Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar–müşavirə keçirilib
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində regionlarda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar–müşavirələr start götürüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla bağlı yanvarın 10-da Gəncədə seminar–müşavirə keçirilib.
Çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov bildirib ki, yanvar ayının 8-dən başlayan lahiyə bu gündən respublikanın dörd şəhərində - Gəncə, Naxçıvan, Şəki və Şirvanda həyata keçirilir. Seminar-müşavirələrin məqsədi seçki mübahisələrinin məhkəmə qaydasında həlli məsələləri üzrə maarifləndirmə işini təmin etməkdir.
Sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadə “Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları”, Cinayət Kollegiyasının sədri Rafiq Cəfərov “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi”, İnzibati Kollegiyanın sədri Rəşad Mamedov “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlarla çıxışlar ediblər.
Seminar-müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
Yeni buz forması kəşf edilib
27 Iyul
Yeni axtarış sistemi işə salınır
27 Iyul
Parlament seçkilər ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək
27 Iyul
Azərbaycanın güllə atıcısı Paris olimpiadasında 24-cü olub
27 Iyul
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan ...
27 Iyul
Gəncədə sənaye müəssisələrinin rəhbərlərilə görüş keçirilib
27 Iyul
Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1255 nəfər müraciət edib
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!