05 Noyabr 2025 19:41
6907
Elm və texnika
A- A+
Hafiz Paşayev: İtaliya-Azərbaycan Universiteti ölkəmizin təhsil sistemində mühüm yeniliyi ifadə edir  

Hafiz Paşayev: İtaliya-Azərbaycan Universiteti ölkəmizin təhsil sistemində mühüm yeniliyi ifadə edir  


Artıq Azərbaycanda İtaliya-Azərbaycan Universiteti ifadəsi leksikona daxil olub və bu, ölkəmizin təhsil sistemində mühüm yeniliyi ifadə edir.

AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ADA Universitetində təşkil edilən “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalında deyib. O bildirib ki, bu layihə böyük əhəmiyyət daşıyır: “Məqsədimiz odur ki, İtaliyadakı təhsil səviyyəsini burada da tətbiq edək. Bildiyiniz kimi, İtaliyanın LUIS Universiteti ilə xüsusi proqramımız var. Necə ki, italyanlar istehsal etdikləri məhsullara qürurla “Made in Italy” yazırlar, biz də çalışmalıyıq ki, “Made in Azerbaijan” brendini formalaşdıraq”.

Rektor qeyd edib ki, ölkənin müxtəlif rayonlarında təhsil müəssisələrinin inşası və yenidənqurulması istiqamətində işlər davam etdirilir: “Biz rayonlarda da təhsil ocaqları tikir və onları müasir tələblərə uyğun şəkildə hazırlayırıq. Qarşıda çox böyük layihələr var və biz bu işləri də uğurla həyata keçirməliyik. Bu proseslərə tələbələr də cəlb olunacaq ki, onlar üçün bu, yaxşı bir təcrübə olsun”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!