02 İyun 2024 03:06
597
CƏMİYYƏT
A- A+
Heydər Əliyev Mərkəzinin parkında "Uşaq festivalı" təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında "Uşaq festivalı" təşkil olunub

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə - iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında "Uşaq festivalı" keçirilib. 
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda müxtəlif yaş kateqoriyalarındakı uşaqlar maraq dairələrinə uyğun əyləncə seçib asudə vaxtlarını səmərəli keçirib, istedadlarını nümayiş etdiriblər. 
Festivalda mərkəzin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada günün əsas qəhrəmanları olan uşaqlara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. 
Uşaq festivalında Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu uşaqlar da iştirak ediblər. 
Uşaqlar üçün xüsusi ayrılan zonadakı səhnədə gənc istedadların ifasında konsert proqramı təqdim edilib. Səhnədə "Azəri inciləri" rəqs qrupu, Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Cücələrim" Mahnı və Rəqs Ansamblı, Sosial Xidmətlər Agentliyinin uşaqları, "Səma" Rəqs Ansamblı, "Təbəssüm" Uşaq Musiqili Teatrı, "Zirvə" Rəqs Ansamblı, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3 nömrəli Uşaq İncəsənət Məktəbinin üzvləri çıxış ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "EkoSfera" Sosial Ekoloji Mərkəz (SEM) tərəfindən yaradılan ekoloji zonada "Yaşıl dünya naminə həmrəylik ili" və ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı uşaqlar üçün maarifləndirmə proqramı və "pre-COP29" konfransı formatında iqlim dəyişmələri, ətraf mühitin monitorinqi mövzularında "dəyirmi masa", viktorina və interaktiv oyunlar təşkil olunub. "Tullantılara ikinci həyat" adlı ekoloji ustad dərsləri, "Yaşıl enerji" mövzusunda startaplar, həmçinin dron və robotların ətraf mühitin qorunmasındakı rolu nümayiş etdirilib.
Gənclər arasında idmanın, sağlam həyat tərzinin təbliği məqsədilə mərkəzin parkında müxtəlif idman növlərinə aid zonaların yaradılmasına da diqqət yetirilib. Həmin meydançalarda Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən stolüstü tennis təlimi və uşaqlar arasında yarışlar keçirilib, uşaqlara şahmat yarışlarında, futbol üzrə ustad dərslərində iştirak etmək, öz bacarıq və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb.
Hər bir uşağın öz sevimli personajını canlandırmaq arzusu nəzərə alınaraq, balaca ziyarətçilərin üzləri "Face art" vasitəsilə müxtəlif şəkil və cizgi filmlərinin qəhrəmanları kimi bəzədilib. Animatorlar isə cizgi filmlərinin qəhrəmanlarını canlandıraraq uşaqların nağıllar aləminə səyahətini, sevimli personajları ilə görüşünü, onlarla birlikdə əylənməsini təşkil edib. 
"Street art" - küçə incəsənəti üçün ayrılan ərazidə uşaqlar asfalt üzərində rəsmlər də çəkiblər. 
Azərbaycan Avtomobil Federasiyası tərəfindən isə uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlimlər keçirilib, Heydər Əliyev Mərkəzinin parkında kiçik avtomobillərlə ralli təşkil olunub. 
Bakı Kitab Mərkəzi və F.Köçərli adına Uşaq Kitabxanası uşaq ədəbiyyatı müəllifləri ilə görüş, uşaqlar üçün isə oxu saatı keçirib. 
Arxeoloji meydançada uşaqlar şərti olaraq axtarışlar aparıb, qum altından müxtəlif arxeoloji tapıntı maketlərini aşkarlayıb, onları tədqiq ediblər.
Heyvanlar aləminə səyahət, azyaşlıların safarinin vəhşi heyvanlarının maketləri ilə tanışlığı və interaktiv oyunlarla maariflənməsi isə "Safari tur" zonasında mümkün olub. 
Festivalda gənclərin maraq göstərdikləri "Playstation zonası" da fəaliyyət göstərib. 
Uşaqların Beynəlxalq Müdafiəsi günündə onların sağlamlıqları da yaddan çıxmayıb. Parkda fəaliyyət göstərəcək Liv Bona Dea Hospitalı uşaqların pulsuz göz müayinəsini aparıb. 
Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz anlar yaşadılıb.
Balacalardan bir neçəsi festivalla bağlı unudulmaz təəssüratlarını AZƏRTAC ilə bölüşüb.  
"Uşaq festivalın"na ikinci dəfə qatıldığını deyən Leyla Həsənova burada çox əyləndiyini deyib: "Festivalda yeni kitablar əldə etdik, digər uşaqlarla birlikdə mahnılar oxuduq, vaxtımızı səmərəli keçirdik. Ümumiyyətlə, burada hər şey çox möhtəşəmdir". O budəfəki festivalın əvvəlkindən daha maraqlı olduğunu deyib. 
Doqquz ildir ki, rəqslə məşğul olduğunu deyən Raul Hüseynli festivala Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qatıldığını bildirib və üzvü olduğu rəqs qrupunun da bu gün Şuşada çıxış edəcəyini deyib: "Biz "Uşaq festivalı"nda "Odlar Yurdu" rəqs kompozisiyasını ifa edəcəyik".
Balaca müsahibimiz əlavə edib ki, təşkil olunan festival digər uşaqlar kimi, onda da xoş təəssüratlar yaradıb. O bundan əvvəl də uşaqlar üçün xüsusi olaraq keçirilən festivallarda iştirak etdiyini söyləyib. 
Nurar Məlikova da festivalın ürəyincə olduğunu və əyləncəli proqramlarla keçirildiyini bildirib. O, doyunca rəqs etdiyini, yelləncəklərdən və digər əyləncə qurğularından istifadə etdiyini deyib. 
Festivalın onlarda yaratdığı xoş təəssüratlardan danışan Raul Abbaszadə bu gözəl bayram tədbirində ilk dəfə iştirak etdiyini xatırladıb. Bildirib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün festival olduqca əhəmiyyətlidir və buraya gələn azyaşlılar çox sevinirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!