08 Fevral 2016 06:02
255
DÜNYA
A- A+
Həftənin astronomik hadisələri

Həftənin astronomik hadisələri

Fevralın 8–dən 14-dək planetlərin paradı davam edəcək. Yerin təbii peyki olan Ay bu gün saat 18.39-da “Yeni Ay” fazasına daxil olacaq

 

Bu həftə ərzində də Günəş sisteminin bütün parlaq planetlərinin (Merkuri, Venera, Saturn, Mars və Yupiter ardıcıllığı ilə) paradı dan yeri söküləndə səmanın cənub-şərq və cənub hissələrində müşahidə ediləcək.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev AZƏRTAC-a açıqlamasında bu mənzərəni görmək istəyənlərə tələsməyi tövsiyə edib. Belə ki, həftənin sonunda Merkurinin səhər görüntüsü sona çatır və o, Günəş şüalarında itib-batacaq. Daha sonra Venera da görünməz olacaq. Beləliklə, ayın sonunda bu sırada yalnız Saturn, Mars və Yupiter qalacaq.

Digər astronomik hadisələrə gəlincə, “Catalina” kometi Qütb ulduzunun nisbi yaxınlığından keçəcək, Yupiterin parlaq peykləri isə minimal bucaq məsafəsinə qədər yaxınlaşacaq. Asteroidlər sırasında ən böyük parlaqlıq (8.3 “ulduz ölçüsü” qədər) məşhur Vestaya məxsusdur.

Gündüz ulduzumuz olan Günəş Oğlaq bürcünün fonunda yerini dəyişəcək, hər ötən gün sutkanın işıqlı hissəsi getdikcə uzanacaq.

Yerin yeganə təbii peyki olan Ay fevralın 8-də saat 18.39-da “Yeni Ay” fazasına daxil olacaq. Ənənəvi Çin təqviminə görə, yeni il – Meymun ili başlayır. Çinlilər bunu 15 gün bayram edəcəklər. Ay, axşam görünməklə, səma üzrə hərəkəti zamanı Oğlaq, Dolça, Balıq və Qoç bürclərinin qarşısından keçəcək, gündən-günə “böyüyəcək”. Oğlaq bürcü qarşısında o, “Yeni Ay” fazasına daxil olduqdan sonra, növbəti “Təzə Ay” fazasında İndoneziyadan yaxşı müşahidə olunacaq və tam Günəş tutulması baş verəcək. Martın 9-da əsas fazası 4 dəqiqə 9 saniyə davam edəcək və Saros tsiklinin 130-cusu olan tam günəş tutulması Azərbaycandan müşahidə olunmayacaq.

Fevralın 11-də saat 06.41-də Ay öz elliptik orbiti boyunca Yerdən ən qısa məsafədən (“perigey” nöqtəsindən) keçəcək və bu məsafə 364360 kilometr təşkil edəcək (orta məsafə 384400 kilometrdir).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusda prezident seçkilərində seçicilərin 85,70 faizi iştirak edib

23:19
26 Yanvar

Belarusda keçirilən prezident seçkilərində seçicilər arasında exit-poll sorğusunun nəticələrinə yekun vurulub  

23:13
26 Yanvar

Mərakeşdə terror aktına cəhdin qarşısı alınıb  

21:41
26 Yanvar

Misli Premyer Liqası: "Qarabağ" doğma meydanda "Turan Tovuz"a məğlub olub

20:48
26 Yanvar

“AzerGold”un qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub

20:39
26 Yanvar

Britaniya universitetləri son dörd ildə Çindən milyonlarla funt sterlinq məbləğində maliyyə yardımı alıb  

19:11
26 Yanvar

Baş konsul: Türkiyə ilə quru sərhəddə ticarət həcmi artırılmalıdır

18:18
26 Yanvar

Aleksandr Lukaşenko: Paşinyan Ermənistanı məhv edəcək

17:59
26 Yanvar

Qar voleybolu üzrə ilk Azərbaycan çempionatının qalibləri bəlli olub  

17:49
26 Yanvar

Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

17:37
26 Yanvar

Ukraynalı ailələr uşaqlarını Böyük Britaniyaya gətirmək üçün qeyri-qanuni yollara əl atmaq məcburiyyətində qalıblar  

17:22
26 Yanvar

Bərdədə keçirilən eksternat imtahanında 374 nəfər iştirak edib

16:57
26 Yanvar

Tramp ilk beynəlxalq səfərini Britaniyaya edə bilər

16:31
26 Yanvar

Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb  

15:58
26 Yanvar

Lukaşenko Belarusda prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı Aİ-nin bəyanatını pisləyib  

15:41
26 Yanvar

Ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyənlər üçün eksternat imtahanı keçirilib

15:14
26 Yanvar

XİN: Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub

14:51
26 Yanvar

Fransada 48 saat ərzində iki polis intihar edib

14:27
26 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib 

14:03
26 Yanvar

Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib

13:59
26 Yanvar

Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6-sı Haftoni meşəsində qətlə yetirilib

13:19
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!