24 Sentyabr 2026 17:41
545
İDMAN
A- A+
Futboldan hüquqa, meydandan xidmətə

Futboldan hüquqa, meydandan xidmətə


Bir vaxtlar “Neftçi” formasında meydanlara çıxan, sonralar isə hüquq sahəsində xidmət edən İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub. Sentyabrın 23-də Baş Prokurorluğun inzibati binasında keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev və digər əməkdaşlar iştirak edib. Cavadov yubileyi münasibətilə təbrik olunub, onun həm prokurorluq orqanlarında uzunmüddətli xidmətinin, həm də Azərbaycan futboluna verdiyi töhfələrin xüsusi əhəmiyyəti vurğulanıb.

İsgəndər Cavadov Azərbaycan futbolunda adını daha çox “Neftçi” ilə tarixə yazıb. Hücumçu Bakı klubunda 303 oyuna çıxıb, 61 qol vurub və uzun illər komandanın kapitan sarğısını daşıyıb. SSRİ çempionatının yüksək liqasında 53 qolu onun adını dövrün ən məhsuldar futbolçuları sırasına daxil edib. Onun futbolçu karyerasındakı ən yaddaqalan rəqəmlərdən biri isə “Neftçi”nin heyətində ardıcıl 77 oyunu əvəzlənmədən keçirməsidir. 

Amma Cavadov üçün futbol meydanı karyerasının son dayanacağı olmayıb. Futboldan sonra hüquq sahəsində çalışan veteran futbolçu idmandan da uzaq düşməyib, AFFA İcraiyyə Komitəsinin üzvü olub və Regional Futbol Federasiyasına rəhbərlik edib. 70 illik yubileyində isə onun həyat yolunun iki fərqli tərəfi – futbol meydanındakı mübarizə və dövlət xidmətindəki illər bir araya gəlib. Cavadov göstərilən diqqətə görə təşəkkürünü bildirib və Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunmasını xüsusi qeyd edib.

Bəzi futbolçular karyerasını butslarını çıxardığı gün başa vurur. İsgəndər Cavadov üçün isə meydan dəyişib, xidmət davam edib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə daha 105 sakin üçün kiçik təsərrüfatlar qurulub

13:28
21 Oktyabr

BMT: Qlobal istiləşmə əsrin sonunadək 2,8 dərəcəyə çata bilər

12:22
21 Oktyabr

DSMF 9 ayda 1,1 milyondan çox şəxsə 1,7 milyard manata yaxın müavinət və təqaüd ödəyib

12:15
21 Oktyabr

Xalq təbabətində yüksək arterial təzyiq zamanı hansı bitkilərdən istifadə olunur?  

11:55
21 Oktyabr

Əli Əhmədov: Prezident çıxışında Azərbaycanın gələcəyinin təminatı baxımından mühüm mesajlar verib  

11:34
21 Oktyabr

Ülvi Mehdiyev: 52 ölkə “ASAN xidmət” təcrübəsini öyrənir

11:32
21 Oktyabr

ABŞ Prezidentinin xüsusi elçisi Sankt-Peterburqda səfərdədir

11:28
21 Oktyabr

Ötən gün 46 cinayətin açılması təmin olunub

11:13
21 Oktyabr

Dövlət Xidmətinin rəhbər heyəti Masallıda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınma mərasimində iştirak edib  

11:03
21 Oktyabr

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb VİDEO

10:54
21 Oktyabr

Kiyevə dronlarla hücum edilib, ölənlər var  

10:43
21 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:41
21 Oktyabr

Azərbaycan nefti 119 dollardan baha satılır

10:40
21 Oktyabr

Birjalarda neft bahalaşıb

10:39
21 Oktyabr

Zəngilanda 215 milyon kVts "yaşıl enerji" istehsal edilib

10:30
21 Oktyabr

Mingəçevirdə Energetiklər Günü qeyd olunub

10:25
21 Oktyabr

Naxçıvan Dövlət Universitetində 1000 yerlik yeni yataqxana tikiləcək

10:20
21 Oktyabr

Müqəddəs amal və yarımçıq sevgi

10:15
21 Oktyabr

ZƏFƏR gündəliyi  

10:10
21 Oktyabr

"Şair" igid döyüşçü idi

10:00
21 Oktyabr

"Bizdən həm əvvəl, həm sonra Vətən var"

09:50
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!