14 Noyabr 2025 08:35
406
SİYASƏT
A- A+
Hərbi gücümüz artır

Hərbi gücümüz artır


Yaxın gələcəkdə Azərbaycan şirkətləri hərbi təyinatlı modern məhsullar istehsal edəcəklər


Azərbaycanın hərbi sənayesi ölkənin müstəqilliyini və təhlükəsizliyini təmin etmək məqsədilə mühüm işlər görür. Yerli istehsalın artırılması, müasir müdafiə texnologiyalarının tətbiqi və xarici bazarda mövqeyin möhkəmləndirilməsi Azərbaycanın silah sənayesinin inkişafında əsas hədəflərdir. Bu inkişaf Azərbaycanın beynəlxalq aləmdəki gücünü artırmağa, regional və qlobal təhlükəsizliyə müsbət təsir göstərməyə xidmət edir. Gələcəkdə Azərbaycan silah sənayesindəki uğurlarını daha da çoxaltmaq və dünyadakı mövqeyini gücləndirmək niyyətindədir. 

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, hazırda Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Eyni zamanda bu yaxınlarda dövlət bu sahəni özəl sektor üçün də açmışdır. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur: "Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb etmişik. Eyni zamanda mənim tərəfimdən də onlara çağırış olub və bu gün özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar. Deyə bilərəm ki, hələlik bu proses icra mərhələsindədir, amma yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər". 

Prezident vurğulayıb ki, dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və Azərbaycan öz hərbi imkanlarını artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndirir, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq Azərbaycan bir çox ölkəyə hərbi təyinatlı məhsul ixrac edir və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Çünki bu, çox gəlirli sahədir və nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq. Ona görə bu gün müəssisələrimiz bu istiqamətdə çox fəal işləyirlər. 

Prezident çağırış edərək dövlət və özəl şirkətləri, eyni zamanda Azərbaycan alimlərini bu istiqamətdə birgə işləməyə dəvət edib.

Qeyd edək ki, 5 il öncə əldə etdiyimiz şanlı Zəfərimizdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi təchizatında öz sənaye istehsalımız da böyük üstünlük təşkil edib. Müharibədən sonra savaşı dəyərləndirən dünya birliyi Azərbaycanı ilk smart müharibə aparan dövlət kimi təqdim etdilər. Yəni bu, ilk savaş idi ki, pilotsuz uçuş aparatlarının tətbiqi həyata keçirilmişdi. Prezident də bu məsələyə toxundu və dedi ki, bunu müharibədə məhz Azərbaycan birinci tətbiq edib: "Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Burada da təbii ki, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır".

Azərbaycanın silah sənayesinin ən mühüm inkişaf istiqamətlərindən biri də müasir müdafiə texnologiyalarına investisiya yatırılmasıdır. Azərbaycan hərbi sahədə yüksək texnologiyaların tətbiqini öz prioritetlərindən birinə çevirib. Bu məqsədlə müxtəlif dronlar, zərbə helikopterləri, raket sistemləri, eləcə də elektron müharibə vasitələri istehsal olunub.

Son illərdə Azərbaycanın silah sənayesinin inkişafı yalnız daxili bazarla məhdudlaşmır, həm də xarici bazarlarda müsbət nəticələr verir. Azərbaycan yerli istehsal etdiyi silah və hərbi texnikanın ixracını həyata keçirərək öz iqtisadiyyatını gücləndirməkdədir. Azərbaycanın silah ixracı xüsusilə də Orta Şərq və Şimali Afrika ölkələrinə artıb. Bu ölkələr Azərbaycanın yüksəkkeyfiyyətli silahlarını və hərbi texnika sahəsindəki təcrübəsini yüksək qiymətləndirirlər.

Ümumiyyətlə, Azərbaycanın silah sənayesinin gələcəyi çox böyük perspektivlərə malikdir. Hökumət hərbi sənayenin inkişafını yalnız müdafiə məqsədilə deyil, həm də iqtisadi inkişafın mühüm bir elementi kimi görür. Yaxın gələcəkdə daha çox yerli silah istehsalının artırılması, yeni texnologiyaların tətbiqi, eyni zamanda beynəlxalq bazarda Azərbaycanın silah sənayesinin daha da inkişaf etməsi gözlənilir.

Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığa da böyük önəm verir. Silah və müdafiə sənayesinin inkişafında, həmçinin beynəlxalq bazarda Azərbaycanın mövqeyini gücləndirmək məqsədilə mühüm anlaşmalar və müqavilələr imzalanır. Bu, ölkənin təhlükəsizliyini təmin etməklə yanaşı, iqtisadiyyatına da yüksək töhfə verəcək.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ABŞ-də azərbaycanlı qadınların güclü platforması formalaşır  

16:29
10 Mart

Niderlandın İrandakı səfiri: Bizi ölkənizdə qəbul etdiyiniz üçün təşəkkür edirik 

16:20
10 Mart

Ukrayna Milli Qvardiyasının tərkibində hücum alayları yaradılır

15:53
10 Mart

Ötən həftə 23 mina və 743 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:49
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!