26 Iyul 2024 14:41
127
DÜNYA
A- A+

Fransada sürət qatarları şəbəkəsinə kütləvi hücum olub

 

Olimpiya Oyunlarının açılış mərasimindən bir neçə saat əvvəl Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) sürət qatarları (TGV) şəbəkəsinə kütləvi hücum olub.

AZƏRTAC xəbər verir ki, SNCF səyahətçilərdən səfərlərini təxirə salmağı və stansiyalara getməməyi xahiş edib. SNCF qeyd edib ki, dünən gecə bir neçə zərərli akta məruz qalıb və qurğulara zərər verilməsi üçün qəsdən yanğınlar törədilib.

Paris polisi qüvvələrini paytaxt dəmir yolu stansiyalarında cəmləyib. “Atlantik, Şimal və Şərq istiqamətlərində sürət qatarlarının hərəkətində fasilələr yaranıb. Müəyyən qatarlar klassik xətt üzrə yönləndirilsə də, çox sayda qatarın vaxtı dəyişdirilib”, - deyə SNCF-in mətbuata açıqlamasında bildirilib. Dəmir yolu şirkəti, Cənub-Şərqi TGV xəttinin işlədiyini qeyd edib.

Bildirilir ki, fasilələrin ən azı həftəsonuna qədər davam edəcəyi gözlənilir. SNCF şəbəkə qrupları diaqnostika aparmaq və təmirə başlamaq üçün artıq işlədiklərini, lakin bu vəziyyətin aradan qaldırılması üçün ən azı bütün həftəsonu təmir işləri aparılmalı olacağını vurğulayıb.

Nəqliyyat naziri vəzifəsini icra edən Patris Verqriet cinayət hərəkətlərini qətiyyətlə pisləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video