29 Aprel 2025 23:14
754
Mədəniyyət
A- A+
Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı təntənəli qala-konsertlə başa çatıb  

Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı təntənəli qala-konsertlə başa çatıb  

Bakıda Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı başa çatıb. Aprelin 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Viva Opera” qala-konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, qala-konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri və Almaniyadan olan xüsusi qonaq, “Mannheimer Philharmoniker Orchestra”nın baş dirijoru və bədii rəhbəri, tanınmış dirijor Boyan Videnovun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri iştirak ediblər.

Gecənin proqramında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Bize, Verdi, Puççini, Rossini, Maskani, Leonkavallo, Cilea və digər bəstəkarların əsərləri səsləndirilib. Xalq artistləri Fidan Hacıyeva, Gülnaz İsmayılova, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə Vahabzadə, opera müğənniləri Mahir Tağızadə, Atəş Qarayev, Nina Makarova, Adil Axundov, Taleh Yahyayev səhnəyə çıxıblar.

Dirijor Boyan Videnov AZƏRTAC -ın müxbirinə müsahibəsində festivalda iştirakı və Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.


“Azərbaycana ilk səfərimdir. Buranı çox bəyəndim. Bakı gözəl şəhərdir, buradakı insanlar çox xoşdur. Şəhəri bir az gəzə bildim. Hətta Qobustanda da oldum.

Bu festivala dəvət edildiyimə görə çox şadam. Fidan Hacıyevadan bu təklifi alanda məmnuniyyətlə razılaşdım. Azərbaycan musiqiçiləri ilə işləmək mənə çox rahatdır, sizin çox gözəl səsləriniz var! Qrup çox mehribandır və məşqlər zamanı gözəl ab-hava yaranmışdı.

Bugünkü proqramda Azərbaycan bəstəkarlarının əsərləri yer alıb - bunlar çox gözəl əsərlərdir. Əvvəllər bu musiqi ilə tanış deyildim və bu mənim üçün yeni və xoş təcrübədir.

Belə festivalların keçirilməsi çox vacibdir! İstənilən növ musiqi tədbiri vacibdir. Bu günlərdə klassik musiqi və opera elitar və əlçatmaz biri kimi qəbul edilir. Belə klassik konsertlərin təşkili çox vacibdir ki, istəyən hər kəs gələ bilsin. Opera qala-konsertləri bunun üçün idealdır. Belə tədbirlərdə müxtəlif opera üslubları və məşhur əsərlərdən parçalar yer alır. Odur ki, bu, opera ilə tanış olmaq üçün gözəl fürsətdir!”, - deyə dirijor qeyd edib.

Beynəlxalq Opera Festivalının təşkilatçısı Fidan Hacıyevanın AZƏRTAC -a bildirdiyinə görə, festival çox uğurla keçib, iştirakçı və tamaşaçılarda çoxlu parlaq duyğular buraxıb.

“Bu il festival çox maraqlı keçdi! Festivalın hər günü bayrama çevrildi. Açılışda biz “Arşın mal alan” operettasını təqdim etdik, bu çox vacib idi, çünki bu il Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunur. Vokal məktəbimin tələbələrinin iştirakı ilə “Opera tarixi” adlı konsert keçirdik - onlar müxtəlif dövrlərə aid kostyumlar geyinib operanın tarixi haqqında danışıblar. Mənim sevdiyim konsert – “Arzu” konsertidir, burada Leyla xanım Əliyevanın şeirləri əsasında mahnılar ifa olunub. Orada həm poeziya, həm musiqi, həm də xoreoqrafiya olub. Festivalda çoxlu gənc istedadlı ifaçının iştirak etməsinə xüsusi şadam!”, - deyə Xalq artisti vurğulayıb.

Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı aprelin 23-dən 29-dək Bakıda keçirilib. Yeddi gün ərzində paytaxtın müxtəlif məkanlarında tanınmış azərbaycanlı və xarici ifaçıların, gənc opera müğənnilərinin, eləcə də 6-16 yaş arası gənc istedadların iştirakı ilə konsertlər təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!