14 Iyul 2024 09:50
647
Təhsil
A- A+

GDU-da "COP29 iqlim dəyişkənliyi ilə mübarizə" mövzusunda tədbir baş tutub

 

Tədbiri universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsindən və Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un  əhəmiyyətindən danışıb. 
Bildirilib ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizənin önündədir və noyabr ayında COP29 kimi qlobal tədbirin Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha onu təsdiq edir ki, Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malik olan dövlətlərin sırasında yer tutub. Ölkəmiz ənənəvi enerjinin əsas ünvanlarından biri kimi tanınsa da, son illərdə alternativ və bərpaolunan enerjiyə keçid sahəsində böyük irəliləyişə nail olub. COP29-un  Bakıda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə verəcək.
Tədbirdə Kimya-biologiya fakültəsinin əməkdaşları  - professor  Sevda Əhmədova "Müasir  dövrdə qlobal müharibə və sülh problemlərinin iqlim dəyişmələrinə təsiri", dosent Nəsibə Nəsirova  "Alternativ enerji mənbələrinin qlobal  iqlim dəyişmələrinə müsbət təsiri", dosent  Lalə Abdullayeva  "İqlim dəyişkənliyinin Xəzərin ixtiofaunasına təsiri", baş müəllim Güləbatın Hümbətova  "GMO-nun ətraf  mühitə və canlılara təsiri" və müəllim Sevinc Mahmudova  "Qlobal istiləşmənin ekoloji nəticələri" adlı məruzələrlə çıxış etmişlər.
Tədbir ekoloji tarazlığın və ətraf mühitin qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində "ağıllı şəhər" və "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilməsi və su-elektrik stansiyalarının yaradılmasına dair müzakirələrlə davam etdirilmişdir. Çıxış edənlər qlobal iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitə, eləcə də qlobal qida təhlükəsizliyinə, regional təhlükəsizlik sistemlərinə neqativ təsirlərindən, həmçinin alternativ enerji mənbələrindən səmərəli istifadənin vacibliyindən bəhs ediblər.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video