17 Oktyabr 2024 21:29
672
CƏMİYYƏT
A- A+
Füzulidə Şəhər Günü qeyd olunub YENİLƏNİB

Füzulidə Şəhər Günü qeyd olunub YENİLƏNİB

17 Oktyabr - Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzulidə təntənəli Şəhər Günü tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Doğma yurda qayıtmış Füzuli sakinləri bu gün böyük həvəs və sevinclə bayram şölənini qeyd ediblər.

Tədbir çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri, şair Arif Buzovnalının aparıcılığı ilə “Füzuli 530” tamaşası nümayiş olunub. Xanəndələr Orxan Hüseynli, Könül Məmmədli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin qəzəlləri üstündən muğam parçaları ifa ediblər. Qiraətçilər Əzizəxanım Kazımova və Ağaəli Kərimlinin qiraətində dahi şairin qəzəlləri səsləndirilib. Şairlər Kamal Hüseynzadə və Elsər Qədri Füzulinin qəzəllərinə yazdıqları nəzirələri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra Füzulinin “Leyli və Məcnun” poeması əsasında xoreoqrafiya kompozisiyası nümayiş edilib. Kompozisiyanın müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, rejissoru isə Əməkdar artist Loğman Kərimovdur.

Əvvəlcə dövlət və hökumət rəsmiləri Füzuli Şəhəri Günü münasibətilə təşkil olunmuş sərgiyə baxıblar.

Çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov azad Füzulidə ikinci dəfədir Füzuli Şəhəri Gününün keçirildiyini xatırladıb. O, bu günü bizə canı, qanı bahasına yaşadan şəhidlərimizi ölməz qəhrəmanlar adlandıraraq deyib: “Dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız ən çətin döyüşlərdən çıxaraq, Füzuli şəhərini işğaldan azad etdilər. Bu gün hamımız Füzulidə həyata keçirilən bərpa-quruculuq işlərinə şahid oluruq. Bütün bu işlər Prezident İlham Əliyevin bilavasitə nəzarəti, diqqəti və qayğısı ilə həyata keçirilir”.

Füzuli şəhərində hazırda 822 ailənin yaşadığını bildirən E.Hüseynov əlavə edib: “İnanıram ki, onlar yaşayışlarından çox məmnundurlar. Burada dövlətimizin gücü, qüdrəti hesabına yaradılmış gözəl şəraitdən istifadə edirlər. Bizim balaca sakinlərimiz, gənc nəslimiz Azərbaycanda tayı-bərabəri olmayan bir məktəbdə təhsil alırlar. Bu gün qalib dövlətin yenilməz ruhlu gənc nəsli yetişir”.

Daha sonra qala-konsert təqdim olunub, tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Tədbir iştirakçıları, həmçinin rəngarəng tematik sərgilərlə tanış olub, incəsənət ustalarının, bədii kollektivlərin ifasında maraqlı konsert proqramını izləyiblər.

Gün ərzində proqram çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və Füzuli”, “Zamanın qanadlarında: Füzuli” adlı fotosərgilər, “Mənim Füzulim” rəsm sərgisi, dekorativ-tətbiqi xalq sənəti növləri üzrə ustad dərsləri və uşaqlar üçün əyləncə zonası təşkil olunub. Həmçinin Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar təqdim edilib, burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələri nümayiş olunub.

Füzuli şəhəri 1-ci yaşayış məhəlləsinin daxilində mövcud olan kiçik parkın ərazisində qurulan eyni dizayn görkəminə malik pavilyonlarda (çadırlarda) Qarabağ Dirçəliş Fondunun (QDF) sifarişi ilə hazırlanan Füzuli Mərkəzi Parkı və Fond tərəfindən həyata keçirilən layihələr haqqında geniş məlumatlar təqdim edilib. Eyni zamanda, “ABAD” üçün ayrılmış xüsusi çadırda bir sıra dekorativ-tətbiqi xalq sənəti növləri üzrə ustad dərsləri təşkil olunub. Bu dərslər arasında keramika sənəti, bədii rəsm, vitraj və digər sənət növləri yer alıb. Çadırda əl işləri, sərgi-satışı və “ABAD”ın qida məhsullarının dadım mərasimi təşkil olunub.

Eyni zamanda, Füzulidə ilk dəfə keçirilən “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirində iştirak edən xarici qonaqlar Füzuli Şəhəri Gününə də qatılıblar. Qonaqlar Şəhər Günü münasibətilə təşkil olunmuş sərgi ilə tanış olublar.

Daha sonra Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Ay Elim Füzuli” adlı konsert proqramı təşkil edilib. Konsertdə Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri ifa edilib.

Sonda Füzuli Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. Sərəncama əsasən, oktyabrın 17-si Füzuli Şəhəri Günüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında

01:06
18 Oktyabr

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 

01:01
18 Oktyabr

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ 

00:58
18 Oktyabr

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

00:55
18 Oktyabr

Azərbaycan Respublikasının “Dövlət ehtiyatları haqqında” 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli və “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli qanunlarının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

00:48
18 Oktyabr

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

00:42
18 Oktyabr

Azərbaycanın 3 boksçusu Avropa çempionatında finala yüksəlib

22:48
17 Oktyabr

Baydenin Almaniyaya səfəri başlayır  

22:47
17 Oktyabr

Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb  

22:45
17 Oktyabr

Azərbaycan Ordusunun müəssisələrində Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib  

22:44
17 Oktyabr

Füzulidə Şəhər Günü qeyd olunub YENİLƏNİB

21:29
17 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib  

20:43
17 Oktyabr

Sabah İstanbulda XİN rəhbərlərinin “3+3” formatında üçüncü görüşü keçiriləcək

20:29
17 Oktyabr

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib

20:19
17 Oktyabr

İranda qadın məhbus edam edildi

20:07
17 Oktyabr

“Xəzər İnşaat Həftəsi” başa çatıb

20:04
17 Oktyabr

Elm və təhsil nazirinin müavini Cəlilabadda vətəndaşların müraciətini dinləyib

20:03
17 Oktyabr

Tokayev: Regionu gücləndirmək üçün əlimizdən gələni edəcəyik

19:59
17 Oktyabr

Gürcüstanda yaşayan azərbaycanlı: Şuşa dünya azərbaycanlılarının qürur mənbəyidir

19:52
17 Oktyabr

MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclası keçirilib  

19:49
17 Oktyabr

NATO Rusiya ilə münasibətlər üçün yeni uzunmüddətli strategiya yaradacaq

19:47
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!