06 Dekabr 2023 10:10
677
Mədəniyyət
A- A+
Gündən-günə dirçələn Şuşa!

Gündən-günə dirçələn Şuşa!

 

Mədəniyyət beşiyimiz olan Şuşanın adını dilimizə gətirəndə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin bir-birindən gözəl musiqilərini eşidirik. Şuşa deyəndə qulaqlarımıza Bülbülün bənzərsiz səsi gəlir. Şuşa deyəndə Xan Şuşinskinin zəngulələri ruhumuza sığal çəkir. Şuşa deyəndə gözlərimiz önündə Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Mir Möhsün Nəvvabın, Əbdürrəhim bəy Haqverdiyevin, Əhməd bəy Ağaoğlunun və bu şəhərdə doğulmuş onlarca dahi insanın çöhrələri canlanır. 
Şəhərlər şəhəri Şuşa! İllərdən bəri Qarabağın üzük qaşı olan gözəl Şuşamızın adını çəkəndə ürəyimizi kədər, gözlərimizi yaş, könlümüzü duman bürüyürdü. 28 ildən çox idi ki, Şuşaya gedən yolları erməni işğalçıları üzümüzə bağlamışdılar. Uzun illər idi ki, doğma yurdumuzun həsrətini çəkə-çəkə qalmışdıq. Bu həsrətin, intizarın tezliklə bitməsini gözləyirdik. Şuşasız qaldığımız günlərdə də biz Şuşanı unutmur, hər gün, hər an onu xatırlayırdıq. Şuşanın gözəlliyini vəsf edən mahnılara qulaq asa-asa için-için sızıldayırdıq, için-için yanıb qovrulurduq. Şuşa bizim and yerimiz idi. İnsanlar Qarabağ dərdi, Şuşa dərdi ilə yaşayırdılar. Şuşa bizim qaysaq bağlamayan, sağalmayan yaramız idi.
1992-ci il may ayının 8-də bu gözəl şəhərimizi işğal etmiş erməni vandalları buradakı tarixi abidələrimizi söküb yerlə bir etdilər. Dağıtmadıqlarını da özününküləşdirdilər. Əzizlərimizin uyuduqları məzarlıqları buldozerlərin qabağına verib vəhşicəsinə dağıtdılar. Düşmənlərimiz bu yerlərin tarixini saxtalaşdırırdılar, müxtəlif donlar geyindirib erməniləşdirirdilər. Göylərə baş çəkən dağların əyninə biçilmiş yaşıl meşələrimizi qırıb xarici ölkələrə satırdılar. Bir sözlə, təkcə Şuşada deyil, işğal etdikləri bütün ərazilərimizdə yeraltı və yerüstü sərvətlərimizi barbarcasına dağıdıb mənimsəyirdilər. İşğal etdikləri rayonlarımızı Ermənistana birləşdirəcək yollar çəkirdilər. 
Hər il Şuşanın işğal günlərini ürək ağrısı, göz yaşı ilə qeyd edirdik. Tədbirlərdə Şuşalı günlər yada salınırdı, ötən illərin xatirələri ard-arda çözələnib dilə gəlirdi. Həsrət yüklü xatirələr birləşib qoşalaşaraq göz yaşları içində ömrün arxada qalmış illərinə boylanırdı. Günlərin birində Şuşanın işğaldan azad ediləcəyini, həsrətə son qoyulacağını hamımız intizarla gözləyirdik. Üzlərdə, gözlərdə sual dolaşırdı: "Nə vaxt Şuşanı azad edəcəyik, nə vaxt Şuşaya qayıdacağıq?" Neçə illər idi ki, ürəyində Vətən eşqi olan insanlar bu suala cavab axtarırdılar. Şuşanı azad edəcək qüvvə gündən-günə güclənən Azərbaycan Ordusu idi. Xalq ümidini Ali Baş Komandan İlham Əliyevə, getdikcə qüdrətlənən ordusuna, güclənən əsgərinə dikmişdi. Ordu mütləq xalqın ümidini doğrultmalıydı. 
Qəhrəmanlıq tariximizə böyük hərflərlə yazılmış 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü, qüdrətini bütün dünyaya göstərdi. Həmin günlərdə böyük strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyi işğalçılardan azad edildi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri doğma ocaqlarına qayıtdılar. Burada həyat yavaş-yavaş əvvəlki axarına düşdü. Cocuq Mərcanlıdan başlanan yol Şuşada, Xankəndidə tamamlanmalıydı. Tamamlandı da!
Erməni təxribatı nəticəsində 2020-ci il sentyabr ayının 27-dən başlanan əks-hücum əməliyyatlarında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni məğlubiyyətə uğratdı, şəhər və kəndlərimizi bir-birinin ardınca erməni qəsbkarlarından azad etdi. Vətən müharibəsinin 42-ci günü isə qapımızı daha bir sevindirici xəbər döydü. Şuşa şəhəri erməni işğalçılarından azad olunmuşdu. Bu xəbər ürəyimizi açdı, könlümüzü şadlandırdı, gözlərimizi nəmləndirdi, baxışlarımızda sevinc parladı. 
2020-ci il noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət etdi. Əvvəlki günlərdəkindən fərqli olaraq Ali Baş Komandan bu dəfə hərbi geyimdə idi. Xalqa da müraciəti Şəhidlər xiyabanından edirdi. Ölkəmizin başçısı müraciətində xalqa xoş müjdə verərək bildirdi ki, Azərbaycan Ordusu Qarabağın tacı, musiqi beşiyimiz olan qədim və doğma şəhərimizi, Şuşamızı erməni işğalçılarından azad edib. 
Nə böyük səadət, nə böyük hünər, nə böyük qələbə, nə böyük Zəfər! İftixar və qürur dolu anlar bir-birini əvəz edirdi. Azərbaycan Ordusunun şəxsi heyəti qəhrəmanlıq və igidliyi ilə mümkünsüzü mümkün etmişdi. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün mədəniyyət beşiyimiz olan Şuşada böyük quruculuq işləri aparılır. Sakinlər üçün yeni yaşayış binaları tikilir, yeni məhəllələr salınır. Şəhərdəki tarixi abidələr bərpa olunaraq əvvəlki görkəminə gətirilir. Mədəniyyət paytaxtımız gündən-günə dirçəlir və abadlaşır. Dağlar qoynunda yerləşən Şuşa bu gün bir-birindən maraqlı festivallara, sərgilərə, həmçinin müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi edir. Getdikcə özünə oxşayan, görənləri heyran edən qədim Şuşa bu günlər tarixinin ən yaddaqalan çağlarını həm özü yaşayır, həm də bizlərə yaşadır.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!