08 İyun 2024 01:10
442
CƏMİYYƏT
A- A+
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

 

İyunun 7-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin 24-cü buraxılışı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib. Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov səlahiyyətli nümayəndəyə mərasimə hazırlıq barədə raport verib.
Səlahiyyətli nümayəndə kursantları salamlayıb.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk illərdə tamamilə fərqli bir ölkə idi. Həmin dövrdə torpaqlarımızın 20 faizədək hissəsi erməni qəsbkarları tərəfindən işğal olunmuş, xalqımıza qarşı bir neçə dəfə soyqırımı həyata keçirilmişdi. Xocalı soyqırımının izləri bu gün də ürəyimizdə qalır və daim xalqımızın qan yaddaşında olacaq. Ölkə tamamilə iflic, iqtisadiyyatı dağılmış vəziyyətdə idi. Azərbaycanı bütün bu bəlalardan qurtarmağın vaxtı idi və bunun tək həlli yolunu, tək ümidi xalq məhz Heydər Əliyevə bağlamışdı. Məhz həmin dövrdə Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri kimi fəaliyyət göstərən Ulu Öndərimiz Heydər Əliyevə xalqın çağırışı oldu.
Səlahiyyətli nümayəndə qeyd edib ki, 1990-1993-cü illər Naxçıvan Muxtar Respublikasında da olduqca çətin günlər yaşanırdı. Muxtar respublika tamamilə izolyasiya olunmuş, onun bütün iqtisadiyyatı məhv edilmiş, ovaxtkı sovet ittifaqında bütün zəncirlər, nəqliyyat-infrastruktur yolları dağıdılmış və Naxçıvan Muxtar Respublikası, bütövlükdə, blokada vəziyyətinə salınmışdı. Dahi rəhbərin 1993-cü ildə siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra qısa bir vaxtda cəbhədə atəşkəsə nail olunmuş və quruculuq işləri başlamışdır. Məhz həmin illərdə ilk dəfə Azərbaycan beynəlxalq tərəfdaşlar taparaq "Əsrin müqaviləsi"ni imzalamağa nail olmuşdur. Bütün bunlarla bərabər, həmin dövrdə ordu quruculuğu başlamışdır. Azərbaycan Ordusunun maddi-texniki bazası genişləndirilmiş, mükəmməlləşdirilmiş, eyni zamanda zabitlərin və əsgərlərin təlim hazırlıqları inkişaf etdirilməyə başlamışdır. İlham Əliyev dövlət başçısı seçildikdən sonra fəaliyyəti də məhz bu yöndə idi. Müzəffər Ali Baş Komandanımız dəqiq hesablamışdı və bilirdi ki, lazım gələrsə, Azərbaycan Respublikasının çıxış yolu məhz hərbi yolla Qarabağın geri qaytarılmasıdır. Sevindirici haldır ki, bu gün Azərbaycan vahiddir və öz ərazisində suverenliyini tam təmin edib. Müdrik xalqımızın Heydər Əliyev siyasi kursuna sadiqliyi nəticəsində bütün bunlara nail olmuşuq.
Fuad Nəcəfli kursantlara müraciətində diqqətə çatdırıb ki, biz 2020-2023-cü illərdə Qarabağda aparılan hərbi əməliyyatlar zamanı şəhidlər vermişik: "Onlar da sizin kimi yüksək və gələcəyə ümid dolu arzularla təhsil almış, xalqı üçün, dövlət üçün hər zaman sadiq olacağına and içmişdilər. Şuşada Azərbaycan Respublikasının üçrəngli Bayrağı Prezident İlham Əliyev, Azərbaycan Ordusunun əsgər və zabitləri tərəfindən qaldırılıb və daim orada dalğalanacaqdır. Bu bayraq Ulu Öndərimizin, şəhidlərimizin və Ali Baş Komandanımızın hər birimizə, gələcək nəsillərə əmanətidir. Bu, gələcəyin zabitlərinin də qarşısında duran ümdə borcdur". 
Səlahiyyətli nümayəndə kursantların bu borcun öhdəsindən layiqincə gələcəyinə əminliyini bildirib, təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov çıxışında bildirib ki, hərbi liseyin məzunları müxtəlif rütbə və vəzifələrdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində igidliklə vuruşub, şanlı qələbənin əldə olunmasına töhfələrini veriblər. Torpaqlarımızın işğaldan azad olunması uğrunda liseyin 96 məzunu şəhidlik zirvəsinə yüksəlib, 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. Liseyin adlarını şanlı zəfər tariximizə əbədi həkk etdirmiş qəhrəman və şəhid məzunlarının şanlı döyüş yolu, şücaəti kursantlar üçün əsl qəhrəmanlıq, vətənpərvərlik nümunəsidir. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Liseyin müəllim və zabit heyəti haqlı olaraq öz yetirmələri ilə fəxr edirlər.
Heydər Əliyev adına Hərbi Liseyin məzunu Ülvi Əzizzadə 24-cü buraxılış məzunları adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, savadlı, bacarıqlı və vətənpərvər kursantlar kimi təhsil almalarında əməyi olan komandir və müəllimlərinə, eləcə də göstərdikləri dəstəyə görə valideynlərinə ehtiramlarını bildirib, məzun yoldaşlarını təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra səlahiyyətli nümayəndə liseyin ingilis dili müəllimi Mətanət Eminovaya "Əməkdar müəllim" fəxri adının döş nişanını və əlaçı kursantlara attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.
Kursant Anar Allahverdiyev təhsil ocağının rəmzi kötüyünə 2024-cü ilin xatirə birkasını vurub.
Sonra Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Orkestrin müşayiəti ilə "Hərbi lisey marşı" ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib. Səlahiyyətli nümayəndə Ümummilli Liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!