03 Oktyabr 2026 22:54
1767
SİYASƏT
A- A+
Güclü olmaq yeni dövrün başlıca tələbidir

Güclü olmaq yeni dövrün başlıca tələbidir


“Hazırda dünyada, o cümlədən yaxın regionlarda mürəkkəb proseslər və münaqişələr davam edir. Belə bir şəraitdə sabitliyin qorunması və təhlükəsizliyin gücləndirilməsi vacib şərtdir. Bu baxımdan, Azərbaycanın qazandığı naliyyətlərlə yanaşı qarşıda da mühüm vəzifələr dayanır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında bu vəzifələrdən bəhs edib. İlk növbədə, daha da güclü olmalıyıq. Çünki dünyada nizam-intizam pozulub, beynəlxalq hüquq işləmir. Ona görə də, bu istiqamətdə işlər davam etdirilməlidir”.

 Bu fikirləri Milli Məclisin deputatı, YAP Təftiş komissiyasının üzvü Samir Vəliyev deyib. Deputat bildirib ki, cənab Prezident hərbi gücümüzün daha da artırılması üçün gələn ilin dövlət büdcəsində bu illə müqayisədə daha çox vəsaitin ayrlacağını açıqlayıb. Eyni zamanda, ideoloji işin gücləndiriməsi də əsas vəzifələrdən biridir. Prezident İlham Əliyev bu barədə deyib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.

Əlbəttə, Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir, bununla belə, təhsilin inkişafı daim diqqət mərkəzində olmalıdır. Çünki cəmiyyət nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də şər – böhtanlara,  ideoloji təxribatlara uymayacaq. Digər tərəfdən, vətənpərvərlik ruhu daim yüksək olmalıdır.

“Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Cənab Prezidentin dediyi kimi, bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Ona görə də, xalq olaraq ayıq-sayıq olmalıyıq. Bu məsələdə partiyamızın üzvlərinin üzərinə də böyük vəzifələr düşür. Məlumdur ki, xaricdə ölkəmizə qarşı məkrli kampaniyalar aparılır. Məqsəd ölkəmizdə sabitliyi pozmaq, ictimiayyəti çaşdırmaq və nəticə etibarilə dövlətimizi zəiflədərək xarici qüvvələrdən asılı vəziyyətə salmaqdır. Bu səbəbdən ideoloji məsələlərə daha məsuliyyətlə yanaşmaq lazımdır. İdeoloji işimiz partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu, dövlət başçısının YAP üzvlərinə əsas tövsiyələrindən biridir” – deyən, deputat əlavə edib ki, Prezident İlham Əliyev çıxışında əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı növbəti il minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılacağını açıqlayıb. Bu fakt dövlətimizib siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir.

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!