17 Oktyabr 2024 19:36
776
SİYASƏT
A- A+
Fransalı tələbələr Azərbaycanın geosiyasəti və beynəlxalq əlaqələri barədə məlumatlandırıb

Fransalı tələbələr Azərbaycanın geosiyasəti və beynəlxalq əlaqələri barədə məlumatlandırıb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində Parisdə fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Öyrənilməsi üzrə Azad İnstitutunun (ILERI) tələbələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, 100-dək fransız tələbənin iştirak etdiyi görüşdə səfir Azərbaycanın zəngin tarixi və mədəni irsi, xarici siyasəti və regionda yaratdığı yeni reallıqlar, təbii ehtiyatları, COP29-a ev sahibliyi etməsi, eləcə də ölkəmizin karbohidrogen, eləcə də bərpaolunan enerji mənbələri barədə məlumat verib. Diplomat vacib geosiyasi mövqeyi ilə diqqəti cəlb edən Azərbaycanın daim müstəqillik uğrunda mübarizə apardığını, müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk respublikadır. L.Abdullayeva XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qonşu ölkənin hərbi təcavüzü ilə üzləşməsindən, çətin vəziyyətlə üzləşmiş ölkəmizin Ümummilli Lider Heydər Əliyev tərəfindən yenidən dirçələrək inkişaf dövrünə qədəm qoymasından danışıb.

Diplomat Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasından, bu müddət ərzində münaqişəni dialoq yolu ilə həll olunmasına çalışmasından, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi və Fransanın da imzaladığı 4 qətnamədən söz açıb. Ölkəmizin münaqişənin həllində həmişə sülh yolunu tutduğunu diqqətə çatdıran səfir Ermənistanın təxribatları qarşısında səbir kasası daşan Azərbaycanın ərazilərini güc yolu azad etmək məcburiyyətində qaldığını deyib. Diqqətə çatdırıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızın azad edilib, ərazi bütövlüyünün bərpa olunub, ölkəmiz regionda yeni reallıqlar yaradıb.

Azərbaycanın karbohidrogen ehtiyatları barədə məlumat verən səfir ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində rolundan danışıb.

Regionun lider dövləti olan Azərbaycanın qarşıdan gələn günlərdə COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdıran L.Abdullayeva tədbirin əsas məqsədləri, irəli sürülmüş təşəbbüslər, eləcə də ölkəmizdə həyata keçirilən yaşıl və bərpaolunan enerji layihələri barədə tələbələri məlumatlandırıb.

Sonda səfir tələbələrin suallarını, o cümlədən təxribatçı suallarını ətraflı cavablandırıb.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Öyrənilməsi üzrə Azad İnstitut (ILERI) 1948-ci ildə təsis edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında

01:06
18 Oktyabr

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 

01:01
18 Oktyabr

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ 

00:58
18 Oktyabr

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

00:55
18 Oktyabr

Azərbaycan Respublikasının “Dövlət ehtiyatları haqqında” 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli və “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli qanunlarının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

00:48
18 Oktyabr

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

00:42
18 Oktyabr

Azərbaycanın 3 boksçusu Avropa çempionatında finala yüksəlib

22:48
17 Oktyabr

Baydenin Almaniyaya səfəri başlayır  

22:47
17 Oktyabr

Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb  

22:45
17 Oktyabr

Azərbaycan Ordusunun müəssisələrində Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib  

22:44
17 Oktyabr

Füzulidə Şəhər Günü qeyd olunub YENİLƏNİB

21:29
17 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib  

20:43
17 Oktyabr

Sabah İstanbulda XİN rəhbərlərinin “3+3” formatında üçüncü görüşü keçiriləcək

20:29
17 Oktyabr

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib

20:19
17 Oktyabr

İranda qadın məhbus edam edildi

20:07
17 Oktyabr

“Xəzər İnşaat Həftəsi” başa çatıb

20:04
17 Oktyabr

Elm və təhsil nazirinin müavini Cəlilabadda vətəndaşların müraciətini dinləyib

20:03
17 Oktyabr

Tokayev: Regionu gücləndirmək üçün əlimizdən gələni edəcəyik

19:59
17 Oktyabr

Gürcüstanda yaşayan azərbaycanlı: Şuşa dünya azərbaycanlılarının qürur mənbəyidir

19:52
17 Oktyabr

MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclası keçirilib  

19:49
17 Oktyabr

NATO Rusiya ilə münasibətlər üçün yeni uzunmüddətli strategiya yaradacaq

19:47
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!