24 Sentyabr 2026 08:30
753
İQTİSADİYYAT
A- A+
Goranboyun kənd təsərrüfatı müəssisələrində monitorinq keçirilmişdir

Goranboyun kənd təsərrüfatı müəssisələrində monitorinq keçirilmişdir


Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"  ölkədə aqrar sahənin yeni inkişaf mərhələsinə keçirilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinin genişləndirilməsi, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqinin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi kimi qarşıya mühüm vəzifələr qoymuşdur. 

Dövlət proqramında kənd təsərrüfatı məhsullarının istehsalı və emalında müasir yanaşmaların tətbiqi, resurslardan, xüsusilə su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar dəyər zəncirinin inkişaf etdirilməsi, istehsalçıların müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, emal və logistika infrastrukturunun gücləndirilməsi, eləcə də yerli istehsalın və ixrac potensialının artırılması kimi əsas istiqamətlər  müəyyənləşdirilmişdir.  Proqram çərçivəsində aqrar sahədə məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, iqlimə davamlı və innovasiya əsaslı istehsal modelinə keçidin sürətləndirilməsi də nəzərdə tutulmuşdur. 

dövlət proqramının icrası ilə əlaqədar Goranboy rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatlarda monitorinqlərin keçirilməsinə başlanılmışdır. Növbəti monitorinq çərçivəsində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, eləcə də rayonda yaradılmış qərargahın üzvləri Goranboy rayonunun Muzdurlar kəndində kənd təsərrüfatı texnikalarının istehsalı ilə məşğul olan müəssisədə olmuşlar. Monitorinq zamanı müəssisənin fəaliyyəti, istehsal imkanları, mövcud maddi-texniki baza, istehsal olunan məhsulların çeşidi, texnoloji proseslər və gələcək inkişaf perspektivləri ilə bağlı ətraflı məlumat verilərək bildirilmişdir ki, müəssisədə kənd təsərrüfatında istifadə olunan müxtəlif texnika və avadanlıqlar, o cümlədən lazer mala, diskli mala, dişli mala və müxtəlif təyinatlı ferma avadanlıqları istehsal olunur. İstehsal prosesində müasir texnologiyalardan və yerli imkanlardan istifadə edilməklə kənd təsərrüfatı istehsalının texniki təminatına töhfə verilməsi məqsədilə müxtəlif növ aqrar texnikaların hazırlanması həyata keçirilir. Baxış zamanı müəssisənin istehsal gücünün artırılması, məhsul çeşidinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, müasir kənd təsərrüfatı texnikalarının istehsalının artırılması və rayonun aqrar təsərrüfatlarının texniki ehtiyaclarının yerli istehsal hesabına daha geniş şəkildə ödənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, kənd təsərrüfatının müasir texnika və avadanlıqlarla təmin edilməsi məhsuldarlığın yüksəldilməsi, əmək və vaxt itkilərinin azaldılması, aqrotexniki tədbirlərin optimal müddətdə həyata keçirilməsi və istehsal xərclərinin səmərələşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Monitorinq zamanı   mövcud imkanlar müəyyənləşdirilərək istehsalçıların qarşılaşdıqları problemlərin operativ həlli və dövlət proqramından irəli gələn tədbirlərin yerlərdə səmərəli icrasının təmin edilməsi ətrafında müzakirələr aparılmış, kənd təsərrüfatının inkişafı, müasir istehsal və emal imkanlarının genişləndirilməsi, yerli istehsalın artırılması, aqrar sahədə çalışan sahibkarlara dəstəyin gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında

01:23
06 Noyabr

Media nümayəndələrinin təltif edilməsi haqqında

01:22
06 Noyabr

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:21
06 Noyabr

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Xidməti və mülki silah haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Ovçuluq haqqında", "İxrac nəzarəti haqqında" və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:19
06 Noyabr

"Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Xidməti və mülki silah haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Ovçuluq haqqında", "İxrac nəzarəti haqqında" və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 oktyabr tarixli 488-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:18
06 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

01:15
06 Noyabr

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun strukturu, işçilərin say həddi və əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi haqqında  

01:13
06 Noyabr

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:12
06 Noyabr

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:11
06 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:10
06 Noyabr

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:09
06 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:02
06 Noyabr

Ermənistanın KTMT-yə üzvlüyü məsələsinə Moskvada sammitində baxıla bilər  

21:39
05 Noyabr

Rusiya XİN vətəndaşlarına müvəqqəti olaraq İrana səfər etməməyi məsləhət bilib  

20:51
05 Noyabr

Nazirlikdə Cibuti və Qvineya-Bisaunun nümayəndə heyətləri ilə görüşlər keçirilib  

20:06
05 Noyabr

Bakıda keçirilən BMT-nin İdarəetmə İnnovasiyaları Sammitinin ilk iş günü yekunlaşıb  

19:34
05 Noyabr

Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir

19:21
05 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin Büdcə Zərfinə daxil olan sənədlər müzakirə olunub  

19:09
05 Noyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib 

18:57
05 Noyabr

Dayanıqlı, çevik və qabaqlayıcı institutlar üçün regional həllər - PANEL SESSİYA  

18:49
05 Noyabr

Firavan və inklüziv cəmiyyətlərin qurulmasında liderlik - PANEL SESSİYA  

18:36
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!