16 Aprel 2025 10:47
372
CƏMİYYƏT
A- A+
Gecə saatlarından başlayan güclü yağış davam edir - Faktiki hava  

Gecə saatlarından başlayan güclü yağış davam edir - Faktiki hava  


Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 31 mm (aylıq normanın 134 faizi), Qobustanda 47 mm (aylıq normanın 94 faizi), Şabranda 34 mm (aylıq normanın 116 faizi), Mingəçevirdə 35 mm (aylıq normanın 102 faizi), Yevlaxda 30 mm (aylıq normanın 90 faizi), Xaçmazda 29 mm (aylıq normanın 96 faizi), Kürdəmirdə 28 (aylıq normanın 81 faizi), İsmayıllıda 27 mm (aylıq normanın 26 faizi), Qubada 25 mm (aylıq normanın 52 faizi), Qusarda 24 mm (aylıq normanın 50 faizi), Sabirabadda 24 mm (aylıq normanın 81 faizi), Qəbələdə 23 mm (aylıq normanın 22 faizi), Ağsuda 21 mm (aylıq normanın 31 faizi), Zərdabda 21 mm (aylıq normanın 68 faizi), Goranboyda 20 mm (aylıq normanın 64 faizi), Göygöldə 17 mm (aylıq normanın 20 faizi), Göyçayda 17 mm (aylıq normanın 34 faizi), Oğuzda 16 mm (aylıq normanın 16 faizi), Gəncədə 16 mm (aylıq normanın 51 faizi), Naftalanda 16 mm (aylıq normanın 42 faizi), Şəmkirdə 16 mm (aylıq normanın 45 faizi), Şamaxıda 15 mm (aylıq normanın 22 faizi), Bərdədə 15 mm (aylıq normanın 44 faizi), Tərtərdə 15 mm (aylıq normanın 44 faizi), Ağstafada 14 mm (aylıq normanın 37 faizi), Ağdamda 14 mm (aylıq normanın 29 faizi), İmişlidə 14 mm (aylıq normanın 47 faizi), Tovuzda 13 mm (aylıq normanın 34 faizi), Şəkidə 13 mm (aylıq normanın 14 faizi), Biləsuvarda 11 mm (aylıq normanın 32 faizi), Neftçalada 10 mm (aylıq normanın 30 faizi), Zaqatala, Lənkəran, Balakən, Sədərək, Lerik, Şərur, Şahbuz, Naxçıvan, Ceyrançöl, Astara, Xocalı, Yardımlı, Füzuli və Ordubadda 1-8 mm-dir.

Yağan intensiv leysan xarakterli yağışlar nəticəsində aprelin 16-sı səhər saatlarından başlayaraq Şabran rayonu ərazisindən keçən Gilgilçaya və Quba rayonu ərazisindən keçən Qudyalçaya sel gəlib.

Dağlıq ərazilərdə qar yağıb. Qarın hündürlüyü Xınalıqda 37, Qrızda 30, Qusarda 17, Altıağac, Xaltan, Gədəbəy, Kəlbəcər, Laçın, Şuşa, Daşkəsəndə 1-5 santimetr olub.

Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 34, Altıağacda 19, Şamaxı, Naftalanda 18, Qubada 16 metrə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-da 3, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!