05 Noyabr 2026 16:43
140
İQTİSADİYYAT
A- A+
Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib 

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib 


Noyabrın 5-də Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda balıqçılıq və akvakultura sahəsinin mövcud vəziyyəti, inkişaf perspektivləri, dövlət dəstəyi mexanizmləri, regional əməkdaşlıq imkanları və su bioresurslarının qorunması məsələləri müzakirə olunub. Tədbirdə dövlət qurumlarının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistandan olan nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri, sahə ekspertləri və özəl sektorun nümayəndələri iştirak ediblər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda balıqçılıq və akvakultura sahəsinin inkişafı istiqamətində həyata keçirilən institusional tədbirlər, mövcud potensial və qarşıda duran prioritet vəzifələr barədə məlumat verib. Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılmasının sahənin vahid yanaşma əsasında inkişafında mühüm rolunu qeyd edən nazir balıq ehtiyatlarının qorunması, infrastrukturun müasirləşdirilməsi, müasir texnologiyaların tətbiqi və investisiyaların təşviqinin əhəmiyyətini vurğulayıb.

Nazir bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində akvakultura üzrə illik istehsal həcminin mövcud 3400 tondan 2030-cu ilədək 7700 tona çatdırılması hədəflənir. Bu məqsədə nail olmaq üçün dövlət, özəl sektor və elmi ictimaiyyət arasında əməkdaşlığın, eləcə də regional tərəfdaşlıqların genişləndirilməsi vacibdir. Nazir forumun ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına, regionlarda məşğulluğun artırılmasına və Azərbaycanın akvakultura potensialının reallaşdırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ərzaq təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm tərkib hissəsi olduğunu qeyd edərək, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. O, akvakultura və balıqçılıq sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihələrindən danışıb. Qanunsuz balıq ovunun qarşısının alınmasının və bu sahədə nəzarətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Komitə sədri forumun qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və akvakultura sahəsinin inkişafına xidmət edən yeni təşəbbüslərin irəli sürülməsi baxımından əhəmiyyətini qeyd edib.

Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Dövlət Proqramının akvakultura sahəsinin inkişafı, istehsal həcminin artırılması, müasir texnologiyaların tətbiqi və sahənin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb.

Balıqçılıq və Akvakultura Mərkəzinin fəaliyyətinin sahənin inkişafında mühüm töhfə verdiyini qeyd edən Lətif Qasımov rəqəmsal monitorinq sistemlərinin tətbiqinin, yerli balıq növlərinin və Xəzərin qiymətli su bioresurslarının qorunmasının vacibliyinə diqqət çəkib. O, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının akvakultura klasterlərinin yaradılması üçün əlverişli potensiala malik olduğunu bildirib.

FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional nümayəndəsinin müavini Nabil Gangi təşkil olunan foruma görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürünü bildirərək akvakulturanın ərzaq təhlükəsizliyinin təmin olunması və kənd yerlərinin inkişafında mühüm rolunu vurğulayıb. İqlim dəyişikliklərinə davamlı yanaşmaların tətbiqinin, müasir texnologiyalardan və məlumatlara əsaslanan idarəetmə sistemlərindən istifadənin vacibliyinə diqqət çəkib.

Nabil Gangi FAO-nun Azərbaycanla əməkdaşlığın genişləndirilməsində, qabaqcıl təcrübənin bölüşülməsində və akvakultura sektorunun dayanıqlı inkişafına texniki dəstək göstərilməsində maraqlı olduğunu bildirib.

Sonra forum çərçivəsində balıqçılıq və akvakultura sahəsində fərqlənən təsərrüfat subyektləri təltif edilib, həmçinin sahənin inkişafı istiqamətində görülən işləri və qarşıdakı hədəfləri əks etdirən videoçarx nümayiş olunub.

Forum işini panel müzakirələri ilə davam etdirib. Müzakirələr zamanı “Akvakulturanın inkişafında milli prioritetlər və regional əməkdaşlıq imkanları”, “Xəzərdən təsərrüfata: balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu”, “Akvakulturanın yeni inkişaf mərhələsi: dövlət siyasəti, hüquqi və institusional çərçivə” və “Akvakulturanın inkişafında özəl sektorun rolu” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib 

18:57
05 Noyabr

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalı təqdim olunub  

17:23
05 Noyabr

Azərbaycanda hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq  

17:17
05 Noyabr

Şanlı tariximizin zəfər zirvəsi Polis Akademiyasında qeyd olunub  

17:09
05 Noyabr

Azərbaycanın Zəfər Günü Berlində təntənə ilə qeyd olunub  

17:06
05 Noyabr

Xəzərdə yeni qorunan ərazi: Abşeronun sərhədləri dənizə doğru genişlənir  

16:52
05 Noyabr

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib 

16:43
05 Noyabr

“Hizbullah” Yəməndə husilərin tərəfində döyüşməsi ilə bağlı iddiaları təkzib edib  

16:36
05 Noyabr

Keniyanın Baş naziri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb  

16:30
05 Noyabr

Adam Qrin: Azərbaycanın bərpaolunan enerji sahəsində gələcəyi olduqca perspektivlidir  

16:18
05 Noyabr

“BMW” mənfəət xəbərdarlığına baxmayaraq xərcləri azaltmaqla səhmlərini yüksəldib

16:13
05 Noyabr

NASA-nın “Swift” rəsədxanası Yer atmosferinə daxil olub

16:12
05 Noyabr

ABŞ-də keçirilən seçkilərdə Demokratlar üstünlük qazanıblar  

16:09
05 Noyabr

Məkkə Sazişinin ilk maddəsi qəbul olundu

16:00
05 Noyabr

Vergi daxilolmalarında 1,7 milyard manatlıq artım

15:58
05 Noyabr

Sosial yardımda yeni məbləğ: Ehtiyac meyarı 314 manata qaldırılır

15:57
05 Noyabr

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb  

15:52
05 Noyabr

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası olub  

15:28
05 Noyabr

Baş prokuror Abşeronda vətəndaşları dinləyib  

15:21
05 Noyabr

AQTA: Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb  

15:14
05 Noyabr

Salyan və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib  

15:09
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!