10 Aprel 2026 17:38
155
CƏMİYYƏT
A- A+
Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib

Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi müdafiə nazirinin 1992-ci il 10 aprel tarixli əmri ilə yaradılıb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, hərbi hissələrdə nizam-intizama, hərbi qulluqçuların davranış qaydalarına riayət etməsinə nəzarət etmək, qoşunların dislokasiya yerlərində qayda-qanunun, hərbi kolonların təhlükəsiz hərəkətini təmin etmək hərbi polisin əsas xidmət istiqamətlərindəndir.

Hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarında olan stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejiminə, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti də həyata keçirir.

44 günlük Vətən müharibəsi, antiterror və digər əməliyyatlar zamanı Hərbi Polisin şəxsi heyəti azad edilmiş ərazilərimizdə komendant xidmətinin təşkilində, strateji yolların və mühüm obyektlərin qorunmasında böyük xidmətlər göstərib.

İstər döyüşlər zamanı, istərsə də indi işğaldan azad olunmuş ərazilərdə komendant və patrul xidmətinin təşkili, torpaqlarımız işğaldan azad olunduqca mühüm əhəmiyyətli obyektlərin dərhal mühafizəyə götürülməsi, komendant postlarının qurulması, Ermənistan ordusu bölmələrinin qoyub qaçdığı silah və texnikaların ərazilərdən yığılaraq aidiyyəti üzrə müvafiq orqanlara təhvil verilməsində iştirak etmək kimi tapşırıqlar da hərbi polis tərəfindən icra olunub.

İdarənin tabeliyində fəaliyyət göstərən Kinologiya Mərkəzində saxlanılan və daima xüsusi təlim görmüş itlərdən minaaxtarma işində, qarovul xidməti prosesində, həmçinin xidmətin başqa sahələrində də istifadə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gözün zəif işıqda necə gördüyü araşdırılıb

19:18
10 Aprel

Sinqapurda isti hava və enerji böhranı

19:09
10 Aprel

Hindistanda yanacaq çatışmazlığından “humanitar böhran” yaranıb

19:03
10 Aprel

Çində uzun fasilədən sonra ilk dəfə müəyyən qiymətlər artıb

18:57
10 Aprel

ABŞ-də hərbi qeydiyyat sistemi ilə bağlı yenilik tətbiq olunacaq 

18:48
10 Aprel

Myanma Prezidenti: Sülh və ASEAN-la əlaqələr əsas hədəfimizdir

18:41
10 Aprel

ADY Orta dəhlizdə tranzit imkanlarını genişləndirmək üçün strateji tədbirlər görür  

18:35
10 Aprel

“Instagram”da şərhlər artıq redaktə ediləcək

18:32
10 Aprel

“Meta”nın ən güclü süni intellekt modeli  

18:26
10 Aprel

“WhatsApp” ödənişli abunə sisteminə keçəcək  

18:15
10 Aprel

Lufthansa stüardessası tətil edir: Yüzlərlə uçuş ləğv edilib

18:07
10 Aprel

Bakıda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib  

18:05
10 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:03
10 Aprel

İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə atəşkəs danışıqlarına başlayır

18:03
10 Aprel

İran Strateji Əlaqələr Şurasının rəhbəri vəfat edib

17:53
10 Aprel

Türkiyədən Suriyaya 5 il ərzində könüllü əsasda 1,4 milyondan çox qaçqın qayıdıb  

17:51
10 Aprel

Qırğızıstanda NAT imtahanı ali məktəblərə qəbul prosesini daha ədalətli və obyektiv edir  

17:50
10 Aprel

Azərbaycanda neftdənkənar ixrac 2026-cı ilin birinci rübündə artıb

17:48
10 Aprel

Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub  

17:41
10 Aprel

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:39
10 Aprel

Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib

17:38
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!