir. Azərbaycan dilinin təkmilləşməsində öz siyasi-ideoloji, uzaqgörən düşüncələri ilə misilsiz xidmətlər göstərən Ulu Öndər yorulmadan mücadilə aparmışdır. Bu dil siyasətinin məhvərində ilk olaraq vətənə, xalqa, dövlətə, doğma dilinə olan sevgi dayanırdı. Onun ən ümdə məqsədi müasir Azərbaycanı daha da qüdrətli görmək, dünya arenasında öz yerini tutmaq, gücünü və hürriyyətini isbat etmək idi.
Heydər Əliyevin dil siyasəti sadaladıqlarımızla qurtarmır. Qlobal dünyada özünəməxsus yer tutmaq üçün bütün sahələri inkişaf etdirmək, dünya dövlətləri ilə ünsiyyət qurmaq bu gün də aktualdır. Bunun üçün isə xarici dil bilmək vacibdir. 
Azərbaycan gəncləri ilə görüşdə "Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun" deyən Heydər Əliyevin nə qədər uzaqgörən bir lider, bir siyasətçi, dövlət xadimi olduğunu görürük. Bu gün dünyanın ən nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr, ölkə daxilində oxuyan, işləyən gənclər öz fəallıqları və fəaliyyətləri ilə Ulu Öndərin ideyalarına tapınmışlar.
44 günlük II Qarabağ savaşında sosial platformada ideoloji mübarizə aparanlar arasında məhz xarici dil bilikləri olanlar üstünlük təşkil edirdi. Ümummilli Liderin dil siyasəti öz töhfəsini verirdi. Öz dilimizdə düşündüyümüz, bildiyimiz həqiqətləri ingilis, rus dilində dünyaya çatdırırdıq. 
Heydər Əliyev siyasi məktəbinin davamçısı İlham Əliyev də dövlət və gənclər siyasətini çox uğurla həyata keçirir. Dövlət hesabına xarici ölkələrdə təhsil almaq imkanı olan Azərbaycan gənci artıq Şekspiri ingilis, Puşkini rus, Höteni alman, Servantesi ispan, Rəşad Nuri Güntəkini türk, Aytmatovu qazax dilində oxuyur. Heydər Əliyevin nəsihəti və arzusu beləcə gerçəyə dönür. 

Günel HÜSEYNOVA,
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Premyer Liqası: "Sumqayıt"-"Qarabağ"- 0:1

23:03
06 Oktyabr

 "Turan Tovuz" "Zirə"ni əliboş yola salıb

23:02
06 Oktyabr

 Gimnastlarımız beynəlxalq yarışda finala yüksəliblər  

23:01
06 Oktyabr

MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

22:49
06 Oktyabr

Progeriya sindromu olan kişi dünyasını dəyişib

22:04
06 Oktyabr

Ceyhun Bayramov Rusiyaya işgüzar səfər edib

20:59
06 Oktyabr

Atlantik okeanında tüğyan edən Kirk qasırğası həftə ərzində Almaniyanın qərb əyalətlərinə çatacaq

18:45
06 Oktyabr

“Qarabağ” həndbolçuları lüksemburqluları üstələdi

17:32
06 Oktyabr

Qazaxıstanda AES tikintisinə dair referendum baş tutmuş hesab olunub

15:41
06 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

14:35
06 Oktyabr

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

14:33
06 Oktyabr

Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir

13:55
06 Oktyabr

FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

12:47
06 Oktyabr

Qazaxıstanda referendum keçirilir

12:30
06 Oktyabr

Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

10:35
06 Oktyabr

Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir

10:31
06 Oktyabr

430 il əvvəl...

08:35
06 Oktyabr

Bir gün balıq ovunda…

08:30
06 Oktyabr

Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...

08:25
06 Oktyabr

İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"

08:20
06 Oktyabr

Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir

08:15
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!