23 May 2023 10:50
648
Mədəniyyət
A- A+
Fədakar bəstəkar

Fədakar bəstəkar

 

Görkəmli bəstəkar Aqşin Əlizadə 22 may 1937-ci ilin mayında Bakıda dünyaya gəlib. Musiqiyə uşaq yaşlarından könül verməsində valideynlərinin böyük rolu olub. Onun atası Əliqulu mahir qarmon ifaçısı kimi tanınıb. Anası Bikə xanım isə pianoda musiqi əsərlərini böyük məharətlə ifa edib. Atasının ona oxuduğu şeirlər, qəzəllər Aqşin Əlizadənin yaddaşında möhkəm izlər salıb. İllər sonra həmin qəzəllərin Azərbaycan muğam sənəti üçün nə qədər vacib olduğunu dərk edib.

 

Xoşbəxtliyin başlanğıcı...

 

Musiqi sevgisi ilə böyüyüb.  Doğma ata ocağını o, illər sonra belə xatırlayıb: "Bizim evimiz kiçik bir "Filarmoniya" idi. "Sona bülbüllər", "Apardı sellər Saranı" və başqa xalq mahnılarını lap uşaqlıqdan eşidib zümzümə etmişəm". Elə musiqi sənətinə böyük məsuliyyətlə və ciddiliklə yanaşmağı da o illərdə öyrənib. Müsahibələrindən birində "Xoşbəxtliyim ordan başlayıb ki, valideynlərim qədəm qoyduğum sənətin ciddiliyini mənə düzgün başa sala biliblər" - deyib. Aqşin Əlizadə 1943-cü ildə musiqi məktəbinə daxil olub. O zamanın tanınmış pianoçusu Azərbaycan muğamlarını dərindən bilən Zivər Əliyevadan dərs alıb. Aqşin Əlizadə olduqca ciddi və tələbkar olan ilk müəllimini böyük minnətdarlıq hissi ilə xatırlayıb. Zivər Əliyeva ona yalnız musiqi ifaçılığını öyrətməyib, eyni zamanda bu sənəti sevdirib.
Ancaq Aqşin Əlizadə sonralar uşaqlıq xatirələrindən söz açanda bildirib ki, altı yaşından anası tərəfindən musiqi məktəbinə qoyulsa da, bəstəkarlığa meyil etməsinin əsas səbəblərindən biri doqquz yaşında "Koroğlu" operasının tamaşasında Üzeyir bəy Hacıbəylini görməsi olub. Deyib ki, o günədək dahi bəstəkar barədə çox eşitmişdi. Ata-anası Üzeyir bəyi onun gözündə ilahiləşdirmişdilər.  Aqşin Əlizadə sonralar Üzeyir bəy Hacıbəylini özünə ideal seçərək bəstəkarlığa meyil göstərib.
Bülbül adına Musiqi Məktəbini bitirəndə artıq arzusu bəstəkar olmaq idi. 1955-ci ildə Konservatoriyaya daxil olub. Musiqi təhsilini Cövdət Hacıyevin bəstəkarlıq sinfində davam etdirib. Amma Qara Qarayevin dərslərində də iştirak edib. Ondan da bəstəkarlıq sənəti barədə dərin məlumatlar alıb, müəllimindən bu sənəti böyük maraq və istəklə öyrənib.
Aqşin Əlizadə 1962-ci ildə Konservatoriyada Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. Onun hələ tələbə ikən - 1962-ci ildə bəstələdiyi sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma layiq görülüb. Sonra yazdığı Birinci simfoniyaya görə isə "Zaqafqaziya Baharı" festivalında I diplomu alıb.

 

Gənc yaşlarından bəstəkarlıq sənətində qarşısına qoyduğu məqsəd... 

 

Yaradıcılığa başladığı ilk günlərdən qarşısına məqsəd qoyur ki, ya öz yolumu tapmalıyam, ya da geri çəkilməliyəm. Müsahibələrinin birində bu barədə danışarkən bəstəkarlığa da bir savaş kimi baxdığını söyləyib: "Bəstəkar özü-özü ilə savaş etməlidir. Əvvəla, anlamalıdır ki, bu çox ağır və müqəddəs sənətdir. Yəni sənətə heç vaxt soyuq yanaşmaq olmaz. Ona görə də sanki özün-özünlə savaş edirsən. Amma məlum deyil ki, qalib gələcəksənmi, səsləri tapa biləcəksənmi, ya yox. Əsas odur ki, sən öz üzərində daim çalışasan, özü də fədakarlıqla".
Aqşin Əlizadənin yaradıcılığı üç balet - "Babək", "Qafqaza səyahət" və  "Ümid valsı" baletləri, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd süitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafik simfoniya, violonçel ilə orkestr üçün poema, skripka və fortepiano üçün "Portret", fortepiano üçün "Dastan" və digər əsərlərlə zəngindir. 
Görkəmli bəstəkar baletlər, orkestr üçün bəstələr, kamera əsərləri, vokal-simfonik əsərlərlə yanaşı, həm də müxtəlif janrlı ekran əsərlərinə, eləcə də "Dəmir ağac", "Odla təmasda", "Nə yaxşı ki, dünyada Səməd Vurğun var", "Abşeron lövhələri" və sair sənədli, "Fitnə", "Tülkü həccə gedir", "Bulud niyə ağlayır?", "Göyçək Fatma", "Toral və Zəri" animasiya, "Qızıl qaz",  "Rəqiblər", "Tütək səsi", "Üzü küləyə", "Gözlə məni", "Təkcə adanı özünlə apara bilməzsən…", "Ötən ilin son gecəsi", "Avqust gələndə", "Sizi dünyalar qədər sevirdim", "Ləqəbi İKA", "Məhkumlar"  və başqa filmlərə musiqi yazıb. Aqşin Əlizadə ümumilikdə 50-dən artıq bədii və cizgi filmlərinə, tamaşaya musiqi bəstələyib.
Aqşin Əlizadə 2-ci simfoniyasına görə Azərbaycan SSR Lenin komsomolu mükafatına (1967), Azərbaycan SSR Dövlət mükafatına (1978) "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" (1982) və Xalq artisti (1987) fəxri adlarına, "Şöhrət" (1997)  və "Şərəf" (2012) ordenlərinə layiq görülüb.
O, 1979-1985-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 1985-1990-cı illərdə birinci katibi olub.
Aqşin Əlizadə bəstəkarlıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Otuz ildən artıq Bakı Musiqi Akademiyasında, Y.Məmmədəliyev adına Naxçıvan və Türkiyənin Van universitetlərində dərs deyib. O, bir çox musiqiçilər nəslinin yetişməsində böyük xidmətlər göstərib.
Azərbaycan incəsənətinin görkəmli nümayəndəsi, musiqi xəzinəmizi zənginləşdirən bəstəkar Aqşin Əlizadə 2014-cü il mayın 3-də yetmiş yeddi yaşında dünyasını dəyişib. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!