09 Oktyabr 2024 16:16
2935
Təhsil
A- A+
Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində yenidən tədris başlayıb - YENİLƏNİB

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində yenidən tədris başlayıb - YENİLƏNİB

Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk tədris gününün başlamasına həsr edilən tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, millət vəkili Ceyhun Məmmədov və digər rəsmi şəxslər, məktəb kollektivi, Cəbrayıl şəhər sakinləri iştirak ediblər.

Tədbirdən öncə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qarabağda təhsil müəssisələrinin inşası, tədris prosesinin qısa zamanda bərpasını ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. Məktəbin 23 nəfərdən ibarət pedaqoji heyətinin Cəbrayıl sakinlərindən ibarət olmasını sevindirici hal kimi qeyd edən, nazir müavini iki il sonra 150 illiyi tamam olacaq sözügedən məktəbin şagirdlərinin ölkəmizin gələcək inkişafında aktiv iştirak edəcəklərinə əminliyini ifadə edib. Nazir müavini çıxışının sonunda şagird və müəllimlərə tədris nailiyyətləri arzulayıb.

Çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, bu gün artıq sıfırdan qurulan Cəbrayılda nəhəng infrastruktur layihələri həyata keçirilir: “Cəbrayılda 5 böyük müəssisə qurulub ki, orada minlərlə insan çalışacaq”.

Vahid Hacıyev Mehdi Mehdizadə adına tam orta məktəbin şagirdlərinin gələcəkdə həmin müəssisələrin mütəxəssisi olaraq çalışacaqlarına və Cəbrayılın inkişafına dəstək verəcəklərinə əminliyini ifadə edib. Sonda məktəb kollektivini təbrik edib və uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Ceyhun Məmmədov da vaxtilə sözügedən məktəbdə təhsil aldığını diqqətə çatdırıb. İşğaldan azad edilən bölgələrin yenidən qurulması və dirçəlməsi üçün həyata keçirilən davamlı tədbirləri vurğulayan Ceyhun Məmmədov bu ərazilərdə müasir standartlara cavab verən təhsil müəssisələrinin inşasını qürurverici hal kimi qiymətləndirib.

Daha sonra məktəblilərin ifasında kompozisiya nümayiş olunub. Tədbirin rəsmi hissəsi bitdikdən sonra ilk zəng çalınıb və məktəbdə tədrisə start verilib. Məktəb binasına yaradılan şəraitə baxış keçirilib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, Qarabağda işğaldan əvvəl 993 məktəb fəaliyyət göstərib.

“İşğal dövründə isə onların biri də yararlı vəziyyətdə deyildi. Bizim Şanlı ordumuz 44 günlük Vətən müharibəsində bu torpaqları azad etdi. Bu günləri onlara borcluyuq. 44 günlük müharibədə iştirak edənlər arasında 760 təhsil işçisi var idi. Müharibə dövründə 10 şagirdimiz şəhid də olub. İstənilən ölkənin inkişafı onun təhsilli gənclərindən asılıdır. Ölkəmiz təhsilin inkişafına çox önəm verir. Bunun bariz nümunəsi Qarabağa tədrisin, təhsilin qayıtmasıdır. Cəbrayılda belə bir məktəbin açılışı həm tarixi, həm də ictimai-siyasi hadisədir”, - deyə nazir müavini qeyd edib.

Nazir müavini əlavə edib ki, məktəbin böyük bir tarixi var: “İki ildən sonra 150 illiyi tamam olacaq Cəbrayıl şəhər tam orta məktəbin akademik Mehdi Mehdizadənin adını daşıması da təsadüfi deyil. Bu onu göstərir ki, məktəbin xüsusi statusu var. Mehdi Mehdizadə təhsilşünaslıq elmi üzrə ilk akademikimizdir. Burada fəaliyyət göstərən 23 nəfər pedaqoji heyətin hamısının cəbrayıllı olması sevindirici haldır. Biz əminik ki, iki il sonra məktəbin 150 illiyi keçiriləndə burada minə yaxın şagird təhsil olacaq və onlar ölkəmizin gələcək inkişafında fəal iştirak edəcəklər”.

Uzun illər doğma yurd həsrəti çəkən Cəbrayıl sakinləri indi şəhərlərində məskunlaşdığı və övladlarının Cəbrayılda təhsil aldığı üçün çox sevinclidirlər.

Cəbrayıl sakini Səmədova Firanə deyir ki, bu gün elə bir qürurverici anlar yaşayırıq ki, onu sözlə ifadə etmək olmur: “Mən Mehdi Mehdizadə adına məktəbdə təhsil alırdım, 3-cü sinifdə oxuduğum zaman erməni işğalı nəticəsində ailəmizlə birlikdə buranı tərk etməli olduq. İnanırdıq ki, torpaqlarımız azad ediləcək və həmin tarixi anları Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz bizlərə 2020-ci ilə bəxş etdi. İndi dövlətimiz tərəfindən Cəbrayıl yenidən qurulur və burada çox gözəl şəraiti olan mənzillərdə məskunlaşmışıq. Övladlarımız da bu gün tədrisə başlayır və bu günləri bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzu edirəm”.

Sara Ələkbərli də digər şagirdlər kimi çox sevincli olduğunu bildirir: “Cəbrayılı görməsək də valideynlərimiz, müəllimlərimiz bizə bu yerlərin necə gözəl olduğunu bildirirərdilər. Bura gəldikdə Cəbrayılın təsvir etdiyimdən də gözəl olduğunu gördüm. Məktəbimizdə bizim təhsil almağımız üçün bütün şərait yaradılıb”.

Məktəbin son məzunlarından olan Bahar Ağayeva indi məktəbin müəllimi olaraq Cəbrayıla qayıdıb: “Bu məktəbin 148 yaşı var. 1993-ci ildə torpaqlarımız işğal olunan zaman erməni vandalizmi nəticəsində məktəbimiz darmadağın edilib. Lakin baş verənlər bizim əzmimizi qıra bilmədi, müvəqqəti də olsa məktəbimiz Bakıda fəaliyyət göstərdi. Artıq bu gündən doğma Cəbrayılımızda, öz yeni məktəb binamızda tədrisə başlayırıq. Bu günləri bizə yaşadan şəhidlərinizə rəhmət, qazilərimizə şəfa diləyirik”.

Qeyd edək ki, 960 şagird yerlik məktəbdə 2024-2025-ci tədris ilində təhsil alacaq 133 şagird və 16 nəfər məktəbəhazırlıq qrupu ilə 23 nəfərdən ibarət pedaqoji heyət çalışacaq. Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitlər ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan millisi Bakıda Fransaya məğlub olub - YENİLƏNİB - 4  

23:21
16 Noyabr

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Özbəkistan səfərindən paylaşım edib  

22:24
16 Noyabr

Bakıda Qlobal Gənclər Sammiti keçirilib YENİLƏNİB 

21:16
16 Noyabr

Azərbaycanın idman tarixində ilk deflimpiya medalı  

21:11
16 Noyabr

İtaliya Prezidenti: Təcavüzkar müharibə cinayətdir  

20:13
16 Noyabr

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb  

19:58
16 Noyabr

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb  

19:41
16 Noyabr

Belçikanın Bruj şəhəri Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi  

19:17
16 Noyabr

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!