21 Aprel 2026 08:40
189
SİYASƏT
A- A+
Etibarlı dostlar, strateji tərəfdaşlar

Etibarlı dostlar, strateji tərəfdaşlar


Azərbaycandan Serbiyaya uzanan dostluq körpüsünün memarı İlham Əliyev və Aleksandar Vuçiçdir


Çağdaş münasibətlər sistemində dövlətlərin bir-birinə yalnız coğrafi, din, dil baxımından deyil, prinsipial mövqeləri və qarşılıqlı etimadı ilə yaxınlaşdığı nadir nümunələr də var. Azərbaycan və Serbiya arasındakı əlaqələr məhz bu nümunələrdəndir. Hər iki ölkənin suverenlik və ərazi bütövlüyü uğrunda apardığı mübarizə, qlobal güclərin təzyiqləri qarşısında nümayiş etdirdikləri müstəqil iradə Bakı ilə Belqradı strateji müttəfiqliyə və etibarlı dostluq münasibətlərinə yüksəldib. 

Xəzər sahilindən Balkanlara uzanan bu əməkdaşlıq körpüsü enerji təhlükəsizliyinin və regional sabitliyin təməli sayılır. Ələlxüsus, İlham Əliyevlə Aleksandar Vuçiçin şəxsi dostluğu bu münasibətlərin dinamikasını sürətləndirir. Bu dinamikanın növbəti təzahürü aprelin 19-da Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəngində əksini tapıb. 

Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə keçirilmiş Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası məmnunluqla xatırlanıb. Səfər çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Prezidentlər ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Serbiyaya göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıq edən Aleksandar Vuçiç Azərbaycanla münasibətləri inkişaf etdirmək əzmini bir daha vurğulayıb. O gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasında iştirak edəcəyini də deyib. Serbiyanın "Airserbia" şirkətinin mayın 3-nə planlaşdırılan Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşların həyata keçiriləcəyindən məmnunluq bildirilib. 

Azərbaycan və Serbiya arasındakı münasibətlər hazırda özünün qızıl dövrünü yaşayır. Vuçiçin dövlətimizin başçısına zəng etməsi iki ölkə arasında strateji tərəfdaşlığın praktiki nəticələrinin təzahürüdür. Xüsusən Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasına istinad edilməsi münasibətlərin sistemli formata keçdiyini göstərir. Bu format, adətən, ən yaxın və ən etibarlı tərəfdaşlar arasında qurulur. Şura çərçivəsində qəbul edilən qərarlar iqtisadiyyatdan təhlükəsizliyə qədər bütün sahələrdə bürokratik maneələri aradan qaldıraraq əlaqələrin yol xəritəsini müəyyən edir. 

Serbiya Prezidenti beynəlxalq arenada İlham Əliyev haqqında ən yüksək fikirlər səsləndirən liderlərdən biridir. Vuçiç müsahibələrində tez-tez qeyd edir ki, müasir dünyada sözünə sadiq qalan lider tapmaq çətindir, lakin İlham Əliyev verdiyi hər vədə əməl edən nadir şəxsiyyətdir. O, dəfələrlə vurğulayıb ki, Azərbaycanın suverenliyini tam bərpa etməsi İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir və bu, Serbiya üçün də bir örnəkdir. Vuçiç İlham Əliyevin dövlət maraqlarını hər şeydən üstün tutan müstəqil siyasətini yüksək qiymətləndirir və Azərbaycan Prezidentini "Serbiya xalqının əsl dostu" adlandırır. O, İlham Əliyevi, sadəcə, həmkarı yox, çətin zamanlarda arxalanacağı strateji müttəfiqi kimi görür.

Bakı və Belqrad bütün beynəlxalq platformalarda bir-birini tərəddüdsüz dəstəkləyir. Hər iki lider böyük güclərin təzyiqlərinə baxmayaraq, öz ölkələrinin milli maraqlarına uyğun balanslı siyasət yürüdürlər. 

Tərəflərin müzakirə etdiyi strateji layihələr sırasında enerji sektoru xüsusi yer tutur. Azərbaycan qazı Serbiyanın enerji asılılığını azaltmaqda əsas faktordur. Bolqarıstan-Serbiya interkonnektorunun istifadəyə verilməsi ilə Azərbaycan qazı Serbiyanın enerji təhlükəsizliyində həlledici rol oynamağa başlayıb. "Yaşıl enerji" və infrastruktur layihələrində də ciddi irəliləyiş əldə ediblər. Gələcək planlarda Xəzər dənizindən Avropaya çəkiləcək "yaşıl enerji" dəhlizi (Qara dəniz sualtı kabeli) vasitəsilə Serbiyanın da buna inteqrasiyası nəzərdə tutulur. Serbiya texnologiya və kənd təsərrüfatı, Azərbaycan isə enerji və logistika imkanları ilə bir-birini tamamlayır. 

Bakı-Belqrad birbaşa uçuşlarının bərpası və turizm axınının artması siyasi iradənin cəmiyyətlər səviyyəsinə enməsini təmin edir. Bu infrastruktur layihələri iki ölkə arasındakı coğrafi məsafəni qısaldaraq, iş adamları və mədəniyyət xadimləri üçün yeni imkanlar yaradır. Biznes adamlarının və turistlərin gediş-gəlişi həm qeyri-neft sektorunun, həm də qarşılıqlı investisiyaların artmasına birbaşa təsir edəcək. 

Vuçiçin gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edəcəyini təsdiqləməsi iki məqama diqqət çəkir. Birincisi, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etmək statusudur. İkinci məqam isə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi sürətli bərpa-quruculuq işlərinə Serbiyanın marağı və prosesdə serb şirkətlərinin iştirak imkanlarının gündəmə gətirilməsidir. 

Azərbaycan və Serbiya arasında "2026-cı il üçün imzalanmış Hərbi Əməkdaşlıq Planı" iki ölkənin müdafiə sənayesi sahəsində dərin inteqrasiyasını təsdiqləyir. Serbiya Azərbaycanın müdafiə sənayesi potensialına, Azərbaycan isə Serbiyanın hərbi texnologiyalarına maraq göstərir. Münasibətlərin diqqətçəkən məqamı hərbi-texniki sahədəki sıçrayışdır. Hər iki ölkə müdafiə sənayesi potensialına malikdir və bu sahədə birgə müəssisələrin yaradılması, texnologiya mübadiləsi və hərbi kadrların hazırlığı münasibətlərin təhlükəsizlik komponentini möhkəmləndirir. Bu, Cənubi Qafqaz və Balkanlar kimi həssas regionlarda sabitliyin qorunmasına xidmət edən mühüm amildir. 

Prezident Aleksandar Vuçiçin zəngi Serbiya üçün Azərbaycanın nə qədər etibarlı tərəfdaş olduğunun təsdiqidir. Bu münasibətlər həm də Azərbaycanın çoxşaxəli xarici siyasətinin uğurudur. Bakı Avropanın mərkəzində özünə siyasi və iqtisadi baxımdan sadiq müttəfiq qazanıb. 


İ.QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

Ağdam sakini: Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı

09:35
21 Aprel

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir

09:35
21 Aprel

Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi

09:35
21 Aprel

“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

09:34
21 Aprel

Nazir: Macarıstana “Drujba” kəməri ilə neft tədarükü bu gün bərpa oluna bilər

09:33
21 Aprel

Gürcüstan DTX-nin illik hesabatlnda Azərbaycan ilə əməkdaşlıqdan da bəhs olunur  

09:32
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!