02 Mart 2025 08:20
621
SİYASƏT
A- A+
Etimad və ehtiram göstərilən dövlət

Etimad və ehtiram göstərilən dövlət


Bu gün Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 33-cü ili tamam olur. BMT Baş Assambleyasının 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasının 82-ci plenar iclasında respulikamızın bu təşkilatın üzvlüyünə qəbul edilməsi barədə qətnamə qəbul olunub.

Qeyd edək ki, BMT-nin məqsədlərinə beynəlxalq sülh və təhlükəsizliyin qorunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni və humanitar xarakterli problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi daxildir. BMT-yə daxil olarkən Azərbaycan öz tarixinin çətin dövrünü yaşayırdı.  Bundan cəmi bir neçə gün əvvəl ermənilər Xocalıda xalqımıza qarşı soyqırımı cinayəti törətmiş, ərazilərimizin işğalı ilə bağlı yeni planlarını həyata keçirməyə başlamışdılar. Belə bir dövrdə BMT-yə üzv olan Azərbaycan ilk növbədə  Ermənistanın işğal planlarını dünyaya çatdırmaq, öz təhlükəsizliyini təmin etmək, maraq və mənafelərini qorumaq üçün mühüm tribuna qazandı.  Bu tribunadan istifadə etməklə, BMT-nin potensial imkanlarından yararlanmaqla respublikamız artıq tarixə qovuşmuş Qarabağ probleminin ədalətli həllinə çalışdı.

Xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşündən sonra Azərbaycanın mühüm beynəlxalq platforma kimi BMT ilə əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycanla BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyuldu.

Məhz Heydər Əliyevin sayəsində respublikamız BMT tribunasından istifadə etməklə dünya ictimaiyyətinin diqqətinin Qarabağ məsələsinə daha çox yönəlməsinə nail oldu.  Bu baxımdan Heydər Əliyevin 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında və 1995-ci ildə BMT-nin 50 illik yubileyi ilə əlaqədar BMT Baş Assambleyasının xüsusi təntənəli iclasında çıxışları xüsusi qeyd edilməlidir. Heydər Əliyev BMT tribunasından Azərbaycanın haqq səsini dünyaya çatdırıb, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan edib, bu istiqamətdə qlobal səylərin artırılmasına çağırıb. Heydər Əliyev 2000-ci ilin sentyabrında BMT-nin Minillik Zirvə Toplantısında da iştirak edib. Ulu Öndər çıxışında qlobalizasiya mövzusuna toxunub, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri qeyd edib.

Prezident İlham Əliyev də xarici siyasətdə BMT ilə əlaqələrə böyük önəm verir. Bu baxımdan Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xarici siyasətimizin mühüm uğuruna çevrildi. Azərbaycanın müstəqil siyasətinin təntənəsi olan bu hadisə respublikamızın sülhün və təhlükəsizliyin təmin edilməsi üzrə qlobal proseslərdə rolunu artırdı, mövqelərini möhkəmləndirdi. BMT TŞ-yə üzvlüyü zamanı Azərbaycan hər zaman beynəlxalq hüququ və ədaləti müdafiə etdi. 2012-2013-cü illərdə rotasiya qaydasında iki dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Azərbaycan üzərinə düşən vəzifələri uğurla yerinə yetirdi, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində böyük səylər göstərdi.

Təbii ki, torpaqlarımızın işğaldan azad olunması Prezident İlham Əliyevin BMT tribunasından diqqət yetirdiyi prioritet məsələ idi. İştirak etdiyi BMT Baş Assambleyasının sessiyalarında diqqəti buna yönəldən Prezident İlham Əliyev  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü. 

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələrinin tələbləri Ermənistan tərəfindən yerinə yetirilmədi. Başqa cür desək, BMT də bir təşkilat olaraq bu qətnamələrin yerinə yetirilməsində qətiyyət göstərmədi. Azərbaycanın ərazi bütövlüyü başda BMT olmaqla, üzvü olduğumuz bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən tanınsa da, onların böyük əksəriyyəti Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün qətiyyət, dirəniş göstərmədilər. Halbuki beynəlxalq praktikada qətnamələrin tələblərinin güc və təzyiq yolu ilə yerinə yetirilməsi nümunələri var.

Lakin Azərbaycan öz milli haqqı uğrunda düz yolundan dönmədi və 2020-ci ilin Vətən müharibəsində BMT Nizamnaməsinə istinad edərək torpaqlarının işğaldan azad olunmasını təmin etdi. Bu savaşda Azərbaycan güc yolu ilə BMT TŞ-nin qətnamələrinin tələblərinin yerinə yetirilməsini təmin etdi.

Qlobal problemlərin həllinə layiqli töhfələr verən Azərbaycan bu məsələlərdə beynəlxalq təşkilatların, o cümlədən BMT-nin də imkanlarının səfərbər edilməsinə nail olur. Buna misal kimi, COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini nəzərə alaraq, Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təklifi əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını göstərmək olar. Bu təklif BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəkləndi və 3-4 dekabr 2020-ci ildə xüsusi sessiya keçirildi. 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edildi.

Azərbaycan bu gün BMT-nin etimad və ehtiram göstərilən üzvüdür. 2024-cü ilin noyabr ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bir daha bunu təsdiq etdi.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!