30 Noyabr 2024 09:20
368
DÜNYA
A- A+
Fransa borc burulğanında batır

Fransa borc burulğanında batır


Fransa bazarları bu il siyasi təlatümlər fonunda qlobal analoqlarından kəskin şəkildə geridə qalıb. Hökumətin çökməsi riski avrozona iqtisadiyyatı üçün əlavə problemlər yaradacaq və bu səbəbdən avroya təzyiq göstərəcək.

Fransa fond bazarı ölkədə davam edən siyasi qarışıqlıq fonunda ciddi itkilərlə üzləşib. CAC 40 indeksi 1,3 faiz azalaraq avqustun 6-dan bəri ən aşağı səviyyəyə çatıb.

Bazarda bədbinliyin səbəbi  ölkədəki siyasi qeyri-sabitlik olub. Fransanın baş naziri Mişel Barnye büdcə planını həyata keçirmək üçün konstitusiya vasitələrindən istifadə edərsə, müxalifət partiyaları tərəfindən hakimiyyətdən uzaqlaşdırıla bilər. İstər solçu partiyalar, istərsə də ifrat sağçı "Milli Birlik" Partiyası etimadsızlıq votumu irəli sürmək və hökuməti devirmək hüququna malikdir.

Fransa fond bazarı təzyiq altındadır, Aİ-nin digər ölkələrindən fərqli olaraq bu ölkədə CAC 40 indeksi mənfi nəticələr verir. Bu günə qədər Paris indeksi 5,3 faiz azalıb. Hansı ki, Avropanın Stoxx 600 indeksi 5,6 faiz, Almaniyanın DAX indeksi isə 15 faiz artıb. 

Fransa banklarının səhmləri ölkənin dövlət maliyyəsi ilə bağlı qeyri-müəyyənlik səbəbindən ən çox zərər çəkib. Çərşənbə günü, BNP Paribas SA 3 faiz azalaraq yeni altı aylıq minimuma enib və Fransanın ən böyük bankının səhmləri il ərzində 11 faizdən çox ucuzlaşıb. Həmin gün AXA sığorta şirkətinin qiymətli kağızları 4,3 faiz, Credit Agricole isə 1,3 faiz ucuzlaşıb.

İyun ayında Prezident Emmanuel Makron növbədənkənar parlament seçkiləri elan edib və nəticədə azlıq hökuməti formalaşıb. Uzun danışıqlardan sonra ona Mişel Barnye başçılıq etməyə başlayıb. Fransa siyasətinin mühafizəkar veteranı, xərclərin xeyli azaldılması və vergi artımları vasitəsilə dövlət borcunun səviyyəsini azaltmağa yönəlmiş büdcə planını açıqlayıb. 

Bununla belə, qanun layihəsi solçu alyansların və Marin Le Penin populist ifrat sağçı "Milli Birlik" Partiyasının  sərt müqaviməti ilə üzləşib.

Siyasi çıxılmaz vəziyyət vaxtilə Yunanıstanda baş vermiş maliyyə böhranının bu ölkədə mümkün təkrarlanması qorxusunu artırır, çünki Fransanın büdcə kəsirinin bu il ÜDM-in 6,1 faizinə çatacağı proqnozlaşdırılır. Bu isə Avropa İttifaqının müəyyən etdiyi limitdən iki dəfə çoxdur. 

Avropa Komissiyasının proqnozlarına görə, Fransanın borcunun ÜDM-ə nisbəti 2024-cü ildə 112,4 faizə çatacaq ki, bu da Aİ-də ikinci ən yüksək göstəricidir. Hökumətin gələn il onu 5,1 faiz azaltmaq planı isə bir çoxları tərəfindən əlçatmaz hesab edilir.

Bir müddət əvvəl S&P Global Ratings beynəlxalq maliyyə təhlilləri agentliyi Fransanın kredit reytinqini AA dərəcəsindən AA - səviyyəsinə endirib və 2027-ci ilə qədər ÜDM-in 3 faizi səviyyəsində kəsir proqnozlaşdırıb.

Fransanın siyasi və maliyyə sabitliyi ilə bağlı narahatlıqlar, bazarın riskə münasibətinin əsas göstəricisi olan  spredi - Almaniya və Fransa dövlət istiqrazlarının gəlirləri arasındakı fərqi 86 baza bəndinə çatdırıb ki, bu da 2012-ci ilin iyulundan bəri ən yüksək səviyyədir.

Fransadakı siyasi qeyri-müəyyənlik, eləcə də Almaniyanın avtomobil sənayesi böhranı və Trampın tarif təhdidi avrozonanın qaranlıq iqtisadi perspektivlərini daha  da ağırlaşdırır.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!