10 Aprel 2026 16:04
134
CƏMİYYƏT
A- A+
“Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara beretlər təqdim edilib  

“Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara beretlər təqdim edilib  


Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində “Çevikçi” kursunu uğurla bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunub.

Xidmətin Mətbuat Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib, Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydəri Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxışında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların ölkənin müdafiə qüdrətini keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini xüsusi vurğulayıb. O bildirib ki, həmin strategiyanın tərkib hissəsi olaraq Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası müasir tələblərə uyğun şəkildə gücləndirilib, şəxsi heyətin peşəkarlıq səviyyəsi daha da artırılıb və sərhəd mühafizəsi sistemi ən qabaqcıl texnologiyalar əsasında təkmilləşdirilib. Əldə olunan həmin uğurlar Dövlət Sərhəd Xidmətinin qarşısında duran vəzifələrin daha yüksək səviyyədə icrasına geniş imkanlar açıb, sərhədlərimizin toxunulmazlığının təmin edilməsində mühüm rol oynayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti müasir dövrün tələblərinə uyğun olaraq hazırlıqlı, vətənpərvər və yüksək intizamlı qüvvələr kimi formalaşır. Çevik Hərəkət Qüvvələrinin “Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara bu gün təqdim edilən beretlər isə onların peşəkarlığının, döyüş hazırlığının və Vətənə sədaqətinin rəmzidir.

Beretləri böyük qürur hissi ilə qəbul edən hərbi qulluqçular göstərilən yüksək etimada görə Ali Baş Komandana dərin minnətdarlıqlarını ifadə edərək, Vətənə, millətə və Dövlət Bayrağına, eləcə də Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacaqlarına, Vətənin müdafiəsinə hər an hazır olacaqlarına, bu müqəddəs amal uğrunda canlarını əsirgəməyəcəklərinə and içiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindistanda yanacaq çatışmazlığından “humanitar böhran” yaranıb

19:03
10 Aprel

Çində uzun fasilədən sonra ilk dəfə müəyyən qiymətlər artıb

18:57
10 Aprel

ABŞ-də hərbi qeydiyyat sistemi ilə bağlı yenilik tətbiq olunacaq 

18:48
10 Aprel

Myanma Prezidenti: Sülh və ASEAN-la əlaqələr əsas hədəfimizdir

18:41
10 Aprel

ADY Orta dəhlizdə tranzit imkanlarını genişləndirmək üçün strateji tədbirlər görür  

18:35
10 Aprel

“Instagram”da şərhlər artıq redaktə ediləcək

18:32
10 Aprel

“Meta”nın ən güclü süni intellekt modeli  

18:26
10 Aprel

“WhatsApp” ödənişli abunə sisteminə keçəcək  

18:15
10 Aprel

Lufthansa stüardessası tətil edir: Yüzlərlə uçuş ləğv edilib

18:07
10 Aprel

Bakıda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib  

18:05
10 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:03
10 Aprel

İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə atəşkəs danışıqlarına başlayır

18:03
10 Aprel

İran Strateji Əlaqələr Şurasının rəhbəri vəfat edib

17:53
10 Aprel

Türkiyədən Suriyaya 5 il ərzində könüllü əsasda 1,4 milyondan çox qaçqın qayıdıb  

17:51
10 Aprel

Qırğızıstanda NAT imtahanı ali məktəblərə qəbul prosesini daha ədalətli və obyektiv edir  

17:50
10 Aprel

Azərbaycanda neftdənkənar ixrac 2026-cı ilin birinci rübündə artıb

17:48
10 Aprel

Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub  

17:41
10 Aprel

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:39
10 Aprel

Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib

17:38
10 Aprel

Premyer Liqa: “Kəpəz” autsayderə məğlub olub

17:38
10 Aprel

Ali Məclisin yaz sessiyasının növbəti iclasında 5 məsələ müzakirəyə çıxarılıb  

17:27
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!