19 Noyabr 2023 10:30
551
İQTİSADİYYAT
A- A+

Goranboyda 17 tondan artıq tütün təhvil verilmişdir

 

Son illər genişmiqyaslı tədbirlər həyata keçirilməklə aqrar sektorda çalışanlara geniş imkanlar yaradılmışdır. Bu  hesaba ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı xeyli sürətlənmişdir.
Belə sahələrdən biri də tütünçülükdür. Son illər Goranboyda da tütünçülüyə maraq artmışdır. Hər il  Zeyvə, Yenikənd, Şəfəq, Qarbucaq, Todan və Qaraçanaq kəndlərində yeni tütün plantasiyaları salınır. İlk dəfə cəmi 4 hektarda tütün əkilirdisə, artıq bu rəqəm 8 hektara çatdırılmışdır.  
Qeyd edək ki, cari təsərrüfat ilində Zeyvədə 2 hektar, Şəfəq, Qaraçinar, Yenikənd və Qarqucaq  kəndlərinin hər birində 1,5 hektar tütün əkilmişdir. Həyata keçirilən yüksək aqrotexniki tədbirlər öz bəhrəsini vermiş, plantasiyalardan 17 ton məhsul yığılaraq qəbul məntəqəsinə təhvil verilmişdir ki, bu da ötən illə müqayisədə 5 ton çoxdur.

S.ƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video