10 Oktyabr 2024 10:18
1989
Təhsil
A- A+
Güclü geomaqnit qasırğası başlanır  

Güclü geomaqnit qasırğası başlanır  



Günəşin səthində bir sıra aktiv oblastlarda güclü X sinif (radiodalğaların yayılmasına güclü maneələr yaradan) alışmaların baş verdiyi müşahidə olunub. Oktyabrın 9-da gecə saatlarında Günəşdə güclü X1.8 alışması baş verib. Alışmalar səbəbindən yaranan güclü şüalanma və tac kütlə atılması (TKA) oktyabrın 10-12-də Yerə çatacaq.


Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından AZƏRTAC-a verilən xəbərə görə, Günəş aktivliyinin oktyabrın 11-12-də yüksək aktiv səviyyədə olacağı, eləcə də X alışmaların ola biləcəyi proqnozlaşdırılır. Yaranan Günəş qasırğaları (S1-S2 - nəzərə alınmayan-orta) oktyabrın 10-dək davam edəcək, sonrakı periodda fon səviyyəsinə enəcək. Həmin dövrdə Günəş küləyi parametrləri həyacanlanmış vəziyyətdə olacaq. X1.8 alışması səbəbindən yaranan TKA planetlərarası fəzada saniyədə 1200-1400 kilometr sürətlə yayılacaq, Yer yaxınlığında isə sürəti saniyədə 600-700 kilometr təşkil edəcək. Yaranmış bir neçə TKA hesabına Günəş küləyi zərbə keçidində olacaq. TKA-ların təsiri oktyabrın 10-12-də hiss ediləcək, oktyabrın 12-dən intensivliyi azalacaq, sonradan parametrlər fon səviyyəsinə enəcək. Yaranacaq qəfil impuls xüsusi peyklər tərəfindən 30-45 dəqiqə müşahidə olunacaq, sonrakı mərhələdə Yerdə olan maqnetometrlər vasitəsi ilə qeydə alınacaq.


Oktyabrın 10-11-də Yerin geomaqnit sahəsi həyacanlanmış səviyyədə, geomaqnit aktivliyi göstərən əmsal isə 6-7 olacaq. Oktyabrın 10-dan 11-nə keçən dövrdə G4 (güclü) geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. Yerin maqnit sahəsinin təsirindən asılı olaraq geomaqnit sahə dəyişə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 qlobal iqlim konfransı ərəfəsində nümayəndə heyətləri üçün logistik brifinq təşkil edilib

23:46
10 Noyabr

Butan Krallığının Baş naziri Azərbaycana səfərə gəlib

23:12
10 Noyabr

Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır  

22:25
10 Noyabr

Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycana gəlib

22:10
10 Noyabr

Papa Fransisk: COP29 ümumi evimizin qorunmasına töhfə verəcək

22:09
10 Noyabr

Britaniya səfiri COP29 ilə bağlı paylaşım edib

22:06
10 Noyabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç Azərbaycana səfərə gəliblər  

21:22
10 Noyabr

Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib  

21:21
10 Noyabr

Asiya İnkişaf Bankının prezidenti Azərbaycana səfərə gəlib

21:20
10 Noyabr

Türkiyə və Şimali Kipr mediası Azərbaycanda keçiriləcək COP29 mövzusunu geniş işıqlandırıb  

21:19
10 Noyabr

MN: Hərbi qulluqçumuz piyadaəleyhinə minaya düşərək xəsarət alıb  

21:17
10 Noyabr

Antiqua və Barbudanın Baş naziri Azərbaycana gəlib  

21:16
10 Noyabr

“Sabah” qəzeti Türkiyənin COP29 çərçivəsində prioritetləri barədə məqalə dərc edib   

21:14
10 Noyabr

Burundinin vitse-prezidenti Azərbaycanda səfərdədir  

21:10
10 Noyabr

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib  

21:08
10 Noyabr

Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb YENİLƏNİB 

20:55
10 Noyabr

Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb YENİLƏNİB

20:46
10 Noyabr

Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb YENİLƏNİB  

20:45
10 Noyabr

COP29 “Daily Show” televiziya proqramına start verir  

20:26
10 Noyabr

Yaşıl gələcəyi birlikdə quraq: COP29 - Yaşıl sabaha doğru

20:25
10 Noyabr

Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb YENİLƏNİB  

20:22
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!