31 Dekabr 2025 09:02
594
SİYASƏT
A- A+
Həmrəylik gününün təsis olunması ideoloji birliyə yol açdı

Həmrəylik gününün təsis olunması ideoloji birliyə yol açdı

31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması barədə qərar qəbul edilib.

31 dekabr həmrəylik günü bayram kimi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaqda mühüm rol oynayır. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu.

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi.  Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi.  Qurultaydan sonra  2002-ci ildə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunu qəbul edildi ki, bu da dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Milli həmrəylik Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi yeni mərhələdə daha da inkişaf etməkdədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycanla bağlı olsunlar. Beləliklə, onlar özlərini daha rahat hiss edəcəklər.

Qeyd etmək lazımdır ki, xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində atılan praktik addımların nəticəsini torpaqlarımızın işğaldan azad olunması zamanı yaxından şahidi olduq. İstər 2020-ci ilin yayında Tovuz döyüşləri, istər Vətən müharibəsi, istərsə də antiterror əməliyyatı zamanı xaricdə yaşayan soydaşlarımızın effektiv mübarizəsi böyük Qələbəmizə əlavə töhfə verdi.

Son 5 ildə tam yeni reallıq formalaşıb.   2022-ci ilin aprel ayında Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirildi. Böyük qələbədən sonra  dünya azərbaycanlıları bir araya gəldi və yeni dövr üçün yeni vəzifələr müəyyənləşdi.

Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan icmaları fəaliyyətini uğurla davam etdirir. Aparılmış məqsədyönlü işlər nəticəsində 51 ölkəni əhatə edən və 561 diaspor təşkilatını özündə birləşdirən 15 Koordinasiya Şurası, 20 ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrdə yeni icma və birliklərinin təsis edilməsi çağdaş diaspor quruculuğu işinin uğuru kimi qiymətləndirilə bilər. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində diaspor fəaliyyətində yeni səhifə açılır. TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 2 dekabr 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş 7-ci görüşündə 2026-cı il üçün “Diaspor üzrə Birgə Fəaliyyət Planı” qəbul edilib. Bu da diaspor fəaliyyətinin güclənməsinə əlavə töhfə olacaq.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”da dəyişiklik edilməsi haqqında

01:25
30 Yanvar

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 75-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 272 nömrəli və “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 463 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:24
30 Yanvar

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT MƏSLƏHƏTÇİNİN İXTİSASINA ƏSASLANAN SEÇİM (MİƏS)

01:23
30 Yanvar

REQUEST FOR EXPRESSIONS OF INTEREST CONSULTANT’S QUALIFICATIONS BASED SELECTION (CQS)

01:22
30 Yanvar

Stiv Uitkof Ukrayna ilə Rusiya arasında sülh sazişinin tezliklə bağlanacağını bildirib  

22:36
29 Yanvar

ABŞ Senatında qismən şatdaunun qarşısını almaq üçün test səsverməsi uğursuz olub  

22:35
29 Yanvar

ABŞ Prezidenti Vladimir Putindən Kiyevə bir həftə hücum etməməyi xahiş edib  

22:25
29 Yanvar

Almaniyadan Azərbaycana 18 zubr yola salınıb  

21:58
29 Yanvar

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər  

21:43
29 Yanvar

Rusiya XİN: Moskva yalnız real təklifləri nəzərdən keçirməyə hazırdır  

21:36
29 Yanvar

WUF13 tədbirinə hazırlıq çərçivəsində dövlət qurumlarının nümayəndələri üçün dayanıqlılıq üzrə məlumatlandırma sessiyası keçirilib  

20:35
29 Yanvar

Aİ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb

19:48
29 Yanvar

Özbəkistanlı ekspert: TRIPP Orta Dəhliz üçün yeni idarəetmə siqnalı kimi qiymətləndirilir  

19:16
29 Yanvar

Omanın xarici işlər naziri: Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır  

18:33
29 Yanvar

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə  

18:23
29 Yanvar

BMT: 2026-cı ildə qlobal iqtisadi artım pandemiyadan əvvəlki dövrdən aşağı olacaq

18:21
29 Yanvar

Qahirədə WUF13-lə bağlı seminar keçirilib  

18:16
29 Yanvar

Milli Məclisin sədri Oman Sultanlığı Dövlət Şurasının sədri ilə görüşüb  

18:11
29 Yanvar

Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:07
29 Yanvar

Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır! 

18:01
29 Yanvar

Oman Şura Məclisinin sədri: Xalqlarımızın yaxınlığı Azərbaycanla münasibətlərimizi daha da inkişaf etdirməyə əsas verir  

17:53
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!