01 Mart 2025 09:05
617
SİYASƏT
A- A+
Fransanın saxta demokratiyası: müstəmləkəçilik siyasəti və dünyaya yenidən nüfuz etmək arzusu

Fransanın saxta demokratiyası: müstəmləkəçilik siyasəti və dünyaya yenidən nüfuz etmək arzusu


Müasir dünyada Avropanın iqtisadi baxımdan güclü dövlətləri bu və ya digər regionlara müdaxilə edərək öz siyasi maraqlarını güdür və bunu "demokratiya" adı altında həyata keçirir. Bəs, Avropanın Fransa kimi dövləti bu gücü və iqtisadi qüdrəti haradan alıb? Bu sualı cavablandırmaq üçün Fransanın tarixi boyu həyata keçirdiyi müstəmləkəçilik siyasətinə nəzər salmaq lazımdır. Böyük qitələrdə yaşayan xalqları istismara məruz qoyaraq varlanmaq və həmin var-dövləti bu gün yenə də kolonializm siyasətini davam etdirmək üçün xərcləmək heç bir dövlətə başqalarına demokratiya dərsi keçmək haqqı vermir.

Amerika Birləşmiş Ştatlarının Milli Coğrafiya Cəmiyyətinin hesabatına görə, Fransa 200 il ərzində nəinki Afrika qitəsinin təbii sərvətlərini mənimsəyib, eləcə də quldarlıqla məşğul olub. Fransa hərbçiləri Afrikada 1,4 milyon insanı qul kimi satıb. Cəmiyyət arxiv sənədlərinə istinadla bildirib ki, gəmilərlə Amerika və Avropaya daşınan qulların 15 faizi yolda acından ölüb. XIX əsrdə Fransa limanlarına "insan yükü" ilə dolu 1800 gəmi lövbər atıb. Bordo limanına 480 gəmi ilə 150 min, Qvard limanına 240 gəmi ilə 70 min, Nant limanına 256 gəmi ilə 166 min qul gətirilib. Fransanın maliyyə naziri Jan Batist Kolbertin hazırladığı "Qara kodeks"də Afrikadan gətirilən qullar insan deyil, əşya kimi qeyd edilirdi. Kodeksdə "bir nəfər" deyil, "bir ədəd" qul yazılırdı.

Sərvətlərin talanması və ucuz işçi qüvvəsi Fransanın "Bollero", "Şnayder Elektrik", "Perno Rikar", "Laqarder Qrup", "L.Oreal" kimi dünya miqyaslı iri şirkətlərinin meydana çıxmasına səbəb oldu. Bu şirkətlərin istehsal etdiyi məhsullarda minlərlə afrikalının qan izləri var.

Afrika ölkələrində Fransanın qəddarlığına qarşı baş qaldıran üsyanlar xüsusi amansızlıqla yatırılırdı. Belə ki, 1921-1926-cı illərdə Mərakeşin müxtəlif şəhərlərində etiraz edən 100 min insan qətlə yetirildi. 1925-1926-cı illərdə Suriyada 6 min, Çadda 7 min, Madaqaskarda isə 80 min insan öldürüldü. İngilis yazıçı və səyyah Cozef Redyard Kiplinq "Fransızlar Afrikada" kitabında yazır ki, fransız əsgərlərin Afrikadakı qəddarlığı son həddə çatıb. Xüsusilə 1945-ci ildə Əlcəzairin Setif və Helma şəhərlərində keçirilən əməliyyatları qeyd etmək lazımdır. Bu şəhərlərdə faşizm üzərində qələbənin qeyd edilməsi zamanı 45 min insan qətlə yetirildi. İnsanlar qələbəni bayram etmək üçün meydanlara toplaşdılar. Lakin onlar üçün fransızlar daha qəddar düşmən idilər. İnsanlar "Fransa zülmünə son" şüarı qışqırandan sonra qırğın başladı. Fransa əsgərləri qoca, qadın, uşaq demədən hamını güllələdilər. Hadisələrdən sonra repressiya dalğası başladı, aksiya iştirakçılarının dostları və qohumları da heç bir günahı olmadan həbs edilərək zülmə məruz qaldılar.

Fransanın müstəmləkə siyasəti Afrika və Asiya ölkələrinin ekologiyasına da güclü zərbə vurub. 1960-1990-ci illərdə Fransa ordusu Əlcəzair və Polineziya ərazisində 210 dəfə nüvə bombası sınağı keçirib. Nəticədə vəhşi heyvanların populyasiyası 70 faiz azalıb ki, bu da təbiətə vurulan ən güclü zərbə olub.

Afrikanın Fransa tərəfindən mənimsənilən mədəni və tarixi nümunələri bu gün Parisdəki Luvr muzeyində nümayiş olunur. Fransa tarixçiləri Benedikt Savua və Flavin Sarranın 2018-ci ildə hazırladıqları hesabata əsasən, Afrika xalqlarının milli mədəniyyət və incəsənət nümunələrinin 90 faizi Luvr və Branli muzeylərində saxlanılır. Fransa təkcə Afrikada deyil, digər ölkələrin ərazisində də tarixi abidələri və mədəniyyət nümunələrini mənimsəyib, sadə dillə desək, oğurlayıb. Bu tarixi abidələrin geri qaytarılması üçün bu gün Avstraliya, Qazaxıstan, Əlcəzair, Efiopiya, Nepal, Seneqal, Mali, Madaqaskar və digər dövlətlər Fransa qarşısında tələb qoyublar.

Bütün bunları nəzərə alaraq, Ermənistanın həyata keçirdiyi xarici siyasətə təəssüf etməmək olmur. Ermənistan hakimiyyəti elə düşünür ki, dünyanın ən demokratik dövlətlərindən biri olan Fransa bu ölkəyə hərbi, siyasi və iqtisadi yardımlar göstərərək, rəsmi İrəvanı da dünya birliyinə inteqrasiya edəcək. Nikol Paşinyan hakimiyyəti ayaqda qalmaq üçün Fransaya sığınıb və ondan siyasi, hərbi, iqtisadi yardımlar alaraq hakimiyyətinin müddətini uzadır. Lakin 40-50 ildən sonra erməni xalqı özünə məxsus mədəni və tarixi nümunələri Parisin tanınmış muzeylərində görsə, heç də təcüblənməsin.

Fransanın kolonial siyasətində əsarət altında qalan xalqların hərbi məqsədlər üçün də istifadə olunması faktları da məlumdur. Bu ölkə 1701-1714-cü illərdə əlcəzairlilərdən ibarət 400 minlik ordu yığaraq Böyük Britaniyaya qarşı müharibədə istifadə edib. Paris Universitetinin professoru, tarixçi-alim Süre-Kanal Jan "Mərkəzi və Qərbi Afrika" kitabında yazır ki, Birinci Dünya müharibəsində Fransa ordusunun 85 faizini koloniya ölkələrinin xalqlarının təşkil edirdi. Onların sayı 90 mindən çox idi.

Bu gün Fransanın geosiyasi üstünlük əldə etmək üçün erməniləri Rusiyaya qarşı qaldırmağa çalışması tarixi siyasi ənənənin davamı kimi qiymətləndirilir. Ermənistanın anti-Rusiya siyasətinin arxasında da məhz Fransa dayanır. Bu ölkənin Prezidenti Emmanuel Makron ölkəsinin Cənubi Qafqaz regionuna nüfuz edib burada hökmranlıq etmək istiqamətində addımlar atır. Rəsmi İrəvan da başa düşür ki, regionda istər iqtisadi, istərsə də hərbi baxımdan ən güclü dövlət olan Rusiyaya qarşı çıxmaq onun iqtidarında deyil. Lakin buna baxmayaraq, Rusiyaya qarşı çıxış etməsi təsadüfi xarakter daşımır. Çünki Fransa N.Paşinyan hökumətinə dəstək verir.

Vaxtilə Afrikada "Fransafrik" siyasəti həyata keçirən rəsmi Paris indi də "Frankofoniya" siyasətini reallaşdırır. Adlar dəyişsə də, siyasi məzmun dəyişməyib. Azərbaycana təzyiq və Ermənistana himayədarlıq etsə də, Fransa geosiyasi vəziyyətin dəyişdiyini deyəsən nəzərdən qaçırıb. Azərbaycan uzun illər boyu imperiya tərkibində qalıb və bunun nə olduğunu yaxşı bilir. Xalqımız XX əsrin sonlarında qanı bahasına müstəqilliyini bərpa edib və bu gün Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini hər bir amildən uca tutaraq dövlətin inkişafına daha çox diqqət ayırır. Hakimiyyəti milli maraqlardan üstün tutan N. Paşinyan kimi "siyasi xadimlər" isə hələ də arxalana biləcəkləri dayaq axtarırlar. Geosiyasi mübarizələrdə belə saxta dayaqlar tez tapılır. Fransanın Ermənistana dayaq olması buna bariz nümunədir. Bu gün region ölkələrində silahlı toqquşmalara, qeyri-sabit vəziyyətin hökm sürməsinə, iqtisadi çətinliklərə nəzər saldıqda, Azərbaycanın inkişafı diqqəti cəlb edir. Bütün bunlar ölkəmizin geosiyasi oyunlara girib böyük dövlətlərə yarınmaq istəməməsinin və müstəqil siyasət yürütməsinin nəticəsidir.


AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaddaşı bərpa edən möcüzəvi sprey hazırlanıb

18:17
27 Aprel

Ağız yaxalama mayeləri ürəyə zərər verirmi?

18:08
27 Aprel

ABŞ ordusu Sakit Okeanda narkotik daşıyan qayığı vurub

18:03
27 Aprel

Mərkəzi Seçki Komissiyasının sədrinin müavini və katibləri seçilib 

17:59
27 Aprel

Əmək Məcəlləsinə yeni dəyişiklik: sağlamlıq arayışı olmayan işçilərlə əmək müqaviləsinə xitam verilə bilər  

17:53
27 Aprel

Səfir: Sudan parlamentlərarası dialoqun inkişafında Azərbaycanın öncül rolunu yüksək qiymətləndirir  

17:47
27 Aprel

ABB Sahibkarlar Günü münasibətilə biznes müştəriləri üçün tədbir keçirib

17:47
27 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

17:46
27 Aprel

MSK sədri: Azərbaycanın Seçki Məcəlləsi bütün müasir tələblərə cavab verən bir sənəddir  

17:45
27 Aprel

Bəzi yerlərdə hava yağıntılı olacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:44
27 Aprel

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

17:44
27 Aprel

Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının sədri seçilib YENİLƏNİB 

17:42
27 Aprel

Xarici diplomatlar Xankəndi şəhəri ilə tanış olublar

17:42
27 Aprel

WUF13-də dövlət başçıları və şəhər merləri iştirak edəcək

17:34
27 Aprel

Azərbaycan boksçuları Dünya kubokunda 3 qızıl medal qazanıblar

17:15
27 Aprel

FHN bəzi ərazilərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

17:10
27 Aprel

Fərid Qayıbov: Ağdərədə ilk dəfə keçirilən reqatada ölkə sayının çox olması sevindirici haldır  

16:12
27 Aprel

Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməzlər

16:07
27 Aprel

“Prezident Kuboku” beynəlxalq reqatasına Ağdərədə start verilib

15:51
27 Aprel

Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib  

15:46
27 Aprel

Rusiya-Ukrayna cəbhəsində gərginlik artıb

15:41
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!