22 İyun 2025 09:10
690
İQTİSADİYYAT
A- A+
Göygöl rayonunda yeni turizm obyekti açılıb

Göygöl rayonunda yeni turizm obyekti açılıb


Son illər Göygöl rayonuna gələn yerli və xarici turistlərin sayı xeyli dərəcədə artmışdır ki, bu da rayonda yeni və müasir turizm obyektlərinə əlavə tələbat yaratmışdır.  Bunu nəzərə alan rayon rəhbərliyi investorların cəlb olunması və bu hesaba müasir turizm obyektlərinin tikintisi üçün geniş imkanlar yaratmışdır.

Belə müasir turizm məkanlarından biri bu günlər rayonun Toğanalı kəndi ərazisində istifadəyə verilən "Heaven Resort&Hotel" hotelidir. Turizm obyektinin açılışında Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələri, obyektin sahibi - Şərur MTK-nın rəhbərliyi, Dövlət Turizm Agentliyinin əməkdaşları və rayon sakinləri iştirak etmişlər.

Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Arzu Qocayev bildirmişdir ki, Göygöldə turizm sektorunun inkişafı qarşıya qoyulan əsas məqsədlərdən biridir və bu istiqamətdə addımların atılması və tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Sonra turizm obyektinin sahibi, iş adamı İ.Axundov sahibkarlara yaradılan şəraitə görə dövlət başçısına təşəkkür etmişdir. Diqqətə çatdırmışdır ki, yeni istifadəyə verilən hotel kompleksində qonaqların istirahəti üçün lazım olan hər cür şərait yaradılmışdır. 

Açılış mərasimində məlumat verilmişdir ki, yeni istifadəyə verilən "Heaven Resort&Hotel"in tikintisi bir ilə başa gəlmişdir. Hoteldə eyni vaxtda 150 qonaq qəbul etməyə imkan verən 48 nömrə var. Obyektin restoran hissəsi isə açıq və qapalı olmaqla eyni anda 200 qonağa xidmət edəcək. Mətbəxin rəngərangliyi və yemək çeşidlərinin bolluğu qonaqların zövqünü oxşayacaqdır. Yeni turizm məkanının Göygöl Milli Parkına yaxın olması isə onun təbiət mənzərəsi və təmiz atmosferi ilə qonaqları razı salacaqdır.

Yeni açılan turizm obyektində ilkin olaraq 21 nəfər daimi iş yeri ilə təmin olunmuşdur.


S.YUNİSOĞLU,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər  

20:17
18 İyul

Naxçıvan şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüş olub  

20:15
18 İyul

ƏƏSMN-də kollegiya iclası keçirilib  

20:14
18 İyul

Türkiyə və Rusiya prezidentləri bölgədəki son vəziyyəti müzakirə ediblər

20:12
18 İyul

Bakıda ASOSAI və ARABOSAI-nin birgə toplantısı keçirilib - YENİLƏNİB

20:11
18 İyul

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib  

19:09
18 İyul

Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub 

19:07
18 İyul

Agentlik: İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi əsas prioritetlərdəndir  

19:01
18 İyul

Səhiyyə Nazirliyində “Sağlam həyat tərzi” işçi qrupunun fəaliyyətinə start verilib  

19:00
18 İyul

Fövqəladə hallar naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib  

18:52
18 İyul

İsti hava şəraiti davam edəcək

18:51
18 İyul

Nazir Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkib  

18:16
18 İyul

Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin 5-ci ilinin nəticəsi olaraq kadrların ehtiyat bankı yaradılıb  

17:43
18 İyul

Hulusi Kılıç: Prezident İlham Əliyevin siyasəti Azərbaycanı tanınmış və nüfuzlu tərəfdaşa çevirib  

17:21
18 İyul

“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlanıb  

17:06
18 İyul

Prezident İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, sakinlərlə görüşüb YENİLƏNİB

16:53
18 İyul

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub  

16:31
18 İyul

Azərbaycan XİN: Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir  

16:30
18 İyul

Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyib

16:27
18 İyul

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümündə III dövrənin püşkü atılıb  

16:26
18 İyul

Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib  

16:25
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!