27 Fevral 2023 20:39
707
İDMAN
A- A+

Gənclər və idman naziri media nümayəndələri ilə görüşüb

 

“İdman həftəsi” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov idman mediasının nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdə 10 televiziya kanalı, 4 agentlik, 14 xəbər portalı və 2 qəzetdən ümumilikdə 33 media nümayəndəsi iştirak edib.

Nazir idman jurnalistikasının idman ictimaiyyətinin bir qolu olduğunu qeyd edərək bildirib ki, idman mediamızın federasiyalar və digər idman qurumları ilə əməkdaşlığını genişləndirməsinə ehtiyac var. Bu həm idmanın təbliğatı, həm də medianın inkişafı baxımından önəmlidir.

Tədbirdə idman jurnalistikasının çətinlikləri və bu sahənin inkişaf yolları müzakirə edilib. Qarşılıqlı müzakirə formatında davam edən görüşdə idman jurnalistləri onları narahat edən məsələlər barədə danışıb və təkliflərini səsləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video